"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18

Hər zaman poeziyada yeni forma axtarışında olan şair-alim Əli Şirin Şükürlü bir müddət öncə yeni ədəbi cərəyanın əsasını  qoyduğunu bildirmişdi. Dəqiq elm sahəsində çalışan alimin ədəbiyyata gətirmək istədiyi forma yenilikləri daha çox riyazi müstəvidədir.

Ə.Ş. Şükürlü müsahibəsində bu barədə ətraflı danışır:

-Əvvəlcə yeni ədəbi cərəyanın mahiyyətindən və ideyanın yaranma tarixindən danışaq...

-Təxminən, 30 ildir ki,  elmi-ədəbi yaradıcılıqla məşğul oluram. Yaradıcılığa ciddi yanaşmağa başladığım andan daima yeni üslub, yeni forma-məzmun yaratmaq barədə düşünürdüm. Çünki hesab edirdim, yaradıcılıq əslində, elə yenilikdi və uzun müddət mövcud olan ədəbi-bədii estetikaya söykənmək yeniliyə qapını bağlayacaq. Təbii, bütün bu qeyd etdiklərim isə zamanla meydana gələ bilərdi. Yaradıcılığımın dinamikası, elmi sahələrə bələd olma, təcrübə, tədricən elmi-bədii laboratoriyanın formalaşmasına zəmin yaratdı. Və bu laboratoriyanın sayəsində yaranan bədii mətnlər ədəbiyyatın intellektual qoluna aid olduğundan, bu mətnləri doğuran nəzəriyyə barədə düşünməyə başladım. Beləliklə, tədricən intellektual poeziya, ümumiyyətlə, intellektual bədii mətnlər barədə nəzəri mövzular hazırlamağa başladım; intellektual bədii mətnin yaranma mərhələləri, bədii mətnlərdə fəlsəfi dünyagörüşü, Qeyri-səlis məntiq və ədəbiyyat, bədii mətnlərdə ehtimal elementləri, Nisbilik nəzəriyyəsi və ədəbiyyat və s. Bu formatda bədii mətnlər və nəzəri mövzular məndə yeni ideya doğurdu: yeni ədəbi-fəlsəfi cərəyan yaratmaq və intellektual təmayüllü bədii əsərləri bu cərəyan altında sistemləşdirmək. Beləliklə, Ədəbi Suprematizm adlı ədəbi-fəlsəfi cərəyanın manifestini hazırlayıb, "Suprematizmdən Ədəbi Suprematizmə" esseni mediada dərc etdirdim. Və bu essedə cərəyanın nə üçün məhz ədəbi suprematizm olmasını və bu cərəyana aid edilən bədii bətnlərin yaranması modelini əsaslandırdım

-Bu ədəbi cameədə necə qarşılandı? Nə kimi müsbət və mənfi rəylər eşitdiniz?

-Doğrusu, bəzi media vasitələrində maraqla qarşılandı və qeyd etdiyim kimi manifesti “525-ci qəzet”də dərc olundu, internet mediada - axar.az, moderator.az, mustaqil.az və s. saytlarda və TalkTV, ButaFM internet televiziyalarda müsahibələr şəklində işıqlandırıldı. Amma nə nəzəri mövzulara, nə də cərəyana hələlik, akademik, yəni peşəkar münasibət bildirilməyib.

-Hazırda yeni ədəbi düşüncə olan cərəyanınızı inkişaf və təbliğ etmək üçün nə kimi addımlar atmağı düşünürsünüz?


