Rasim Qaraca - Şeirimiz yanlış yoldadır - Müsahibə

03.12.18

“Yazıçı məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır, əgər işlər yaxşı getmirsə, “bunun səbəbkarı mənəm” deməyi bacarmalıdır. Yoxsa 3 şeir, 2 hekayə, 1 roman yazıb ora atmaqla yazıçı olmaq çətin məsələdir”.

Avanqard.net şair Rasim Qaracanın müsahibəsini təqdim edir.

- Sosial şəbəkələrdə ədəbiyyatın bu qədər populyarlığı nədən irəli gəlir? Sizcə, bu populyarlığın kökündə ədəbiyyata sevgi dayanır?

- Sosial şəbəkələr azad özünüifadə məkanıdır, məncə, bizim insanlar özünüifadə azadlığının dadını çıxarırlar - istər yazıçılar, istər başqa sahənin insanları... Buna mən normal baxıram, eyni qaydada, bizim o paylaşımları izləməmək azadlığımız da var. Qoy hər kəs istədiyini yazsın və bu bizə təəccüblü gəlməsin.

Bir dəfə də demişəm bunu, indiki zamanda oxucular da yazıçıdır. Artıq yazıçılar yazıçılarla deyil, həm də oxucularla rəqabətdədir. Yazaraq özünüifadə etməksə danışaraq özünü ifadə etməklə müqayisədə daha üst mədəniyyətdir. Ədəbiyyatın populyar olmasında qorxulu heç nə yoxdur.

Amma ədəbiyyat həqiqətən populyardırmı? Əgər həqiqətən populyar olsaydı, biz kitabların geniş müzakirəsinin şahidi olardıq. Diqqət etmisinizsə, bizim oxucular ən yaxşı halda klassik əsər həddini aşa bilməyiblər.

Adətən hansısa səhifədə kimsə “indi hansı kitabı oxuyursunuz?” sualıyla müraciət edirlər, cavablarda əsasən klassik əsərlərin adı çəkilir. Oxucu əsər seçərkən mütləq başqalarının zövqünə istinad edir, tarixin sınağından çıxmış yazarları seçir, öz istəyilə əsər seçib qərar verə bilmir.

Populyarlıq şablon deməkdir, dolayısıyla öz fikri olmamaq deməkdir və bunun ardınca gedən oxucunun fərdi inkişafında faydalı olmaya bilər. Dolayısıyla, mənə görə istər yazıçı, istər oxucu eksperiment yoluyla getməlidir, əsərləri özü seçməli, özü qərar verməli və populyar olanın ardınca qaçmamalıdır.

- Son dönəmlərdə meydana çıxan gənclər əsasən şeirə-poeziyaya üstünlük verirlər. Bunu nə ilə əlaqələndirərdiniz?

- Son dönəmlər deyil, hər zaman belə olub. Bir çox yazıçı yaradıcılığa şeirlə başlayıb, özünə yol açıb, imzasını təsdiq edib. Mən özüm də belə etmişəm. Səbəb odur ki, şeir daha yığcam janrdır, oxucuya çatmanın ən qısa yoludur.

Əslinə qalanda isə poeziya ədəbiyyat janrları içərisində ən çətin olanıdır. Ədəbi talantın olub-olmaması bir anda ortaya çıxır, reaksiyalar o saat bəlli olur.

- Gənclərə həmişə dəstək vermisiniz. Vaxtilə dəstək verdiyiniz və indi imzaları ilə parlayan yazarların çoxu bu təkanla irəli gediblər. Onlar haqda nə düşünürsünüz, özlərini doğrulda bildilərmi, heç sizi yada salırlarmı?

- O gənclər mən dəstək verdiyimə görə parlamayıblar, parlaq olduqları üçün dəstək görüblər, əgər buna “dəstək” demək olarsa. Yada salanlar da var, ümumən isə buna mənim ehtiyacım yoxdur.

- İndi də gənclərə dəstək verirsiniz. Həmin gənclər içindən kimləri bəyənirsiniz? Ümumən şeirimizin durumunu necə görürsünüz?

- Talantlı gənclər çoxdur. Lakin yaxşı əsərin meydana gəlməsindən ötrü talant həlledici amil deyil. Yaradıcı adamın həyata baxışı nə qədər müasirdir, özü-özünü nə qədər yeniləyib - talant bu və bir çox başqa amillə birləşəndə sözün əsl mənasında əsər meydana gəlir. Doğrudur, ikinci dərəcəli şairlərin ikinci dərəcəli də oxucuları var və belələri həddən artıq çoxdur, demək olar ki, meydan onların əlindədir...

Ümumən götürəndə, əgər şeirdən danışırıqsa, hesab edirəm ki, şeirimiz yanlış yoldadır. Bu şeir metaforik xassəlidir, həyatla əlaqələri qopmuş haldadır. Onlarda yazan adamın real duyğu və düşüncələrinin əksini görə bilməzsiniz. Qədimdə də belə olub, indi də bir az başqa şəkildə davam edir.

“Fələklər yandı ahimdən” deyən Füzuli bəzən qaranlıqda oturub, evdəki çırağı yandırmaqdan ötrü qonşudan od almağa gedib, yəni fələkləri yandıran o ah bir çırağı yandırmağa yetməyib. Misalçün deyirəm. Buna görə də Füzuli şeiriylə onun dövrünü bərpa etmək olmur, onun zamanında insanlar həqiqətən nə düşünüblər, hansı hisslərlə yaşayıblar, bunları öyrənməyə bizim ehtiyacımız var, lakin biz bunları bilə bilmirik.

