"Dünya ədəbiyyatı” dərgisinin  "Serbiya poeziyası” xüsusi sayı işıq üzü görüb
30.11.18

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir  ilkə imza atdı. Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayı işıq üzü görüb. "Serbiya poeziyası” xüsusi sayının Serbiya poeziyasının klasssiki Stefan Lazareviçdən tutmuş  Laza Kostiç, Voislav İliç, Aleksa Şantiç,  İvo Andriç kimi digər klassiklərlə də daxil olmaqla uzun yol keçmiş Momçilo Nastasiyev,Desanka Maksimoviç,Duşan Matiç, Rastko Petroviç, Duşan Radoviç, Vasko Popa, Branko B. Radiçeviç, Miodraq Pavloviç, Slobodan Markoviç,  Stevan Raiçkoviç, Milorad Paviç, Dara Sekuliç, İvan Laliç ,Tomislav Miyoviç, Duşko Trifunoviç, Yovan Xristiç, Branko Milkoviç, Borislav Radoviç, Milovan Danoyliç, Branislav Petroviç, Lazar Vuçkoviç,Lune Levayats, Matiya Beçkoviç, Petar Svetkoviç, Qoyko Coqo, Zoran Miliç,Draqan Draqoyloviç, Milutin Petroviç, Adam Puslyoviç, Radomir Andriç, Rayko Petrov Noqo, Miço Svietiç,Miroslav Maksimoviç, Milan Nenadiç,Milosav Teşiç, Ratko Deletiç, Branislav Velkoviç, Duşko M.Petroviç, Duşka Vrxovas, Tomislav Marinkoviç, Bratislav Milanoviç, Tiodor Rosiç, Zlata Koçiç, Andrey Eliç-Mariokov ,Simon Simonoviç, Ranko R.Radoviç, Selimir Raduloviç, Vekoslav Vukadin, Yovanka Stoyçinoviç-Nikoliç, Milisa Yeftimiyeviç-Liliç, Corce Neşiç, Novitsya Telebak, Draqan Yovanoviç-Danilov, Milan Orliç, Miodraq Yakşiç, Qoyko Bojoviç və  İskra Peneva kimi müxtəlif dövrə aid 62 serb şairinin şeirləri yer alıb.
  "Xüsusi sayın” "Ədəbi söhbətlər” və "Bakı-Belqrad: ədəbi yazılar” bölümlərində Səlim Babullaoğlunun serb ədəbiyyatçıları Selimir Raduloviç və Yasmina Mixayloviç ilə müsahibələri, Nobel mükafatı laureatı, görkəmli serb yazıçısı İvo Andriçin " Bir dəfə Azərbaycanda” məqaləsi və "Nobel nitqi”, Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçin səfir  Eldar Həsənovun "Balkanların dostluq körpüsü boyunca”  kitabı haqqında  "Müstəqil tarixi toplu” adlı məqaləsi, Səlim Babullaoğlu və Fərid Hüseynin "Dünya Yazıçılarının Beynəlxalq Belqrad Görüşləri”ndən "səfər yazıları”, eləcə də Yasmina Mixayloviçin "Xəzərin sahilində” kitabından fraqmentləri yer alıb.
Dərginin bu sayına daxil olan mətnləri dilimizə Səlim Babullaoğlu, Günel Şamilqızı, Xatirə Nurgül, Cavanşir Yusifli, Elxan Zal, Rəbiqə Nazimqızı və Aynur Qarayeva (sətri tərcümələr: Katerina Paniç, Aleksandr Bozoviç) tərcümə ediblər.
"Serbiya poeziyası” xüsusi sayı wwwartkaspi.az saytının iştirakı və  Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı Səfirliyinin dəstəyi ilə hazırlanıb.
