Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18

Son aylar  bir daha başa düşdüm ki, ədəbiyyatımız bir daha ciddi mənada məmurlaşma mərhələsinə qədəm qoydu. Necə deyərlər, qədəmləri mübarək olsun. Ədəbiyyatın məmurlaşması faciəvi haldır. Bu gün ölkəmizdə kimisə tərifləmədən, yaltaqlıq etmədən uğur qazanmaq çox çətindir. Bu gün öz istedadı, öz zəhməti hesabına inkişaf etmək istəyən yazıçı heç bir ədəbi mühitə qoşulmamalıdır. Çünki ədəbi mühitlər məmurlara tabedir. Dövlət məmuru olmaq pis iş deyil. Ancaq hər kəsin öz işi var, hər kəs öz işi ilə məşğul olmalıdır. Bu məsələyə ən uğurlu nümunə Yaponiyadır. Bizim bəzi sənət adamlarımız və ya məmurlarımız şöhrətpərəst olduqlarına görə həm icra başçısı, həm şair, həm bəstəkar, həm də rəssam olmaq istəyirlər. Bəzən dostlarım mənə deyir ki, qəzetlərin, jurnalların səni çap etməməsini deyib özünü nüfuzdan salma. Mən yazılarımın çap olunma məsələsinə göstərilən belə nəzakətsiz, ədalətsiz münasibətə necə dözüm və niyə dözüm? Bir bələdiyyə sədrinin, bir məmur-yazıçının tənqid olunduğu yazını qəzetlərimiz yayımlamaqdan qorxurlar, çəkinirlər. Əgər sən redaktorsansa, jurnalistsənsə demək ki, fikir adamısan. Əgər qorxaqsansa demək ki, fikir adamı olmağı bacarmırsan, sənin buna cəsarətin və haqqın çatmır.  Qorxaqdan fikir adamı, ziyalı olarmı? Şikayətlənərək demaqoq kimi tanınmaq istəmirəm. Ancaq niyə həqiqəti deməyək? Niyə Anarı tənqid etmə cəsarətində olmayaq? Niyə Hüseynbala Mirələmovun ədəbiyyat adamı olmadığını deməyə haqqımız olmamalıdır? Araz Əlizadəyə niyə etiraz etməməliyik? Adam Azərbaycanın bütün ali dəyərlərinə toxunur. Hansı haqla toxunur bizim dəyərlərimizə? Araz Əlizadə deyib ki, gənc yazıçılarımızın savadı yoxdur. Hansı gənc yazıçını oxuyub bu qənaətə gəlib? Danışarkən ümumi danışmaq olmaz. Cəsarətli olmaq, ad çəkmək lazımdır.

Bu gün bizim gənc yazarlarımız da təəssüf ki, qorxurlar. Aylıq 300-400 manat maaşa görə susmağı, kölə olmağı seçirlər. Tolstoy oxuyub rüvşət alan, Mişima oxuyub ölkəsinə xəyanət edən o qədər adam var ki. Ədəbiyyat həqiqətənmi şəxsiyyət yaradır, şəxsiyyət formalaşmasında ədəbiyyatın əhəmiyyəti çoxdurmu? Əgər ədəbiyyat şəxsiyyət yarada bilirsə, çox sayda kitab oxuyan adamlar niyə yaltaq, xaraktersiz adamlara çevrilirlər. Çox təəssüf ki, mənim inandığım bir neçə gənc də ədəbiyyatın məmurlaşması kompaniyasında qoşuldular. Mən inanırdım ki, bu gənclər dözə biləcəklər. Ancaq pul qazanmaq və şöhrət istəyi yazıçının ən böyük düşmənidir. Ədəbiyyat ciddi sənətdir. Bizim əksər icra başçılarımız, bələdiyyə sədirlərimiz də cəmiyyət içində nüfuz sahibi olmadıqlarına görə istəyirlər ki, kitab yazmaqla, “sənətə pul xərcləməklə” nüfuz qazansın. İndi mənim üçün çox çətin olacağını daha yaxşı anlayıram.  Bizim yazarların eqosu o qədər yüksəkdir ki, onları bir yerə ideya toplamır. Onları bir araya gətirən sadəcə iki səbəb var, şöhrət və pul. Azərbaycanda neçə birlik pula görə yaranıb, pula görə də dağılır?

Avanqard.net

Yenililklər
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
25.10.18
Sabir Rüstəmxanlının “Astar” adlı yeni kitabı çıxdı
25.10.18
Bulgaristan’da Müslüman-Türk Katliamları ve Asimilasyon Hareketleri
25.10.18
Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
24.10.18
“Metafizika” jurnalının 3-cü sayı nəşr olunub
24.10.18
Ənvər Məmmədxanlının romanı Türkiyədə nəşr olunub
24.10.18
Hüseyn Cavid - Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin
24.10.18
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.