“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
05.11.18

Bugünlərdə “Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb.

Jurnal Ələmdar Cabbarlının “Ulduz”un sentyabr nömrəsi haqqında “Heykəlləşməyə tələsməyənlər...” adlı ekspert rəyi ilə açılır.

Ekspert rəyini Rəşad Nağı Mustafanın “Özüylə söhbəti” və şeirləri izləyir.

“Nəsr” bölməsində Vüsal Oğuzun “Tanışlıq”, Vəfa Qafarovanın “Sevgi lüğəti”  hekayələri yer alıb.

“Qısa fikirlər xəzinəsi” rubrikasında Cəlal Bəydilli Nizami Gəncəvi, Marağalı Əvhədi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şeyx İbrahim, Gülşəni Bərdəi, Məhəmməd Füzulidən hikmətli deyimləri “Azərbaycan dünyası” başlığı altında təqdim edib.

“Anım” adlı xüsusi rubrikada Xalq yazıçısı Anar “Şeirimizin Nurəngiz Günü” məqaləsində mərhum şairədən danışır. Məqaləni N.Günün şeirləri izləyib.

İppolit Sokolovun “Ekspressionizm Xartiyası” məqaləsi Xanım Aydının tərcüməsində bu saydadır.

“Şeir vaxtı” rubrikasında Kəmaləddin Qədimin şeirləri dərc olunub.

“Mühacirət ədəbiyyatı” rubrikasında Abid Tahirli “Abay Dağlının həyat və yaradıcılığı”ndan danışır.

Seymur Su, Şəfaqət və Sevil İşığın şeirləri “1+1”, Akif Əhmədgilin şeiri isə “Bir şeir” rubrikasındadır.

Şəlalə Göytürk Sona Vəliyevanın “İşığa gedən yol” romanı haqqında “Tribuna”da “İşığa gedən yolun aydınlığı” sərlövhəsilə söz açıb.

“Esse”də Qulu Ağsəs “Hərarət normadan yuxarıdı...” deyib, “Tərcümə saatı”nda Təranə Vahid Özcan Ünlünün şeirlərini təqdim edib.

“Bölgələrdən səslər” bölməsində Zərifə Əliqızının “Xilaskar” novellası yer alıb.

Jurnalın bu sayında “Söz” yaradıcılıq birliyi Kazuo İşiquronun “Qərib və bəzən də hüznlü” hekayəsini təqdim edir. Hekayəni ingilis dilindən Sevinc Quliyeva tərcümə edib.

Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin bu- dəfəki qonağı Əfsanə Laçındır.

“Sərgi”də rəssam Həsənağanın şəkilləri yer alıb. /525.az/

Yenililklər
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.