  "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun  oxuculara xitab etdiyi "giriş” yazısı ilə açılır: "Ölkələr, xalqlar arasındakı diplomatik münasibətlərin uğuru, əlbəttə ki, həm də mədəni əlaqələrdən keçib möhkəmlənir. "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayının nəşri həm Azərbaycan, həm də Serbiya  ədəbi-mədəni mühiti üçün olduqca ciddi və parlaq hadisədir. Bu nəşr vasitəsilə Azərbaycanın poeziyasevər auditoriyası 60-dan artıq serb şairinin (onların arasında XIV-XV əsr serb tarixinin və ədəbiyyatının görkəmli nümayəndəsi – kral və şair Stefan Lazareviçin "Eşq məktubu”  da var, serb ədəbiyyatının ötən əsrin 90-cı illər ədəbi nəslinin nümayəndəsi Qoyko Bojoviçin şeirlərini  müxtəlif həcmli poetik mətnlərilə eyni vaxtda, küll halında tanış olmaq imkanı qazanırlar.  Digər tərəfdən, bu xüsusi say,  təkcə oxucular üçün deyil, eyni zamanda peşəkarlar, ən çox da slavyan xalqları ədəbiyyatının, serb poeziyasının tədqiqatçıları üçün əvəzsiz mənbə rolunu oynayacaq...”
  Dərginin baş redaktoru Seyfəddin Hüseynli "Serbiya poeziyası” xüsusi sayına "Baş redakordan” başlıqlı məqaləsində yazır: "Dünya ədəbiyyatı” dərgisinin Serbiya poeziyasına həsr olunmuş xüsusi sayı, sözsüz ki, ilk növbədə ölkələrimiz və xalqlarımız arasında ədəbi əlaqələrin güclənməsi, çağdaş bədii tərcümə işinin tərəqqisi yolunda atılan mühüm addım sayıla bilər. Eyni zamanda, bu nəşr Azərbaycan ədiblərinə və oxucularına Serbiyanın dəyərli şairlərinin, sayseçmə söz ustalarının yaradıcılıq nümunələrilə geniş tanışlıq imkanı açmaq baxımından önəmlidir. Çünki burada serb xalqının mənəvi aləmini, dini-ruhani duyğularını, fikir dünyasını, həyəcan və qayğılarını aydın əks etdirən çox sayda poetik nümunə, onları Azərbaycan insanına dolğun şəkildə çatdıra bilən, kifayət qədər uğurlu tərcümələr yer alıb. Bu saydakı ədəbi söhbətlər, səfər qeydləri və digər yazılar da çağdaş Serbiyanın bədii söz mühiti haqqında, onun bir sıra tanınmış simalarının Azərbaycana münasibəti barədə gərəkli təəssürat formalaşdırmağa layiqincə xidmət edir.”
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu dərgi ilə bağlı eksklüziv açıqlamasında bildirib ki, mərkəzin nəşri olan "Dünya ədəbiyyatı” dərgisinin "Serbiya poeziyası” xüsusi sayı hazırlanması və çapı öncədən planlaşdırılmış, gözlənilən idi: "Belə ki, hələ 18 sentyabr 2014-cü il tarixində AYB  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanmışdı və bu sənəd iki ölkənin ədəbi təmaslarının daha səmərəli şəkil alması baxımından önəmli hadisə  idi. Memorandumu mən və Serbiya Yazıçılar Birliyinin katibi Branislav Velkoviç imzalamışdıq. Yeri gəlmişkən, "xüsusi sayda” bu haqda informasiya var və sənədin surəti də ön səhifələrdə yer alıb... Serbiya ədəbiyyatı, poeziyası da həm  slavyan xalqları ədəbiyyatı kontekstində, həm Şərqi (Cənub Şərqi) Avropa ədəbiyyatları kontekstində də olduqca özünəməxsus, maraqlı, dərin ədəbiyyatdır... Mən bizimlə Serbiya tərəfdən bizimlə əməkdaşlıq etmış hər kəsə, xüsusən, dostum, tərcüməçi Katerina Paniçə minnətdarlığımı çatdırıram. Eyni zamanda bildirmək isəyirəm ki, bu bizim Serbiya ilə bağlı ilk işimiz  deyil. Daha əvvəl biz "Kitabçı” jurnalı ilə birgə "Serbiya buraxılışı” hazırlamışdıq. Bu proses davam edəcək. Gələn ilin yazı üçün biz görkəmli serb şairi Radomir Andriçin şeirlər kitabını nəşr edəcəyik, kitabın üzərində iş gedir. Mən ümid edirəm, serblər də bizim ədəbiyyatımızla bağlı imzaladığımız Memorandumdan irəli gələn öhdəlikləri, şifahi söhbətlər zamanı qeyd etdikləri layihələri tezliklə gerçəkləşdirəcəklər...”

Yenililklər
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.