Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
31.10.18

Antonio Ferrara 1957-ci ildə Napoli yaxınlığındakı Porticidə doğulub, Novarada yaşayır və işləyir.  Bədii  tədqiqatlar üzrə təhsil almış, yetkinlik yaşına çatmayanlar üçün yaşayış birliyində yeddi il çalışmış, orada balacaların xəyallarına qatılmağı, özünə heç vaxt həddən artıq ciddiliklə yanaşmamağı təlqin etmişdir. Məktəblərdə, kitabxanalarda, mədəni birliklərdə və ətraf evlərdə uşaqlar və böyüklər üçün illyustrasiya və yaradıcı yazı seminarları təşkil edir. Uşaqlar üçün çoxlu sayda kitabların, - Qəlyanaltıya ərəb çörəyi,  Putsillo - centlmenin pişiyi, Mən pis idim, Divarı döyün: kitab həyatınızı xilas edəndə, Bəzi güllər kölgədədir, 80 mil, Heç bircə gün də yox - və digər maraqlı əsərlərin, kitablarına çəkdiyi bir çox orijinal illyustrasiyaların müəllifidir... 






        Harada öyrənsən də, yalnız sevdiyin şəxsdən öyrən
                                                        Y.P.Ekkermann

     
       Sevinc və kədər dolu Tatyanaya



        ÇAY – FUTBOL MEYDANÇASIDIR

        Povest
    
          
      On yeddi

       Qapılara dörd-dörd zərbə  vurmaqla  qızınmağa başladıq, mən topları gah qaytarırdım,  gah da yox, belə ki, zərbələr yoldaşlarımın, komandamızın vurduğu zərbələr idi və hətta buraxsaydım belə, heç nə olmazdı.
      Sonra nəfəsimizi bərpa etmək üçün qaçmağa başladıq, meydançanın ətrafında dayanmadan on dövrə vurduq, kimsə ləngiyəndə məşqçi onun dalınca bağırırdı.
     Qaçışdan sonra bədən hərəkətlərinə keçdik, heç ürəyimcə deyildi, mənə elə gəlirdi ki, bunları eləmək səfeh və mənasız bir işdir.
       Hərəkətləri yerinə yetirərkən  fikrim yayınır, başqa bir şey barəsində  düşünürdüm, həmişə də o sevdiyim qızı, Ainanı düşünürdüm, məni  hamıdan  çox istəyən, hamıdan artıq  sevən, istədiyim qızı, onu nəğmə deyən quşlar və ya ətir saçan güllər olan paltarında  keçib gedən görürdüm və belə düşünəndə həmişə koranın və gitaranın səsi gəlirdi.
       Onun barəsində düşünərkən bədən hərəkətləri  çox pis, nizamsız  alınırdı, əl hərəkətlərinin də hamısını səhv salırdım və həqiqətən də belə idi, çünki görürdüm ki, məşqçi tərs-tərs mənə baxır:
        - Oyan! Gic qoyun! – , deyə o, skamyasından bağırdı və mən bundan sonra bir qədər  daha diqqətli olmağa çalışdım.
        Ancaq bir az sonra yenə yanılmağa başladım, belə ki, bədən hərəkətləri hələ də alınmırdı.
        Məşqçi qalxıb yaxına gəldi, görünürdü ki, qəzəblidir.
        - Başını bir qədər bu tərəfə əy! – deyə bağırdı, bağıranda da sifəti eynən sıxılmış yumruğa bənzəyirdi. Bağıra-bağıra dedi ki, məşqdən sonra yanına gəlim, mənə deməyə iki kəlmə sözü var.
       Mən cavab vermədim, daha da ehtiyatlı olmağa çalışdım və məşqə davam elədim.
       Həvəssiz davam edirdim, sadəcə  eləmək  xatirinə, nə vaxt bitəcəyini də görmürdüm, həm də onun mənə nə demək istəyəcəyindən narahat idim.
 

