Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
Qanun Nəşrlər Evində tanınmış yazıçı-tərcüməçi Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin “Yuxuların yuxusu” əsəri çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə Antonio Tabukkinin “Yuxuların yuxusu” əsəri öz quruluşuna və təhkiyəsinə görə müəllifin fərqli yaradıcılıq uğurudur. Əsər yazıçıya dünya şöhrəti gətirmiş “Pereyra iddia edir. Şahid ifadələri”, həmçinin “Damaşeno Monteyronun itmiş başı”, “Porto Pimdən olan qadın”, “Hind noktürnü”, “Fernandu Pesoanın son üç günü”, nəhayət, “İzabel üçün. Bir mandala” və digər yazıları ilə bir sırada özünəməxsus layiqli yer tutur. “Yuxuların yuxusu” orijinal süjetlərdən, təhlükəli olaylardan, ehtimal və fərziyyələrdən bəhs edən maraqlı sənət təcrübəsi, müasir bir yazıçının yaxın və uzaq keçmişdəki iyirmi böyük şəxsiyyətə olan ehtiraslı sayğılarının təzahürüdür.
İtalyan dilindən tərcümə edən: Cəmşid CƏMŞİDOV
Qiymət: 3.49 AZN
|