Qədim Oşun gözəlliyi, Nəsimi hikmətinin qüdrəti və Aşıq Veysəlin məlahətli səsi...
03.01.19

Yola saldığımız 2018-ci il türk dünyası üçün bütün sahələr üzrə uğurlu olub, bir sıra mühüm hadisələr yaddaşlara yazılıb. Bu sırada mədəniyyət sahəsində əldə etdiyimiz uğurlar da nəzərəçarpacaq dərəcədə çox və əhəmiyyətlidir. Məqsədimiz ötən il həyata keçirilən işlər barədə danışmaq deyil, məhz 2019-cu ildə mədəniyyət sahəsində görüləcək işlərin əsasını təşkil edən çərçivə barədə ümumi məlumat verməkdir.

Məlum olduğu kimi, 2018-ci il dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının qəbul etdiyi qərarlar əsasında Qırğızıstanın qədim Oş şəhəri 2019-cu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi. Bundan başqa, türk dünyası üçün 2019-cu il anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə türkiyəli görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olundu.

Beləliklə, əsrin dörddə birini uğurla başa vuran TÜRKSOY fəaliyyətinin növbəti hissəsinə də geniş və perspektivli bir strategiya ilə qədəm qoydu. Qeyd etməliyik ki, artıq 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Kastamonu estafeti, mədəniyyət paytaxtı statusunu simvolik olaraq Oş şəhərinin rəhbərliyinə təhvil verib. Bu münasibətlə Kastamonuda təşkil olunan təntənəli bağlanış mərasimində Oş şəhərinə uğurlar arzu edildi, böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə gözəl fikirlər söylənildi, Aşıq Veysəlin yaradıcılığı xoş sözlərlə xatırlandı.

İndi isə yuxarıda qeyd etdiyimiz üç mühüm tarixi hadisəni xarakterizə edən məqamlar barədə qısa məlumat verək. Əlbəttə ki, əvvəlcə Oş şəhərini xatırlamaq daha məqsədəuyğundur. Ən azı ona görə ki, bu qədim insan məskəni 2019-cu ildə mədəniyyət paytaxtı olaraq təkcə özünü tanıtmayacaq, həm də şair Nəsimi və Aşıq Veysəl şəxsiyyətlərinin böyüklüyünü tərənnüm edəcəkdir. Eyni zamanda, TÜRKSOY 2019-cu ilə dair Fəaliyyət Proqramında Nəsimi və Aşıq Veysəl yaradıcılığına geniş yer ayıracaq. Beləliklə, əvvəlcə Oş şəhəri barədə qısa bir məlumat təqdim edək.

Qırğız Respublikasının ikinci böyük şəhəri olan Oş ölkənin cənub-qərbində yerləşir. Coğrafi baxımdan Özbəkistan, Qazaxıstan və Çinə yaxın olan Oş qədim keçmişə malik tarixi abidələrlə zəngin şəhərdir. Dozgundovan və Keskenbel dağlarının əhatə etdiyi bu yaşayış məskəni tarixin bütün dövrlərində regiondakı hökmdarların diqqət mərkəzində olub. Adının yaranması, tarixi, mədəni inkişafı barədə geniş məlumatlara malik olan Oş hələ VIII əsrdə qədim İpək Yolunun keçdiyi mərkəzlərdən sayılırdı.

İmadəddin Nəsiminin tam adı tarixi mənbələrdə Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-1417) kimi göstərilir. Böyük Azərbaycan mütəfəkkiri kimi dünyada tanınan İmadəddin Nəsimi ilk təhsilini qədim Şamaxı şəhərində alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Son dərəcə qəddarlıqla öldürülən Nəsiminin hikmət dolu qəzəlləri bütün dövrlərdə dillər əzbəri olub. Bu yerdə Kastamonu valisi Yaşar Qaradənizin böyük şair barədə fikirlərini təqdim etmək maraq olar: “Nəsimi Azərbaycan ədəbiyyatında görkəmli bir simadır. Amma Nəsimi Türkiyədə də çox oxunan, sevilən, tanınan bir şairdir. Ona görə də bu məsələ təkcə Azərbaycanın yox, bütün türk dünyasının diqqətindədir.

Türkiyənin Sivas vilayətinin Şarkışla bölgəsinə bağlı olan Sivrialan kəndində dünyaya göz açan (1894-1973) Aşıq Veysəl Şatıroğlu hələ gənc yaşlarında insanların sevimlisi olub. Belə ki, atası hələ yeniyetmə olan Veysələ başını qatması üçün saz alır. Əvvəllər başqa ozanların türkülərini ifa etməyi öyrənən Veysəl 1933-cü ildə Əhməd Qutsi Tecer ilə tanış olduqdan sonra öz nəğmələrini bəstələyib ifa etməyə başlayır. Türk aşıq məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məşhurlaşmağa başlayır. Öz səsi ilə ifa edilən mahnıları dövlət radiolarında səsləndirilir.

Qazaxıstanın Astana (2012), Türkiyənin Əskişəhər (2013), Tatarıstan Respublikasının (Rusiya Federasiyası) paytaxtı Kazan (2014), Türkmənistanın Mərv (2015), Azərbaycanın Şəki (2016), Qazaxıstanın Türküstan (2017), Türkiyənin Kastamonu (2018) şəhərlərindən sonra Oşun türk dünyasının mədəniyyət paytaxtı statusunu yaşatması şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Ən azı ona görə ki, özündən əvvəlki şəhərlər bu şərəfli funksiyanı ləyaqətlə həyata keçiriblər. Əlbəttə ki, bu məsələdə Oş üçün asanlıq yaradan məsələ isə bütövlükdə türk dünyasının əldə etdiyi təcrübədir. Nəzərə alsaq ki, Qırğızıstan Dünya Köçəri Oyunlarına böyük bacarıqla ev sahibliyi edib, təkcə 2018-ci ilin Oyunlarında 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançını qarşılayıb, o zaman əminliklə deyə bilərik ki, Oş təkcə türk dünyasına yox, bütövlükdə dünya ictimaiyyətinə yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirəcəkdir.

Mövzunun davamı olaraq diqqətə çatdıraq ki, 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Xivə, həmin ildə “İslam mədəniyyətinin paytaxtı” Daşkənd şəhəridir. Mərakeş Krallığının Rabat şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının 13-cü sessiyası çərçivəsində (11 oktyabr 2018-ci il) TÜRKSOY ilə ISESCO arasında imzalanan növbəti əməkdaşlıq protokoluna əsasən tərəflər Xivə və Daşkəndlə bağlı bir neçə mühüm mədəniyyət layihəsi həyata keçirəcəklər. Qeyd etmək lazımdır ki, haqqında bəhs etdiyimiz sənəd Azərbaycanın ISESCO-ya sədrliyi dövründə mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən imzalanıb. Təkcə bu fakt deməyə əsas verir ki, türk dünyasının UNESCO-su adını qazanan TÜRKSOY-un perspektivdə olan layihələri təşkilata üzv olan ölkələrin ortaq maraqlarını tam şəkildə təmin edir.

Yuxarıda təqdim etdiyimiz qısa arayışlardan sonra belə bir fikir yürüdə bilərik ki, qədim Oşun gözəlliyi, Nəsimi hikmətinin qüdrəti və Aşıq Veysəlin məlahətli səsi 2019-cu ildə türk dünyasını ardıcıl olaraq bir araya gətirəcəkdir. /Azərtac/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.