Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı
12.12.18

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AYB nümayəndəliyi, qaliblər, münsiflər heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Avrasiya Yazarlar Birliyi tərəfindən keçirilən müsabiqə və onun Azərbaycan mərhələsi haqqında məlumat verib: "Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi artıq beşinci dəfədir ki, Avrasiya Yazarlar Birliyi tərəfindən bütün türkdilli ölkələr arasında keçirilir. Hər ölkə öz daxilində keçirdiyi mərhələnin qalibini təqdim edir və son mərhələdə Türkiyədə keçirilən mərasimlə qaliblər müəyyən olunur. Azərbaycan da bu illər ərzində bu beynəlxalq müsabiqədə kifayət qədər uğurlu nəticələr göstərib. Tanınmış şair və nasir Əjdər Ol 2013-cü ildə II Mahmud Qaşqarlı hekayə müsabiqəsinin öncə Azərbaycanda, sonra isə Beynəlxalq müstəvidə qalibi olmuşdu. Bu gün münsiflər heyətində təmsil olunan Təranə Vahid isə "Mən toz dənəsiyəm" hekayəsi ilə ötən - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalib oldu, Beynəlxalq mərhələdə də yer qazandı. Bütün bunlar bizim hamımız üçün çox sevindirici haldır".

R.Məcid builki müsabiqə haqqında məlumat verərkən deyib ki, yarışmaya 19 müəllifin 22 hekayəsi təqdim olunub: "Hekayələri mənimlə birlikdə Tahir Kazımlı, Natiq Məmmədli, Mirmehdi Ağaoğlu, Təranə Vahid, Cavid Zeynallıdan ibarət münsiflər heyəti 10 ballıq sistemlə qiymətləndirib. Nəticələrə əsasən, Reyhan Yusifqızının "Qumlu şəhərin hekayəti" hekayəsi 50 balla birinci, Vüsal Nurunun "İlda" hekayəsi 45 balla ikinci, Aslan Quliyevin "Döyüşçü" hekayəsi 44 balla üçüncü yeri qazanıb. Onu da qeyd edim ki, münsiflər hekayələri müəlliflərin kimliyini bilmədən, şərti ad altında oxuyub dəyərləndiriblər. Seçim tamamilə obyektiv şəkildə aparılıb. Buna görə bütün münsiflərə təşəkkür edir, qalibləri təbrik edirəm. Reyhan xanıma isə müsabiqənin sonuncu mərhələsində də uğurlar arzu edirəm".

Daha sonra R.Məcid sözü münsiflər heyətinin digər üzvlərinə verib.

Tahir Kazımlı çıxışında seçilən hər üç hekayənin həqiqətən də bu yerə layiq olduqlarını, orijinallığı, ideyası, mövzu seçimi və müəllif təhkiyəsi ilə müsbət mənada fərqləndiyini vurğulayıb.

"Ədəbiyyat zövq məsələsidir" - deyən Təranə Vahid çıxışında deyib ki, hekayələrin hamısı olmasa da, çoxu yaxşı idi, münsiflər isə içində ən işıqlı hekayələri seçiblər.

Cavid Zeynallı Mahmud Qaşqarlı hekayə müsabiqəsinin onun həyatında xüsusi yeri olduğunu deyib: "Mən də keçən müsabiqədə iştirak etmiş və qaliblərdən biri olmuşdum. Buna görə də bu müsabiqə mənə çox doğma və əzizdir. Bu il mənə müsabiqədə münsif kimi iştirak təklif olunanda məmnuniyyətlə qəbul etdim. Nəticələrə çox sevinirəm, çünki mənim ən yüksək balları verdiyim üç hekayə qalib seçilib".

Mirmehdi Ağaoğlu bu müsabiqəyə iştirakçı kimi qatılmağı planlaşdırdığı halda münsif kimi iştirakın qürurundan danışıb: "Müəyyən səbəblərdən gecikdim və hekayə qəbulu bitdi. Ondan sonra isə məni münsif kimi dəvət etdilər. Bu, mənimçün çox önəmli vəzifə idi, çalışdım ki, etimadı doğruldum".

Sonra söz qaliblərə verilib. Üçüncü yerin sahibi Aslan Quliyev çıxışında qeyd edib ki, bu cür mötəbər müsabiqədə gənclərlə eyni sırada olmaq onun üçün çox sevindiricidir: "İlk dəfə otuz yaşımda bir müsabiqədə üçüncü yer tutmuşam. Ondan sonra isə indi - 60 yaşımda yenidən üçüncü yer tuturam. Nəticələr açıqlananda gənclərə üstünlük verilməsi məni çox sevindirdi. Ədəbiyyatımızın gələcəyi bu gənclərimizin əlindədir. Bu müsabiqədə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm".