-Bu cərəyanın inkişafı ilə bağlı nəzəri mövzular hazırlayıram və bədii mətnlər yazıb media vasitələrində dərc etdirirəm. Məncə, bu, elə bir növ həm də təbliğat mexanizmdi. Bir də, bu mövzuları AMEA-nın Ədəbiyyat İnstitutuna təqdim etmişəm və reaksiya gözləyirəm. Məlumdu ki, əsaslı yeniliyə bəzən, dərhal və qısa bir zaman kəsiyində münasibət gözlənilməzdi. Çox zaman bu tip hadisələrə induksiya metodu ilə yanaşılır - bu vaxta qədər belə olub, bundan sonra da belə olmalıdı. Empirik yanaşma, mövcud təcrübə yeniliyə müqavimət göstərir. Bu maneəni aradan qaldırmaq üçün lazımdı ki, apriori-nəzəri yanaşma da sərgilənsin.

-Dünya ədəbiyyatında ideya müəllifi olduğunuz cərəyanın dəsti-xəttinə yaxın şeir, esse, proza yazan müəlliflər varmı? Varsa, kimlərdi?

-Bu barədə çox müsahibələrim və məqalələrim olub, yeri gəlmişkən bir də qeyd edim ki, təklif etdiyim model elmi informasiyanı fəlsəfi düşüncə vasitəsilə bədii mətndə ifadə texnikasına əsaslanır. Bu modeli əsaslandıran nəzəri mövzular öz elmi-bədii laboratoriyamın məhsuludu və fərqli çalarlara malikdi. Amma məlumdu ki, intellektual təmayüllü bədii mətnlər dünya ədəbiyyatı praktikasında mövcuddur və bu qolun çox görkəmli nümayəndələri var. Özümə ən yaxın bildiyim şair isə Vislava Şimborskadı.

-Belə anladım ki, bu yeni ideyanın Azərbaycanda inkişafı və sürətli yayımı hələlik, çətin məsələdir. Bu formatda şeirləri tərcümə etməklə xarici ölkələrin bazarlarına çıxarılmasına ümid qalır. Bu barədə nə düşünürsünüz?


-Əsas məsələ odu ki, həm ədəbi ictimaiyyət, həm də oxucu auditoriyası fikir ədəbiyyatının üstünlüklərini, onu yaratdığı yeni bədii texnikanı, məzmunu dəyərləndirə bilsin, azı 30-40 il əvvəlin ədəbi estetikasında ilişib qalmasın, tənqid, tədqiqat predmetinə çevirə bilsin. Bəzi şeirlərim bir neçə dilə tərcümə olunaraq xarici dərgilərdə yayımlanıb. Lakin səmərəli olması üçün bu məsələ sistemli həll olunmalıdı və bunun həyata keçirilməsinin işlək texnikasını reallaşdırmaq gərəkdi. Düşüncə adamları var ki, nəsə yaradır, onun səmərəsini də anlayır, lakin kütləviləşdirmək texnikası barədə ya düşünmür, ya da onun imkanları xaricindədi. Hesab edir ki, o ideyalar, nəzəriyyələr, yeniliklər zamanla invariantlığını qoruyub saxlaya biləcək. Hazırda isə əlimizdən yalnız yazmaq, yaratmaq gəlir.

-Əli Şirin müəllim, bu cərəyana aid bir şeirinizdən hər hansı parçanı nümunə kimi götürək və onu təhlil edək... Belə daha çatımlı və anlaışlan olar, məncə...


-Daha praktik olar, məncə də. Bir nümunə  deyim.
“Dayandı” “gedirdi amma”

Gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?

O isə
gəlirəm” “dedi. Elə bilirdi gəlir,
gedirdi amma.

Keçirəm, gözlə - çığırırdı. Yolu keçməyə
hazırlaşırdı. Keçirdi. Elə bilirdi yol keçir,
özündən keçirdi” “fərqində deyildi sadəcə.

Çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi
bir az əsəbi. Hə, çatdım, bu da mən. Dayanıb, nəfəs dərdi
yorğun, hüzünlü.
Dayandı. Gedirdi amma, xəbəri yoxdu, deyəsən.    

Elə bildi çatıb. Çatdığı özü idi” “bilmirdi hələ.
Çaşqınlıq içində boylandı ətrafa:
hardayam. azalmaqdansa çoxalıb məsafə,
geriyə gəlmişəm ki.

