Antonio Ferrara - Çay – Futbol Meydançasıdır III
22.10.18

Antonio Ferrara 1957-ci ildə Napoli yaxınlığındakı Porticidə doğulub, Novarada yaşayır və işləyir.  Bədii  tədqiqatlar üzrə təhsil almış, yetkinlik yaşına çatmayanlar üçün yaşayış birliyində yeddi il çalışmış, orada balacaların xəyallarına qatılmağı, özünə heç vaxt həddən artıq ciddiliklə yanaşmamağı təlqin etmişdir. Məktəblərdə, kitabxanalarda, mədəni birliklərdə və ətraf evlərdə uşaqlar və böyüklər üçün illyustrasiya və yaradıcı yazı seminarları təşkil edir. Uşaqlar üçün çoxlu sayda kitabların, - Qəlyanaltıya ərəb çörəyi,  Putsillo - centlmenin pişiyi, Mən pis idim, Divarı döyün: kitab həyatınızı xilas edəndə, Bəzi güllər kölgədədir, 80 mil, Heç bircə gün də yox - və digər maraqlı əsərlərin, kitablarına çəkdiyi bir çox orijinal illyustrasiyaların müəllifidir...  





        Harada öyrənsən də, yalnız sevdiyin şəxsdən öyrən
                                                        Y.P.Ekkermann

      
       Sevinc və kədər dolu Tatyanaya




        ÇAY – FUTBOL MEYDANÇASIDIR

        Povest

       III Hissə

       On iki

       Ertəsi gün, kitabda həqiqətən də yazılanları, yəni Ainanın oxuduqlarını barda danışdım. Artıq bu kitab dil açmış canlı bir kitab idi və həmin o bardakılar indi mənə ağızları aralı qulaq asırdılar.
       İndi bu kitab mənim dostum olmuşdu, az, ya çox, Tabo kimi və hətta  tək qalarkən, əlimdə kitab olanda, özümü o qədər də kimsəsiz hiss etmirdim.
      Bu dəfə payımız süd, çörək, hətta bir papaya idi və mən düşündüm ki, oxumağı bacarmaqla həqiqətən pul qazana bilərəm.
         Günorta mən və Tabo məşq etmək, nəfəsimizi bərpa etmək üçün meydançaya qayıtdıq. Meydanın ətrafında iyirmi dövrə vurduq. Məşqçi özünün ciddi və qaraqabaq görkəmi ilə uzaqdan bizə göz qoyur, heç nə demirdi, yalnız kimsə ləngiyəndə bağırmağa başlayırdı. Bizim bu məşqçimiz tərsin biri idi və biz bilirdik ki, o, bu sınıq qəlbləriı topla dirçəltməyə, islah etməyə çalışırdı.
         Məşq qurtarınca hamımız sıra ilə duşların altına düzüldük və Paki öz konsertinə başladı, bu konsert mənə musiqi evini xatırlatdı.
        Duşdan sonra hamıya təklif etim ki, mənimlə birlikdə bütün bu təbil sədaları, cembe, kora və gitara səsi eşidilən o yaşıl jalüzli evə gedək.
          Hamımız getdik, hətta  kim getmək istəmirdisə o da sonra gəldi.
         Budur, həmin ev, ancaq səs-səmir gəlmirdi. Bizlərdən kimisi yerdə oturmuşdu, kimisi ayaq üstə qaşınır, kimisi də cibindəki pulları sayırdı. Biri şikayətləndi ki, musiqi - filan eşidilmir. Hamımız gözləyirdik, ancaq səs gəlmirdi. Kimsə etirazını bildirirdi ki, buyurun, bu boyda yolu nahaq gəlmişik.
      Mən evin divarına söykənib sakitcə dayanmışdım, hələ ümidimi itirməmişdim. Məşqçimizin bağışladığı böyük ölçülü gödəkçələrdə, adam kimi geyinmiş bizimkilərə baxırdım.
       Sonra Çaka pəncərədən boylandı, məni görcək dərhal içəri keçdi, elə həmin an cembenin səsi gəldi, sonra kora başladı, axırda da gitara, indi artıq heç kim nəfəsini də çəkmirdi, göydə ulduzlar daha da parlaq sayrışır, sanki cay da bir anlıq dayanıb axmırdı və biz bir qədər qəmgin olsaq da, cembe, kora və gitara elə hey səslənir və səslənirdi və onları dinləməkdən qəlbimizi musiqi sevinci bürüyürdü. Divara söykənib, gözlərimi yumdum, ürəyim əsirdi, mən özümü anası və öz evi olan bütün insanlar kimi, zaman-zaman onları bağrına basan birisi kimi hiss edirdim.

