Ceyms Oldricin yubileyinə həsr olunan elmi sessiya: “O, Azərbaycanı sevirdi”
27.12.18

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində avstraliyalı ingilis yazıçısı və publisist Ceyms Oldricin 100 illik yubileyinə həsr olunan “O, Azərbaycanı sevirdi” adlı elmi sessiya keçirilib.

Tədbirdə filologiya elmləri doktoru Şahin Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru akademik Rafael Hüseynov, rəyçiləri professorlar Qəzənfər Paşayev, Qorxmaz Quliyev və Aynur Sabitovadır.

Tədbirdə “O, Azərbaycanı sevirdi” adlı məruzə ilə çıxış edən akademik Rafael Hüseynov Ceyms Oldric qələminin, yazıçı təfəkkürünün XX əsr Azərbaycanın mədəni, siyasi mənzərəsindəki gerçəkliklərin carçısı kimi mühüm rolundan, ruhu və düşüncəsi ilə Azərbaycan torpağına bağlı olan bu ingilis ədibinin yaradıcılığından söz açıb. Xatırladıb ki, 1993-cü ildən başlayaraq muzeydə C.Oldricin yaradıcılığına həsr edilən müxtəlif tədbirlər keçirilir. 2003-cü ildə isə Ədəbiyyat Muzeyində yazıçının 85 illik yubileyi yüksək səviyyədə qeyd edilib.

R.Hüseynov bildirib ki, əsrlərboyu Azərbaycanın tarixi gerçəkliklərini, zəngin mədəni, etnoqrafik, coğrafi dəyərlərini dünya ictimaiyyətinə çatdıran yüzlərlə qərb səyyahları, xadimləri olub. XX yüzilliyin belə məşhur fikir adamlarından biri də mənşəcə avstraliyalı ingilis yazıçısı, publisisti Ceyms Oldric idi. O, hələ yetkinlik yaşlarından doğulub böyüdüyü ucqar Avstraliya şəhərindən ayrılaraq İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi fəaliyyətə başlayıb. Sonralar müxtəlif bədii nəsr əsərlərinin müəllifi kimi tanınacaq Oldricin həyat yolu onu Azərbaycana da gətirib. Yazıçının yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Bu ölkəyə maraq, onu öyrənmə və ona bağlılıq hissi yazıçının məşhur “Diplomat” romanını ərsəyə gətirməsi ilə nəticələnib. Azərbaycandan, onun zəngin dil xəzinəsindən, İranda yaşayan azərbaycanlıların 1945-1946-cı illərdəki milli azadlıq hərəkatından bəhs edən bu dəyərli əsər çox keçmir ki, bütün dünyaya yayılır və otuza yaxın dilə tərcümə edilir.

Qeyd edilib ki, C.Oldricin ölkəmizə bağlılığı Azərbaycan ədəbiyyatında görkəmli yazıçıya həsr olunanı bir sıra əsərlərin yaranması ilə nəticələnib.

Məşhur ingilis yazıçısının dəfələrlə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda olduğunu deyən akademik onun 1953-cü ildə Ümumdünya Sülh Şurasının Qızıl medalına, 1973-cü ildə isə “Xalqlar arasında sülhü möhkəmlətməyə görə” Beynəlxalq Lenin mükafatı laureatı adına layiq görüldüyünü bildirib.

C.Oldricin hər zaman ölkəmizi çox sevdiyini və ona çox bağlı olduğunu deyən R.Hüseynov dünya şöhrətli yazıçının Azərbaycanla bağlı fikirlərini diqqətə çatdırıb: “Mənim qəlbimdə həmişə Azərbaycanın məxsusi yeri olmuşdur. Bu ölkəni, bu məkanı ürəkdən sevirəm. Azərbaycan dünyada gözəl nə varsa, onun vəhdətini özündə təcəssüm etdirir. Bu ölkəni seyr edəndə insan vəcdə gəlir. Burada yurd da, adamlar da bir-birinə yaraşır. Bu yer də, bu məkan da, bu yerin insanlarının ruhu da bir-birini tamamlayır. Mənim bu düşüncələrim Azərbaycana olan sevgimdən, istəyimdən qaynaqlanır”.

Sonra R.Hüseynov “Ceyms Oldric və Azərbaycan” elmi publisistik, ədəbi esselər toplusu və kitabın müəllifi Şahin Xəlillinin yaradıcılığında C.Oldricin yeri və rolu barədə məlumat verib. Bildirib ki, kitab Azərbaycan-ingilis qarşılıqlı ədəbi əlaqələrində xüsusi yeri ilə seçilən, xalqımızın tarixi, mədəniyyəti və mübarizələrlə dolu həyat yolu haqqında məşhur “Diplomat” əsərinin müəllifi, ingilis yazıçısı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunub. Topluya ədibin yaradıcılığında xüsusi yer tutan “Diplomat” və “Silahlı sərsərilər” romanının materialları əsasında Ş.Xəlillinin “Ceyms Oldric və Azərbaycan” adlı elmi-ədəbi düşüncələri, eləcə də tanınmış sənət adamlarının çıxışları daxil edilib.

Sonra filologiya elmləri doktoru Şahin Xəlilli, professor Qəzənfər Paşayev Ceyms Oldric şəxsiyyəti, yaradıcılığı haqqında məlumat verib, 15 il əvvəl Ədəbiyyat Muzeyində görkəmli yazıçının 85 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildiriblər. Telejurnalist Etibar Babayev Ceyms Oldriclə bağlı görüşünü xatırladıb, onunla bağlı xatirələrini bölüşüb.

Yenililklər
19.06.19
Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunub
19.06.19
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib
19.06.19
“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası nəşr olunub
19.06.19
Daşkənddə İmadəddin Nəsiminin özbək dilində kitabı çap olunub
18.06.19
Bəsirə Əzizəli - Əhməd bəy Ağaoğlu yaradıcılğında türk və islam dəyərləri
18.06.19
Bədirxan Əhmədli Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib
14.06.19
Azərbaycan televiziyası - yeni simada
13.06.19
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
12.06.19
Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdim olunub
12.06.19
Leonardo da Vinçinin şedevr əsərlərindən biri tapılıb
12.06.19
Famil Mustafayevin verdiyi qərarı haqlı hesab edirəm
12.06.19
Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
10.06.19
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib
10.06.19
Milli Dram Teatrı “Ölülər”i yenidən təqdim edib
10.06.19
Rəşid Behbudovun xatirəsi anılıb
04.06.19
Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
04.06.19
XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub
30.05.19
"Qafqaz-Media" fəaliyyətində fərqlənənləri təltif etdi
29.05.19
Bədirxan Əhmədli: "Mədəniyyətlərarası dialoqda ədəbi əlaqələrin mühüm rolu var"
29.05.19
Bəsirə Əzizəli - Vladimir Nabokovun “Haram damğası” romanı: siyasi məzmun, ironiya, ölüm
29.05.19
Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub
27.05.19
"Özümüzdən böyük Sözümüz" təqdim olundu
27.05.19
Bakıda “Siyasi repressiya qurbanları muzeyi” açılıb
23.05.19
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində
23.05.19
Dilçilik İnstitutunda bu il 10 kitab, 60-a yaxın məqalə çap edilib
23.05.19
Bakı Dövlət Universitetində Füyuzat Mərkəzinin açılışı olub
23.05.19
Dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb
22.05.19
Oman yazıçısı Buker mükafatına layiq görüldü
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.