Kiyumərs İslami - Ruhum Antropomorfizm Qurda Yüksəlir
22.10.18

Araşdırma

İlkin toplumlarda inanclarla bağlı mifik təsəvvürlərin öz ifadəsini tapdığı magiya və ovsunlar sistemi istənilən etnosun bütövlükdə yaşam tərzinin, onun mentalitetinin ən əski kod və simvollarını təşkil edir ki, bu simvollarda ifadəsini tapan həmin genetik kodlar mürəkkəb inanc, davranış və biliklər sistemi əmələ gətirir (Bəxtiyar Tuncay, 2016). Bu biliklər sisteminin semantik qatlarının, dərin anlam tutumunun tədqiqi onu ərsəyə gətirmiş ulu əcdadlarımızın etnopisixologiya, əxlaqi-mənəvi, mədəni və s. dəyərlərinin araşdırma alanlarına çevrilmişdir. Əski inanc sistemlərində yəni gök tanrıçılıqdan öncə insanlar doğanın sirli əhvalatını tədqiq edib, dərindən zərrə-zərrəsinə inam bəsləyib tapınmışlar. Onların ruhunu sevib özünü o ruhlara tabe etmişlər. Bu inancların bir bölümü şam və qamlıqda hətta bugünkü dini sistemlərdə isə görünür. Ramazan Qafarov yazır ki, antropomorfizm elə bir dünya görüşdür ki, insana özəl xüsusiyyətlərin əşyalara, təbiət hadisələri və quvvalərinə, cansız varlıqlara, göy cismlərinə heyvan və quşlara aidliyinə inamdan doğulmuşdur. Belə ki, insanlar olağanüstü quvvələrin gücü ilə dünyaya etki qoymağın yolunun tapılmasına inanırlar. Oğuzlarda antropomorfizmdən sonra mifoloji anlayışında göy adamı obrazı ya tanrı anlayışı formalaşmışdır. Bu gündə həmən antropomorfizm anlayışı biraz dəyişikliklə insan pisixologiyasında yaşanır. Antropomorfizm əski inancların kult və onqon varlıqlardan doğa ilə yaranmışdır.

İnsanlarsa ayinlərində qutsal onqonları təmsil edərkən onların hərəkət simvollarını, dəri və sümüklərindən yararlanırdılar. Bu inam sonrakı qamlıq ayinlərində isə aydınca rastlanılır. Və bugündə bir özəl heyvanların özəl dəyərlənməsi və xalq arasında məsəllərdə, bayatılarda və dastanlarda yer tutan özəl heyvanlar, insan beynində pisixolohiya kodlarıdır. Türk xalqları içində onqon heyvanlara rast gəlirik. Bunlar həm antropomorfizm və şaman ya qamlıq dönəmində qutsal varlıq olaraq dəyərləniblər. Bu onqon heyvanların ən önəmlisi olan Qurd, Qartal, Qaz Quşu, Toğan (Şahin), Öküz və S. heyvanlara rast gəlinir. Bu inanc vardır ki, qurd gökdən enmişdir. Eləcədə, qurda öncə türk xalqları arasına Börü deyilirmiş və qamlar ayinlər və törənlər zamanı qurdu təmsil edərkən qurd başlıqlar taxıb qurd qılığında, qurd ruhu yardımıyla gök dünyasını seyr etmələrinə inanc varmış. Yəni ruhları qurda yüksəlib, Tanrıya varmışlar.

Böyük alim Mirəli Seyidovun yazdığına görə, bir çox qədim abidələrdə biz "Qurt" yerinə "Börü/Börü" sözünə rast gəlirik. örnək üçün, Gül Təkin abidəsinin böyük yazısının 12-ci xəttində oxuyuruq "Tenri kor bir türk üçün kanım kağan susi böri təq ərmis, yağışi kün təq ərmis…" Tərcüməsi: "Gök onlara güc verdi, mənim atamın ordusu Böri (qurd) tək oldu, onun yağısı qoyun tək oldu..."

11-ci əsrin alimi Mahmud Kaşğarlının luğətində Böri sözü Qurd deməkdir. Yazar böri sözünün işləndiyinə fakt olaraq aşağıdaki Atalar sözünüdə örnək gətirir: "Böri qonşisi yeməz".
11,12-ci əsrlərdə yazıya alındığı ehtimal olunan uyğur abidəsi "Oğuz namə"də oxuyuruq: "Aqği od aqaği gər, belləri böri belləri gər". Tərcüməsi: "Ayağı öküz ayağı tək, beli böri/qurd tək idi…"

L.Budaqov qeyd edir ki, Ciğatay (Qədim Özbək) və Tatar dilində "Böri" qurd deməkdir. Qədim uyğurlar "Göy böri" deyərkən hər şeydən öncə onun özəl olduğunu, ilahi səcciyyə daşıdığını nəzərə tuturlar. çün ki, türk dilli xalqlar adətən "Göy", "Tanrı" deyərkən həm göyü-səmanı, həmdə tanrını nəzərdə tuturmuşlar.

"Gök börü"də öncələr ilahi börü anlamında işlənmiş, sonralar göy sözünün məna və çalarları çoxaldıqca göy sözü rəng mənasında işlənmiş və göy-ilahi böri-qurd əvəzinə, Göy//Gümüşü (Boz) böri-qurd demişlər.

Bunlara əsas olaraq, ilk dövr xalq ədəbiyatının müəyyən mərhələsində əski insanlar hər bir təbiət hadisəsinin və əşiyanın arxasında bir ruh görmüş, ata ruhları bir kateqoriya kimi yaratmış və ruhların şərəfinə qurban kəsmişdir. Qurd türk xalqı arasında bir qutsal varlıq sayılaraq, böyük sayqı ilə qarşılanmış, bizə gök varlığı olaraq onqon sayılmış, onun ruhu gök dünyasını təmsil edərək, hər zaman bizə yardımçı olduğuna inanmışıq. Qurd bizim ən böyük mədəni varlığlmızdır, o bizim ruhumuzda olduğuna inanıb və onunla qutlu xalq oluruq. O bizi gök dünyasına götürəcək varlıqdır, Rruhumuzu ona, yəni antropomorfizm qurda yüksəldək.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.