     On üç

     Musiqi qurtaranda hamımız evə döndük, biz də altı nəfər birlikdə karton evimizə qayıtdıq. Məşqdən sonra yorğun olsaq da, dinlədiyimiz bütün bu musiqidən məmnun idik, heç kim  danışmırdı, heç kim, çünki hamımızın başında hələ də səslənən həmin o musiqi qalmışdı.
     Qaranlıq idi və bu qaranlıqda Aina onun əlindən tutub dartan həmin tiplə keçib getdi, birlikdə mağazaların arxasında gözdən itdilər.
      Ürəyim yerindən sıçradı, yoldaşlarıma dedim ki, siz gedin, mən sonra gələcəm, soruşdular ki, hara gedirəm, cavab verdim ki, heç yerə, gəzişməyə gedirəm, hələ yuxum gəlmir.
    Gecə olsa da, əlimdə kitab, tək başına, qaça-qaca çayın kənarına gəldim, böyük bir daşın üstünə çıxıb düşündüm ki, indi özümü atacam.
      İndi özümü atacam, düşünürdüm, indi özümü atacam .
     Bərk külək əsirdi, o məni bu hündürlükdən hara istəsəydi çırpa bilərdi və mən, ayaqlarımın altında qaranlıq çay, oradan, hündürdən Dakarın işıqlarını, evlərini və küçələrini görürdüm.
       Külək ulayırdı.
    Aina, Aina deyirdi əsən külək və mən gözlərimi yumub kitabı qollarımın arasında sıxdım, ürəyim necə də döyünürdü.
        Qəzəbimdən,  daş pillələrlə qalxaraq Ainanın evinə gedən, oradakı o bir nəfəri öldürmək üçün özümlə bir bıçaq götürmək istəyirdim, həqiqətən, bir bıçaq götürüb onun ürəyini parçalamaq istədim, mən həqiqətən bunu etmək istəyirdim.
     Ancaq sonra şəhərin hansı tərəfindənsə, aşağıdan, dərinliklərdən, gecə olmasına baxmayaraq, cembe, kora və gitara musiqisi ucaldı, bu musuqi bir öpüş qədər şirin idi və bu ilk musiqi idi ki, mənə nəsə demək istəyirdi, bu vaxt ürəyim bir qədər sakitləşdi, qəzəbim yavaş-yavaş soyudu və daşın üstündən düşdüm.  
          Mən, sanki mənə - burax görək, Kato, get yat, sən hələ uşaqsan, nə etmək istəyirsən, - deyərək, məni itələyə-itələyə aparan  küləkdə, yavaş addımlarla evə qayıtdım.  