Nə baş verdiyini bilən bilirdi. Mən də bilirəm:
çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə.
Amma əvvəlcə yolun yarısının yarısını. Ondan da əvvəl
yarısının yarısının yarısını”¦   
Beləcə, sayacaqdı yerində gedə-gedə. Sayacaqdı yerində,
gedəcəkdi amma, elə hey gedəcəkdi.

Gözləyən isə
düşünürdü gözləyə-gözləyə:
bu gəlişlə
“itiayaq Axilles də çata bilməz tısbağaya”.


Parmenidin "varlıqda hərəkət yoxdu" fəlsəfi tezisinə və Zenon paradokslarına istinadən qurulmuş mətndi. Kütləvi dildə qısa izah etsək, bu fəlsəfi tezisi görə varlıqda hərəkət yoxdu və hərəkət şüurun yaratdığı illüziyadır. Zenon paradokslarının birində bunu belə izah edir: bir məntəqədən digərinə getmək üçün əvvəlcə yolun yarısını getmək lazımdı, buna qədər isə yarısının yarısını, ondan da əvvəl yarısının yarısını... və s. sonsuz hərəkət tələb olunacaqdı. Beləliklə, heç bir hərəkət baş verməyəcəkdi əslində.

-Oxucudan kifayət qədər yüksək intellekt tələb edən bir yanaşmadır. Sizcə, indiki Azərbaycan oxucusu üçün bunlar tez deyilmi?

-Bu tip mətnlər informativ olduğundan oxucunu düşünməyə, lazım olarsa öyrənməyə sövq edir və bunlardan yalnız informativliyi, düşünməyi sevən oxucular bədii zövq ala bilər. Tez olduğunu isə düşünmürəm, axı əvvəl-axır bu bədii müstəviyə də keçmək lazımdı. Nə qədər ənənəvi mövzulara və mövzuların doğurduğu lirik-sentimental hisslər üzərində qurulmuş mətnlərə heyranlıq baş alıb getməlidi?! Axı ədəbiyyat təkcə bu hisslərin doğurduğu mövzulardan ibarət deyil.
Ədəbiyyat həm də düşüncə məsələsidi. Məncə, daha çox düşüncə məsələsidi. Maraqlı olsun deyə, başqa bir şeir də əlavə edək. Bir qədər az intellektual hazırlıq tələb edir və forma baxımından da, məncə, maraqlı təsir bağışlaya bilər.  

"Məkan cazibəsi və ya yeni qravitasiya qanunu"


Bir iş var:
o, nə vaxtsa olduğu məkanlara
qayıtmağı çox sevir.
Hətta o məkanlarda
“darıxma anları” yaşansa da  arabir.

Yaxşı ki,
zamandan fərqli, məkan boyu
gerçək səyahət edə bilir adamlar.
Yoxsa, elə zaman kimi
məkan barədə də yalnız ehtimal və fəlsəfələrlə
dolub-daşardı “düşüncə sandıqları”.

Bir iş də var:
məkan kimidi adamlar da.
Çıxıb gedəsən hərdən, çıxıb gedəsən
təkcə məkanlardan yox,
elə adamlardan da.
Sonra yenidən qayıdasan   
getdiyin məkanlara və getdiyin adamlara.

Daha bir iş də var:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən, qravitasiya təsirini
uzaqlıqların belə zərrəcə azalda bilmədiyi nəsə ”“
dəqiq adını tapmaq çətin olur çox zaman.

Qayıtmağı sevdiyi şəhərlərin birində
otel bələdçisi gözəl xanım
nəzakətlə, amma yad adam kimi
qarşıladı onu əvvəlcə. Sonra
tanıyıb gülümsədi və rəfdəki kitabı göstərdi;
iki il əvvəl avtoqrafla otelə bağışladığı,
üz qabığının arxa hissəsində fotosu.


