Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?

30.10.18

Qəliz və qaranlıq insanı tam çözmək üçün illərlə cəhd edən psixologiyada 3 fərqli alqılama növü (və ya insan tipi deyək) vardır.

1. Göz informasiyası- görsəl insanlar.
Məlumatı: sağ (reallıq) və ya so (yalan) yuxarıdan alır. Zehin film kimi işləyir, şəkillər çəkir. Həmin şəkillərə istinadən danışırlar. Görməyə istinad edərək davranmağa üstünlük verənlərin zehni daha çox fotoşəkillərlə işlədiyi üçün onlar sürətli danışır və "göz" sözü ilə bağlı cümlələri çox işlədirlər.

Özəlliyi: Göz ilə bağlı cümlə qurmaq. Məcaz çox işlədirlər. Dərindən və sürətli nəfəsalma. Onların zehni məlumatı şəkillər formasında alıb saxlayır. Onlar əşyaların da görünüşünə əsas önəm verir. Xarici görünüş nəzərdə tutulur.
Rəsmli informasiyanı sevirlər.
Göz hərəkətləri: sağ və sol yuxarıya doğru olur.
Onlar informasiyanı  gözləri ilə yoxlayır və zehində o cür depolayır.
Görsəl insanlar gördüklərini əsla unutmaz. İlk baxışda aşiq olur.
Gözünə xoş gələr.

2. Eşitsəl insanlar.
Məlumatı sağ və ya sol qulaq istiqamətindən alır.
Tək-tək, fasilə ilə, şairanə danışıq. Hekayələri gözəl danışırlar. Nitqləri qulağa xoş gəlir. Onların səs tonundan eşitsəlliyi bilinir. Ünsiyyət zamanı qulaqlarını sizə doğru çevirər. Onlar üçün səs tonu önəmlidir. Səs tonuna fikir verirlər. Onlara əşya haqda məlumat verərkən asta səs tonu lazımdır. Əşyanın özəlliklərini astadan və təkrarlayaraq söyləmək lazımdır. Səsli informasiyanı sevirlər.
Nitqlərindəki kəlmələrdə "qulaq", "eşitmək" sözlərinin işlədirlər.
Göz hərəkətləri : sağ və sol qulağa paralel.
Onlar informasiyanı  qulaqlara istinadən  yoxlayır və zehində o cür depolayır.
Eşitsəllər əsla eşitdiklərini unutmaz.
Frekansa əsasən aşiq olur.
Xitab edər.

3. Toxunsal (kinestetik) insanlar. İnformasiyanı aşağıdan alırlar. Bu tip insanlar üçün duyğular çox önəmlidir və duyğularını əsla unutmurlar.
Onlar informasiyanı  duyğuları ilə yoxlayır və zehində o cür depolayır.
Danışarkən: yavaş, ağır-ağır və dərin diafraqma nəfəsi.
Rahatlığına önəm verirlər və fiziki fəaliyyətdə hərəkətli (əsasən də, tələbəlik dövründə) olurlar.

Qeyd: Hər hərəkətli uşağa "hiperaktiv" deməyə tələsməyin, çünki uşaq kinestetik (toxunsal) də ola bilir.
Bu tip insanlar duyğularla davranır deyə, nitqi yavaş olur, çünki duyğu, adətən,  sürətsiz (yavaş) gəlir.
Duyğularla (ürəyi dinləyərək) aşiq olur. Ruhu oxşanar.

Görsəllərlə görsəllər yaxşı uzlaşır. Eşitsəllərlə eşitsələr və toxunsallarla toxunsallar. Çünki eyni dili danışırlar, eyni titrəşim-eyni frekans.
Görsəl tipli insan kinestetik tiplə ünsiyyət edərkən səbrsizlənə bilər.
Üç əlamətə dayanaraq insanları konkret bir növə aid etmək doğru deyil. Çünki insanda bu 3 əlamətdən hər üçü vardır, sadəcə, biri qabarıq, digər ikisi zəif olur.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.