      On dörd

      Ertəsi gün səhər bara getmədim, bir qədər meyvə oğurlamaqdan ötrü bazara yollandım, sonra alçaq  divarın üstündə oturub yeməyə başladım. Yeyə-yeyə keçib gedən adamlara baxır, bütün qızları Aina ilə müqayisə edirdim, həmişə də o mənə başqalarından daha gözəl görünürdü.
       Manqo və papaya yeyirdim və manqo yeyəndə mənə elə gəlirdi ki, onu, - Ainanı öpürəm,  manqo mənə çox dadlı gəlirdi.
      Yeyəndən sonra əllərim cibimdə Dakara gəzməyə getdim, hansısa bir məqamda bir barın qarşısında ayaq saxladım, çünki vitrindən televizor və oturub  futbol oyununa baxan adamlar görünürdü. Bu, başqa bir milli ilə oynayan Seneqal, digər komanda isə, maykalarının rəngindən, deyəsən Braziliya yığması idi, bəlkə də yox.
      O biri komanda  elə hey hücum edirdi ki, edirdi, ancaq Seneqalın qapıçısı bütün zərbələri qaytarır, hər yerə balıq kimi baş vururdu və hər qaytarışdan sonra bardakılar yerlərindən sıçrayıb, sevincdən bağırırdılar. Oyuna baxarkən Çako öz dostları və alətləri ilə gəldi, barın qarşısında, sütunlu girişin altında özlərinə yer eləyib, çalmağa başladılar. Sütunlu giriş musiqini daha da güclü edir, adamlar ciblərindən dəmir pullar çıxarıb onlara verirdilər.
       Çako məni salamladı, işləri yaxşı getdikcə gülümsəyirdi.
    Mən də onu salamladım, sonra çevrilib oyunu izləməyə davam etdim, qapının bir dirəyindən o birisinə uçan qapıçımıza baxır, arxa tərəfdən gələn musiqini dinləyirdim və indi qapıçı bu musiqi ilə birlikdə sanki əsil balet rəqqası idi.
        Onda düşündüm ki, mən də onun kimi, məhz bu cür olmaq istərdim, istərdim  millimizin bütün topları dəf edən cəsur, varlı və məşhur, küçədə hamının avtoqraf istədiyi rəqqas qapıçısı olum.
      Belə olmaq istəyirdim.
      Belə.
     Sonra barın arxasında, divardakı saata baxdım və düşündüm ki, məşqə gecikirəm. Onda çevrildim, Çaka ilə, dostları ilə vidalaşıb, getdim. 

        On beş

      Günorta xeyli məşq etdik. Qarşıdakı hamısından çətin, hamısından vacib oyun üçün çalışırdıq və görüş başlamazdan əvvəl məşqçi yaxşı bir çıxış etdi, dedi ki, bir çox insan futbolla özünü həbsxanalardan xilas edib, hətta varlı və məşhur olub, o, bizi ürəkdən  inandırmağa çalışırdı ki, oğurlamaq yaxşı iş deyil, qalib gəlmək yaxşıdır. Bizə gözəl sözlər deyir, mən də bu sözləri sırğa kimi qulağımdan asırdım və o, bizi məşqdən buraxanda, biz də çıxıb gedəndə, bayırda, soyunma otağından kənarda Aina məni gözləyirdi, mən də onu görməyimə şad idim, ancaq həm də qəzəblənmişdim, ona dedim ki, bilirsənmi ki, sənin qapın  açıq qapıdır, hamı keçib gedə bilir. O da cavab verdi ki, nə istəyirsən, bunu hamı bilir, sən də bunu həmişə bilmisən, indi nə istəyirsən və bunları deyəndə mənə zindan kimi ağır baxışlarla baxırdı.
     Onda əlindən yapışdım,  qolundan dartıb, onu mağazaların arxasına apardım, bircə kəlmə də, bircə söz belə demədən ora  gəldi və orada, o xəlvət yerdə hər şey toz və quru torpaq qoxuyurdu və biz qumun, torpağın  üzərinə sərələndik, mən böyüklər kimi sevişmək istəyirdim, bəli, ancaq Aina dedi - bura gəl, bura gəl,  hər şey yaxşıdır  və məni qucaqladı, dodaqlarımdan öpdü, sonra yuxuya daldı və yatarkən mən ona baxır,  sanki  ona toxunmadan,  əlimlə yavaş-yavaş  saçlarını oxşayırdım.
      Sonra Aina oyandı, kitabımın birinci səhifəsini açıb mənə bir qədər oxumaq öyrətdi və o, oxuyarkən mənə elə gəlirdi ki, hərflər onun ağzından çıxan zaman kora və ya gitara kimi səslənirdi və hərflərdə sadəcə daxildəki sədanı tapmaq lazım idi.
       Sonra kitabı bağlayıb, qalxdıq, heç nə demədən bərk-bərk qucaqlaşaraq gedirdik və qəfil bir külək gözlərimizi tozla doldurdu, belimizi əyib, bizi ikiqat elədi.
       Yola çıxanda Aina məni bir də dodaqlarımdan öpdü və getdi, o uzaqlaşdıqca mən onun arxasınca baxırdım, mən onu özüm kimi, anam kimi, çay kimi, Seneqal kimi, bütün Afrika kimi görürdüm.

