İçərişəhərdə “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb
25.12.18
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə idarənin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.
Qeyd edək ki, baş nazirin imzaladığı digər qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi də yaradılıb.
|