     
On səkkiz

      Məşqdən sonra qaçaraq məşqçinin yanına cumdum, düşündüm ki, danışmağa birinci özüm başlasam yaxşıdır. Məşqçiyə onun özünün yaxşı anladığı, mənim düşündüyüm şeyləri deyə bilərdim. Ona görə də,  beləcə, ona hər şeyi danışdım, daş pilləkənləri olan ev barədə, Ainanın ora apardığı, oradakı o bir nəfər barədə. Ona özüm haqqında, Aina haqqında, əvvəl-axır oğurlayacağım bıçaq barədə danışdım.
       - Get yuyun, - o dedi, - özü də, daha bəsdir.
     Duşdan qayıdandan sonra məşqçi mənə başqa heç nə demədi, bizi dairəvi oturdub,
qarşıdakı ən vacib,  çempionluq uğrunda oyunumuzla bağlı son strategiyalarını açıqladı, bir neçə kəlməlik qısa söhbət etdi. Dedi ki, hər kəs bütün yoldaşlarını düşünməlidir, birlikdə hər şey edə bilərik, dedi ki heç kim təkbaşına heç nə edə bilməz. Məşqçi bizə anladırdı ki, hamımızın qayğısına qalır, mən də onun qayğısına qalırdım, özü də necə, ancaq bunu düzgün-doğru söyləyə bilmirdim.
     
Və danışanda da bəzi sözləri yaxşı anlamırdın, çünki hər dəfə elə hey masaj edən Paki gəlib geçir, hər gəlib keçəndə də elə səs çıxarırdı ki, deyərdin göy guruldayır.
      S
onra məşqçi dedi:  bu günə bəs edər, evə gedin uşaqlar, - evə, çünki  sabah oyunumuz var, - biz də getdik və evə gedərkən hamımız birlikdə yaşıl jalüzlü evin qarşısından keçdik, bu dəfə musiqi artıq başlamışdı və pəncərədən qəlbən hiss etdiyin təbil səsi gəlirdi, koranın da, gitaranın da səsi sənə eyni zamanda həm sevinc, həm də kədər gətirirdi. Musiqi xoşuma gəlirdi, xüsusilə də kora, çünki bir dəfə Çaka demişdi ki, onu inək dərisi çəkilmiş yarı balqabaqdan hazırlayırdılar və onu yalnız  Calilər (7) ifa edə bilir, onlara mənim kimi, xalq arasında hekayətlər söyləyən  Qrioz (8) da deyirlər.
       Musiqi bitdi və biz evə döndük, kartonun üzərində uzanmışkən həmin gecə yuxum gəlmirdi, çünki düşünürdüm ki, sabah oyunumuz var, bir də ona görə ki, düşünürdüm bəlkə özüm və Aina barəsində məşqçiyə danışdıqlarımla səhv etmişəm o, hətta istəsəydi belə, bizə nə edə bilərdi ki...
      
       
        On doqquz

        Sonra oyun günü yetişdi və hamımız bir qədər həyəcanlə meydana çıxdıq. Ancaq bu dəfə Çaka qapımın arxasında idi, iki dostu da, biri gitara, digəri isə kora ilə birlikdə onunla gəlmişdi və Çakanın bircə işarəsi ilə üçü də birdən çalmağa başlayırdı və mən düşündüm ki, biz həmin gün uduza bilmərik, çünki onlar bizə enerji verirdilər, hamısı da musiqi ilə birlikdə
mənim ürəyimin ritmində addımlayırdı. Bu gün tora heç bir top, beynimə də heç bir pis fikir girməməlidir. Anlayırdım ki, həmin  gün artıq heç nə keçmirdi, heç bir zərbə, heç bir yayınma.
    İçində anamın şəkli olan kitabımı qapımın torunda, bir küncdə yerləşdirdim, ancaq bu dəfə kitabın üstünə bir daş qoydum, beləcə,  əgər külək qalxsaydı, kitab açılmaz, anamın şəkli də uçub getməzdi, sonra oyun başladı.
        Hücuma biz başladıq, onlar da hamısı müdafiədə idi.
        Kəllə-kəlləyə hücuma keçmişdik.
        Bizimlə belə zarafat olmaz.
       Tabo hansısa bir məqamda irəli sıçrayıb, tullandı, başı ilə zərbə endirərək qol vurdu, indi biz udurduq. Onlar da oyunun sonuna qədər vura bilmədilər.
     