-Çağdaş oxucu kütləsinin ədəbi zövqü sizi nə dərəcədə qane edir?

-Zövqlər müxtəlifdi. Buna görə oxucunu heç vaxt qınamamışam. Sadəcə, bir məsələ var, qoy onu da deyim, bəzən, elə olur ki, kifayət qədər filoloji biliyi, səriştəsi olan adamın poetik duyumu zəif olur, standartdan kənara çıxa bilmir, bəzən də adi oxucu mətni elə anlayır və dəyərləndirir ki, adam heyranlığını gizlədə bilmir. Mənim mətnlərimin taleyi məhz belədi. Qaldı, fikir, düşüncə ədəbiyyatı, onun oxucu auditoriyası heç vaxt geniş olmur və buna gələcəkdə də ümid etmirəm.

-Əsasən, poeziyadan danışdıq. Nümunələri də poeziyadan dediniz. Bəs, Azərbaycan nəsrində nə kimi yeniliklərə gərək var?

-Əsərlərim arasında proza nümunələri də var; esselər, hekayələr, iki povest. Bu əsərlər də elə qeyd etdiyimiz ədəbi parametrlərdə qələmə alınıb və yaxşı reaksiyalar da olub. Xüsusilə, magik realist bədii üslubda yazıldığına və elmi-fəlsəfi yükünə görə. Hesab edirəm nəsr əsərlərinin də daima fəlsəfi dərinləşməyə və intellektuallığa ehtiyacı var və bu proseslər ədəbiyyatımızda hazırda gedir də. Amma bütün hallarda poeziya haqqında daha ürəklə danışa bilirəm və nəsr haqqında isə onun görkəmli nümayəndələri daha səriştəli rəy verə bilərlər.

-Yuxarıda Qeyri-səlis məntiqin adını çəkdiniz. Maraqlıdır,  Lütfi Zadə düşüncəsini şeirə necə gətirmək olar?

-Adını çəkdiyim nəzəri mövzulardan da biri "Qeyri-səlis məntiq və ədəbiyyat" essesidi və “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Bütün elmi informasiyalar, eyni zamanda bu nəzəriyyənin fəlsəfəsi də bədii mətnə təklif etdiyimiz model əsasında həyata keçirilir: elmi informasiya - fəlsəfi düşüncə - bədii təfəkkür. İlk növbədə nəzəriyyənin fəlsəfəsi müəyyənləşdirilir, sonra mövzu kimi seçilən hadisə ilə onun fəlsəfəsinin adekvatlığı tapılır. Məlumdu ki, bu nəzəriyyənin fəlsəfəsinə görə mütləq heç nə yoxdu, mövcud olan nə varsa, dərəcəsi ilə mövcuddu; yalan da, həqiqət də, sevgi də, nifrət də, bədbəxtlik də, səadət də və s. İndi qalır bu tezisləri bədii mətnə gətirmək. Şeirdən bir parçaya nəzər salaq.

bir qədər lirik-sentimental alındı, lakin həqiqət ölçüsü böyükdü bu təyinatda.
həqiqət ölçüsü dedik ”“ niyə? ”“ axı deyirlər mütləq həqiqət yoxdu həyatda;
həqiqət var, yarımhəqiqət var, yarımyarımhəqiqət var...
heç mütləq yalan da yoxdu, hər yalanda az da olsa həqiqət var,
hər həqiqətdə bir az yalan.

sevgi də elədi, hər sevgidə sevginin bir az tərsi olur; çox zaman
çoxalır getdikcə və vaxt ötdükcə azalır, bəzən də tükənir sevgi.
ya da tərsinə, vaxt sevgi gətirər, ya da sevgi qoyar sevginin üstünə.
lakin vaxt daha çox sevgi aparar ”“ bilirsiniz hər halda,
xanımlar və cənablar, çətin olsa da gülümsəyin o zaman! (Sevginin əksi var özündə)


Elmin Nuri, moderator.az

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.