Öz dövrü olmasın, heç olmasa, özünü belə təsəvvürdə canlandıra bilmirik. Əvəzində cümləpərdazlıq, mürəkkəb söz kombinasiyaları ən üst səviyyədədir. Həyatda bir cür yaşayıb əsərdə başqa cür yazmaq bizim ədəbiyyatın bəlasıdır. “Daş ürəklərdə yanıb daşları sındırdı muğam, Kürü ahıyla qurutdu, salı yandırdı muğam” – həqiqət deyil, muğam heç bir daşı sındırmayıb və Kürü qurutmayıb, amma bəlağətə söz ola bilməz.

“Göylər ağlayır”, “Saçlarıma qar yağır”, “Qəbrim damır”, “Bu dünyanın qara daşı” və sair bu kimi “yalan” ifadələr şeirimizdə boldur.

İstənilən müasir gənc şairi analiz edib onun poetikasının bu cür qondarma olduğunu görmək olar. Dünyada bu cür şeylər çoxdan keçilib, bizimkilər də yenilənməyi bacarmalıdırlar.

- Yenilikdən söz düşmüşkən, ədəbi mühitdə yenilənmə prosesinin öncüllərindən birisiniz. Nə fikirləşirsiniz, bu proses özünü doğrultdumu, yenilənmə davam edirmi? Sovetdən qalma ənənələri yeniləmək mümkün oldumu?


- Yenilənmək birdəfəlik aksiya deyil, yeniliklə köhnəlik arasında gedişlər hələ çox olacaq, bu cəhdlərdən birini mən etmişəm, indi başqaları davam etməlidir.

Birincisi, yazan adam nəyin yeni, nəyin köhnə olduğunu özü üçün aydınlaşdırmalıdır. Sonra özündə iradə tapıb köhnə ilə vidalaşmalıdır. Guya ənənə və ya milli dəyər adıyla köhnəni özündə barındırmaq perspektivi olmayan yoldur.

- Bu günki dünyanın ədəbi trendi hansı istiqamətdə gedir və bizim dünyadan fərqimiz nədədir?

- Dediyim kimi, biz dünyadakı ədəbiyyat proseslərində qopmuşuq, çox geridəyik. Azərbaycan yazıçısı ikili həyat yaşayır, həyatı ilə yaradıcılığı adekvat deyil. Bizdə ədəbiyyat son dərəcə ülviləşdirilib, müqəddəsləşdirilib, sakramentallaşdırılıb. Bizim ədəbiyyatda reallıq şairin, yazarın romantik duyğularına bir əlavədir, vasitədir.

Onun mental nəfəsiylə buğlanmış gözlüyündən baxaraq gerçək həyatla təmas etmək əsla mümkün deyil. Dünyadakı ədəbiyyat trendi gerçəkliklə əlaqə, dokumentallıq üzərində qurulub, həyat şirinçayı heç kəsə lazım deyil.

- Bəs daha çox yerli yazarları oxutdurmaq üçün iş necə təşkil edilməlidir? Ümumiyyətlə belə bir şey mümkündürmü?

- Yenə söhbət həmin yerə gəlib çıxır: oxucular və yazıçılar aldadılıblar. Ədəbiyyat anlayışına yalançı dəyərlər yükləyiblər. Göylərdə süzən Azərbaycan ədəbiyyatını yerə qaytarmaq lazımdır. Yazıçıların vəzifəsi bu olmalıdır. Bu zaman maraqlı olacaq.

- Ən çətin məqamlarda da ümidinizi üzməyən yazıçılarımızdan birisiniz. Necə deyim, ruhdan düşməmiş, həmişə bir əli işin altında olan insansınız. Nə fikirləşirsiniz, yaxşı ədəbiyyat yaratmadığın yolu belə ağır zəhmətdən keçir, ya mühitin səviyyəsindən?


- Söhbət ümidlik deyil, “ümid” emosional kateqoriyadır. Bəzi sadə şeyləri sadəcə bilmək yetərlidir. Ola bilsin kənardan ağır zəhmət çəkən kimi görünürəm, amma əslində belə deyil, sevdiyim işlə məşğulam və bu işlər məni əsla yormur. Amma bütün hallarda zəhmətkeşlik önəmlidir.

Bir də indiki zamanda uğur qazanmağın yolları, daha doğrusu uğursuzluğu törədən səbəblər incəliklərinə qədər öyrənilib və bu mənbələr heç də əlçatmaz deyil... Yaxşı ədəbiyyat yaratmağın reseptini mən bilmirəm, ola bilsin, mənim təcrübəm kiməsə maraqlı olar, lap bu yaxınlarda kəşf etmişəm ki, bu təcrübə təkrarsızdır, kiminsə həyatının “kopyası” deyil.

Müəyyən qədər özümə sadiq qalmağa çalışmışam həyatımda, hələ sovet dövründə şablonlara qarşı olmuşam. Özümü belə təkrar etməkdən uzaq olmuşam, o ki qala başqaları...

- Müasir Azərbaycan ədəbiyyatı kimdən başladı, indi kimin çiyinlərində irəli gedir?


- Müasir Azərbaycan ədəbiyyatı kimdən başladı? – demək çətindir. Bu sualda yazıçı olmanın məsuliyyəti ifadə olunub. Mən də belə düşünürəm, yazıçı məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır, əgər işlər yaxşı getmirsə, “bunun səbəbkarı mənəm” deməyi bacarmalıdır. Yoxsa 3 şeir, 2 hekayə, 1 roman yazıb ortaya atmaqla yazıçı olmaq çətin məsələdir.

/Teleqraf.com, Mənsur Rəğbətoğlu/

Yenililklər
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
13.11.19
Zahid Sarıtorpaqdan yeni romanı çap olunub
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.