“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib

01.11.18

XVI yüzillikdə Azərbaycan türkcəsində yazıb-yaratmış və Bağdadda yaşamış bir sıra şair və ədiblərimiz vardır ki, onların həyat və yaradıcılığı, yazılı irsi bu günə qədər hələ də tədqiq edilməyib.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “Avropa” nəşriyyatında yeni çapdan çıxmış “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı xüsusi əhəmiyyət kəsb edir. Bağdadda yaşamış Azərbaycan şair və ədiblərindən bəhs edən kitab üç bölmədən ibarətdir. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçilər filologiya elmləri doktoru, professor Yaqub Babayev və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Kitabda XVI əsr şeirinə damğasını vuran söz ustadları Məhəmməd Füzuli (Füzuli Molla Məhəmməd Bağdadi), Əhdi Bağdadi, Ruhi Bağdadi, Şəmsi Bağdadi (Əhdinin atasıdır), Hüsni Bağdadi, Rindi Bağdadi (Hüsni Bağdadinin oğlu, Əhdinin isə əmisi oğlu), Zöhdi Bağdadi (Rindinin oğlu, Hüsninin nəvəsi, Şəmsinin nəticəsi və nəhayət Əhdinin əmisi nəvəsi), Muradi Bağdadi (Əhdinin kiçik qardaşı), Həsiri Şirvani, Şahi, Eşqi, Hüzni Bağdadi, Elmi Bağdadi, Kəlayi Bağdadi, Zaeyi Bağdadi, Zehni Bağdadi, Zəmiri və Fəzli Mövlana (Füzulinin oğlu) kimi azərbaycanlı sənətkarların həyat və yaradıcılıqları tədqiqata cəlb edilib.

Əsərdə qeyd edilir ki, XVI əsrin əvvəllərindən Bağdadda Azərbaycan poeziyası aparıcı rola malik olub. Füzuli ədəbi məktəbini tamamilə yeni poetik məzmunda, yeni məna və bədii dəyərlərlə davam etdirən azərbaycanlı sənətkarların bütöv bir nəsli bu dönəmdə Bağdadda yetişib. Bu sənətkarlar Füzuli irsini kor-koranə təqlid etmir, əksinə, Azərbaycan klassik şeir ənənələrini yaşadır, dövrün gətirdiyi yeni poetik ab-havadan da kənarda qalmırdılar. Azərbaycanın böyük şəxsiyyətləri sırasında dayanan tənqidçi, mətnşünas, folklorçu və ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizi (1030-1109) “Nəzmiyyə” Akademiyası açılan zamandan oraya dəvət edilib və 40 il Şərqin bu nəhəng elm ocağında çalışıb. XV əsrdə Bağdad Ağqoyunlu dövlətinin hakimiyyəti altında idi. Şah İsmayıl Səfəvinin 1508-ci ildə Bağdadda hakimiyyətini möhkəmləndirməsi buraya azərbaycanlı sənətkarların axınını daha da gücləndirdi. Azərbaycan ədəbiyyatının bir hissəsinin Bağdadda formalaşması göründüyü kimi, heç də təsadüfi deyildi.

Kitabda “Dıvan”ı bu günümüzə gəlib çatmış Ruhi Bağdadinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb. Qeyd olunur ki, Ruhi Bağdadi 1544-cü ildə Bağdadda hərbçi ailəsində doğulub. O, gənc yaşlarından atasını itirsə də, mükəmməl təhsil ala bilib, ərəb və fars dillərini dərindən öyrənib. Onun yaşadığı dövr çox gərgin və ağır müharibə illərinə düşüb. Ruhi ömrünün son illərini Şamda yaşayıb və 1606-cı ildə orada vəfat edib.

Ruhi bütün yaradıcılığında Füzuli və Nəsimi irsindən qidalanıb. Davamçılarından Ruhi qədər Füzuli ədəbi məktəbinə yaxın ikinci bir sənətkar demək olar ki, yoxdur. Ruhinin “Divan”ı 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1 məşhur tərkibənd, 1 tərcibənd, 3 müəşşər, 2 müsəmmən, 7 müsəddəs, 1 müxəmməs, 94 tarix, 2 mürəbbe, 3 dəyişən beytli mənzumə, 1 müəmma, 1115 qəzəl, 8 təxmis, 28 rübai və 26 qitədən ibarətdir. /Azərtac/

Yenililklər
19.03.19
Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq"
19.03.19
Fəlsəfə İnstitutunda Nəsimiyə həsr olunmuş “Poeziya dəqiqələri”
19.03.19
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
19.03.19
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.19
Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib
18.03.19
Nemət Mətin - Kiməsə danışsan öləcəksən
18.03.19
ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub
15.03.19
Keçmiş kəşfiyyatçı:"Mən kabinetə şkafdan girdim"
14.03.19
Səməd Behrənginin 80 illiyi qeyd edilib
14.03.19
Şahanə Müşfiq - Yaddaşlarda əbədi yaşayan sənətkar
14.03.19
“Hərbi-tibbi terminlərin izahlı lüğəti” nəşr olunub
14.03.19
Şəhla Aslan - Anarın yelbeyin İmanı və Yel çərşənbəsi
13.03.19
Ədəbiyyat İnstitutunda növbəti seminar indoneziyalı yazıçıya həsr olunub
13.03.19
Simran Qədim - Dərs - Hekayə
13.03.19
“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
13.03.19
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
12.03.19
Şəhla Aslan - Bu cavanlar niyə fışqırıq çalmırlar?
12.03.19
Vasif Əlihüseyn - Başqa dizlərdə qatır qadınsızlığının başını
12.03.19
Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüz” adlı kitabı çap olunub
12.03.19
“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir - Fotolar
12.03.19
“Çapar” jurnalının təqdimatı keçirilib
11.03.19
"Yüz illər bundan öncə yaşamış klassiklər müdafiəsizdir" - Sorğu
11.03.19
Əbülfəs Qarayev: “Muzeylərdə audio-vizual bələdçilərin tətbiqinə başlanacaq”
11.03.19
Xalq rəssamı Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb
11.03.19
İmarət Cəlilqızı - Mən, atam, balta, yer, göy və başqaları
11.03.19
Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq
11.03.19
Bədirxan Əhmədli -  Üçlü formula gedən yol...
11.03.19
Fəxrəddin Teyyub - Gözünə gün düşənə məktub
07.03.19
TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib
07.03.19
Siyasi Büronun artıq üzvləri, ermənilərin xroniki separatizmi və zabit ləyaqəti...
06.03.19
“Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
06.03.19
“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib
06.03.19
AzTV-də daha bir dəyişiklik - Yazıçıya baş redaktor vəzifəsi verildi
05.03.19
8 Martda iki qadın yazarın imza və şeir gecəsi keçiriləcək
05.03.19
“Unutmağa kimsə yox” festivalda nümayiş olunub
05.03.19
AzTV-də növbəti təmizləmə: iki əməkdaş nöqsanlara görə işdən uzaqlaşdırıldı
05.03.19
Azərbaycan teatrlarının inkişafına 1,8 milyon manat ayrılıb
05.03.19
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
05.03.19
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclası keçiriləcək
05.03.19
Şəhla Aslan - Niyə intihar edirik?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.