Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
23.10.18

Avanqard.net Mədəniyyət Portalı Azərbaycan ədəbiyyatı tarixində baş verən maraqlı hadisələr və faktlar haqqında "İfşa" adlı layihəyə başlayır. Layihənin adının "İfşa" seçilməsi təsadüfi deyil. Bu adla neçə-neçə ədəbiyyat adamı, şair və yazıçılar ittiham edilərək ölümə, həbsə və sürgünlərə göndərilib. İlk yazı 1964-cü ildə Rus işğalının 150 illiyi münasibəti ilə Süleyman Rüstəmin yazdığı əsər haqqındadır.


Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin 150 illiyi münsibəti ilə, 1964-cü ilin 29 mayında bayram tədbiri keçirilib. Tədbir ərəfəsində Xalq şairi Süleyman Rüstəmə, rus xalqına təbrik və təşəkkürü nəzmə çəkmək üçün tapşırıq verilir. Şair “Rus qardaşıma” adlı dastan-poema yazır və əsər Yaroslav Smelyakov tərəfindən rus dilinə tərcümə edilir, 500 nüsxə çap olunuraq, qonaqlara və tədbir iştirakçılarına paylanır.

Mərasimdə, şair dastan-poemadan hissələr oxuyur. Bayram tədbirində iştirak edən SSRİ Yazıçlar İttifaqının Azərbaycan ədəbiyyatı üzrə məsul nümayənsdəsi, tədbirdə Moskvadan gələn şəxslərin sırasında olan yazıçı Vitali Vasilevski azərbaycanlı həmkarlarına  sözarası astadan deyir ki, bu deyilənlər cəfəngiyyatdır, bu işğaldır və qəribə xalqsınız, işğal olunduğunuz günü bayram kimi qeyd edirsiniz.

Əsər 6 iyinda “Ədəbiyyat və İncəsənət” qəzetində  dərc olunur. 

İyunun 3-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın sayca 10-cu olan, birinci katibi Vəli Axundov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə məktub yazıb xahiş edir ki, Azərbaycan xalqının rus xalqına məktubunu təqdim etmək üçün  Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin sədri Məmməd İsgənədrov başda olmaqla nümayəndə heyətinin Moskvaya səfərinə icazə verilsin. İcazə verilir və “Rus qardaşıma” adlı dastan-poemanı Rusiya Federasiyası Ali Sovetinin Rəyasət Heyətinə təqdim etmək üçün Azərbaycanın Məmməd İsgənədrov başda olmaqla yeddi nəfərlik nümayəndə qrupu Moskvaya gedir. Nümayəndə heyətinə əsərin müəllifi, Xalq şairi Süleyman Rüstəm də daxil edilir. “Rus qardaşıma” adlı dastan-poemanın rus mətni tam şəkildə “Pravda”, “İzvestiya” və “Sovetskaya Rossiya” qəzetlərinə dərc olunur.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi Xasay Vəzirov Rəyasət Heyətinə təqdimat hazırlayır ki, əsərin müəllifi Süleyman Rüstəmə müəllif qonorarından əlavə iki min manat mükafat verilsin. Rəyasət Heyətinin 29 iyunda keçirdiyi iclasda təqdimat təstiq edilir və onun yerinə yetrilməsi üçün Nazirlər Sovetinə tapşırıq verilir.

Tədbir rəhbərliyi razı salsa da DTK-nin topladığı gizli məlumatlardan aydın olur ki, bir çox ziyalılar onun keçirilməsindən narazı qalır.

Mənbə: C.Həsənli, Azərbaycanda sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1929-1969), Bakı, Qanun nəşriyyatı, 2018 səh. 108-109

Avanqard.net

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.