      On altı
     
    Ertəsi gün səhər bara getmədim, nə də ki,  bazara, meyvə oğurlamağa, çünki məndə oxumağa böyük həvəs oyanmışdı.
       Çay kənarında qaldım, yerdə oturub kitabımdakı sözləri bir-bir təkrarlayırdım, yorulanda gəlib çatdığım yeri anamın şəkli ilə nişanlayır,  kitabı bağlayırdım.
       Ancaq dir qədər keçmiş həvəsim qayıdırdı və yenidən başlayırdım, yorğunluq var idi, əlbəttə ki,var idi, ancaq sözləri başa düşmək sevinci daha böyük idi. 
      Səhəri oxumaqla keçirdim, həqiqətən yorulmağa qaldıqda, heç vaxt yorulmurdum, qəti, yalnız arabir Aina barəsində, sonra da onun evinə gedən, onu mağazaların arxasına aparan  oradakı o bir nəfər barədə düşünürdüm, onda qəzəbim eşşək arısı kimi yenidən başıma qonurdu və elə həmin dəqiqə beynimə qəssabın bıçağını oğurlamaq fikri girirdi.
     Onda fikrimi yayındırmaq üçün bir qədər də oxuyurdum, ancaq oxuyarkən, sakitləşmək əvəzinə, daha da çılğınlaşırdım, çünki kitabı oxuduqca o səni bəzi adamlara qarşı  nəsə eləməyə, bu dünyanı yerinə oturtmağa, bütün əyilmişləri yenidən dikəltməyə  təhrik edirdi. Və oxuyan zaman ürəyin bərk-bərk döyünür, sanki boğulursan, havan çatışmadığından nəfəs də ala bilmirsən və kitabı dizlərimin üstünə qoyub oxuyanda  mənə elə gəlirdi ki, dizlərim əsirdi, bir qədər sonra isə əllərimlə hiss etdim ki, oxuya-oxuya ayaqlarımla yerdə iki dəlik qazmışam. Və indi mənə elə gəldi ki, başdan-başa  kora və gitara musiqisi ilə dolu olan bu kitabdan, - sən onu açıb  ona nəzər salan kimi, - kofe fincanıından gələn ətir tək bir musiqi ucalacaq və o səni ayağa qalxıb, vacib bir iş görməyə məcbur edəcək.
        Bütün səhəri oxumağa davam elədim, beləcə, yerdə oturub, son səhifəsinə, son sözünə qədər  oxumağa davam etdim, əvvəl yavaş-yavaş, sonra get-gedə daha da tez,ondan da tez və artıq yorulmurdum, daha yorulmaq nə olduğunu  bilmirdim və bütün bu vaxt ərzində bircə dəfə də olsun nə aclıq, nə yuxu, nə də bir çiş eləmək ehtiycı duymuşdum.
       Sonra, günortadan keçmiş, meydançaya yollandım, məşqimiz vardı.

Ardı var...


  İtalyan dilindən
  tərcümə edən
  Cəmşid Cəmşidov

Yenililklər
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.