İkinci yerin qalib Vüsal Nuru da sevincini tədbir iştirakçıları ilə bölüşüb, onun hekayəsinə yüksək qiymət verən münsiflər heyətinə təşəkkürünü bildirib.

Birinci yerin sahibi Reyhan Yusifqızı isə çıxışında digər hekayələri də oxumaq istədiyini deyib: "Burda münsiflər heyətinin xoş sözləri məndə digər hekayələrə qarşı böyük maraq oyatdı. Hekayəmə güvənirdim. Birinci yer isə həm gözlənilməz, həm də çox sevindirici oldu. Hər kəsə təşəkkür edirəm".

Münsiflərin və qaliblərin çıxışından sonra mükafatlar sahiblərinə təqdim edilib. Aslan Quliyevə mükafatını Təranə Vahid, Vüsal Nuruya Tahir Kazımlı, Reyhan Yusifqızına isə Rəşad Məcid təqdim edib.

Daha sonra söz qonaqlara verilib. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə hekayə janrının çətinliyindən və ədəbiyyatdakı xüsusi yerindən danışıb: "Hekayə ədəbiyyata ilk gələnlərin ən çox müraciət etdikləri janr olsa da, əslində, böyük mətləbləri qısa və lakonik şəkildə çatdırmağın özü də böyük ustalıq tələb edir. Hər kəs bunun öhdəsindən layiqincə gələ bilməz. Bu gün bu müsabiqənin qalibi olan üç yazıçımız demək ki, bu çətinin öhdəsindən gəlməyi bacarıblar. Hekayə janrı gələcəkdə onlara böyük povestlərin, romanların yazılmasında bir növ zəmin rolunu oynayır".

Yazıçı-dramaturq Firuz Mustafa müsabiqəyə təqdim olunan hekayələrin ayrıca kitab halında çapını təklif edib.

Professor Maarifə Hacıyeva R.Yusifqızının müsabiqənin beynəlxalq mərhələsində də uğur qazanacağına əminliyini dilə gətirib.

"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva çıxışında müsabiqənin ötən illərdəki nəticələri ilə bağlı xatirələrini, düşüncələrini bölüşüb, builki qalibləri təbrik edib.

Yenililklər
18.01.19
"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu
18.01.19
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
18.01.19
Nemət Mətin - Suraxanı qəsəbəsinin tarixi haqqında 
18.01.19
2019-cu ilin ilk “Ustad”ı
17.01.19
"Qanun"dan yeni kitab - Çılpaq və Yalnız
17.01.19
İsa Həbibbəyli - Cahana sığmayan şair
17.01.19
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabının təqdimatı olub
17.01.19
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
17.01.19
Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib
17.01.19
Elza İbrahimovanın yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
16.01.19
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
16.01.19
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.19
Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” çap edilib
15.01.19
Yazıçı Cavi Danın "Məhsəti" romanı nəşr olundu
15.01.19
Bu gün Nazim Hikmətin anadan olmasından 117 il ötür
15.01.19
Əlövsət Bəşirli - Sözün sönməyən işığı
15.01.19
Nəsiminin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var
14.01.19
İsa Həbibbəyli: "Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"
14.01.19
Nemət Mətin – Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında
14.01.19
Yavuz Akpınar haqqında dəyərli kitab
14.01.19
XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
12.01.19
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
12.01.19
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir” - Səlim Babullaoğlu
11.01.19
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
11.01.19
Alimlər Misir mumiyalarının sirrini aşkar ediblər
11.01.19
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ötən ildə ən çox satılan kitabları
10.01.19
Anar Məcidzadə - Nələr çəkdiyimi hardan biləsən?
09.01.19
Azərbaycanlı alimin şeirlər kitabı Türkiyədə nəşr olunub
09.01.19
Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası
09.01.19
“Leyli və Məcnun” operası növbəti dəfə səhnədə
09.01.19
Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik
08.01.19
Əlyazmalar İnstitutunun yeni nəşri
08.01.19
Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılanıb
08.01.19
Nəcəf Əsgərzadə - Fironun dəftərini vərəqləyərkən
07.01.19
“Qobustan”ın qış buraxılışı çapdan çıxdı
07.01.19
“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab
07.01.19
Nemət Mətin – Azad cəmiyyətin üstünlükləri
07.01.19
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq
04.01.19
Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir"
04.01.19
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.