Qol vurmaq üçün bizi  meydanın hər tərəfindən sınayırdılar, hər istiqamətdə, hər küncdən, ancaq buna heç kim nail olmadı, çünki həmin gün mən bütüb zərbələri dəf edirdim. Və oyun qurtaranda, biz qalib gələndə yoldaşlarımın hamısı məni qucaqlayıb deyirdi - əhsən Kato, mən də gülürdüm, düşünürdüm ki, bəlkə də bir gün məşhur qapıçı oldum və gözlərimlə Ainanı axtarır, ancaq görmürdüm, sonra daha  heç nə düşünmürdüm, çünki Paki keçib gedərək tozu-torpağı atəşə tuturdu və onun bu musiqisi ağlı çaşmış görünən cembenin səsinə, gitaranın sədası ilə həmahəng olan koranın səsinə qarışırdı, indi uzaqdan mənə öpüş göndərən Ainanı görürdüm və onun gözlərindən oxuyurdum ki, həyat gözəldir, mən uğurlu insanam və görürdüm ki, daş pilləkənin kəlləsində indi artıq heç kim yoxdur, çünki məşqçi şübhəsiz ki, bu barədə tədbir görmüşdü, ancaq bunu necə etmişdi, - bilmirəm. 
       Aina əlimdən tutdu, bayram etmək üçün çayın sahilinə getdik, Tabo da öz çiyin çantası ilə bizimlə gəldi və o tozluqda onların izləri mənim izlərimə qarışırdı. Məşqçi də uzaqdan gülərək bizi salamlayır, çayın səsindən anlaşılmayan nələrsə qışqırırdı.


          İyirmi

        Tabo qumun üstündə yanımızda əyləşib, bir siqaret yandırdı. Mən xoşbəxt idim,  ona dedim ki, heç şübhə yoxdur  ki, o, məşhurlaşır, əvvəl-axır o, başdan-ayağa mərmərdən, hətta yağışın altında belə palçığa çevrilməyəcək, günəşin də quruda bilməyəcəyi, canlı görünən  bir heykəl düzəldəcəkdi.
        Tabo gülümsəyib başı ilə yox dedi, yox, sonra da dedi ki, canlı görünən şeylər düzəltmək istəmir, gördüyü yox, bildiyi şeyləri düzəldir, çünki görünən bir şey hələ azdır, təsvir olunan şey önəmlidir.  Mən də bunu eşitməkdən razı idim, ancaq nə deyəcəyimi bilmirdim, çünki Tabo bütün doğru sözləri söyləmişdi.
      Mən Ainanı bərk-bərk qucaqladım və düşündüm, indi ki, oxumağı öyrənmişəm dünyadakı bütün kitabları oxumaq, sözlərin arxasında gizli qalan bütün güclü insanları tanımaq istəyirəm və birdən  məni millimizin qapısında dayanmaq, bütün oyunlarda iştirak etmək üçün Aina ilə birlikdə dünyanı dolaşmaq arzusu bürüdü, çünki onunla dünyanı gəzmək və sevişmək istəyirdim.
      Çaya baxdım, o, tünd yaşıl rəngdə enli bir zolaq idi,  əsil futbol meydançasına bənzəyirdi.
     Sonra Tabo ocaq qaladı, çantasından manqo, papaya və qreypfrut çıxartdı, Aina içməyə tamarinda gətirdi, daha sonra yavaş-yavaş Çaka və iki dostu təbillə, kora və gitara ilə gəldilər və Çaka mənə dedi ki, məşqçi bir qədər əvvəl ona tapşırıb mənə desin ki, həmin o daş pilləkən məsələsi qaydasındadır və mən düşündüm ki, bunu artıq anlamışam.
    Çaka və dostları dərhal çalmağa başladılar, qalanmış ocağın yanında musiqi ürək açır, adamı ağladırdı, özü də bu musiqi elə güclü, elə möhtəşəm idi kİ, hətta Dakarda belə eşidilirdi. 

_______________________________________
(7) Qərbi Afrikada el sənətçisi, aşıq
(8) Cali ilə eyni mənada

SON



  İtalyan dilindən
  tərcümə edən
  Cəmşid Cəmşidov

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.