Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir"
04.01.19

"Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir. O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: "İlahi, sən özün türk balasını qoru". Hansı ata türk olmadan öz övladına "türk balası" deyə müraciət edər, onu türk adlandırar?!"

Bunu "525"ə açıqlamasında şərqşünas-alim, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azəbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ətrafında yenidən açılan müzakirələrə, onun bəzi müəlliflər tərəfindən fars şairi adlandırılmasına münasibətini bildirərkən deyib.

G. Baxşəliyeva qeyd edib ki, Nizaminin şeir üslubu fars dilində "səbki-Azərbaycani" adlanır. "Yəni fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər o üslubda yazırdı və o üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının ən böyük şairi Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub. O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı? Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks etdirib bütün yaradıcılığında. Nizami də bütün əsərlərində, yaradıcılığında o vaxtkı Gəncənin, o vaxtkı Azərbaycanın mənzərəsini yaradıb. İndi ona necə fars şairi demək olar?" - deyən şərqşünas-alim qeyd edib ki, Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanacan (Mərkəzi Asiya da daxil olmaqla) bütün regionun şeir dili fars dili idi: "Zəbani farsi xeyli şirin". Yəni fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi. Təkcə Nizami deyil, digər dahilər, məsələn, Cəlaləddin Rumi farsca yazıb-yaradırdı. Onlarca, yüzlərcə digər şairlər də öz əsərlərini farsca qələmə alırdı. Hətta 18-ci əsrdə də elə şairlər olub ki, onlar farsca yazıblar öz şeirlərini. Baxmayaraq ki, türk dili tam formalaşmışdı, tam inkişaf etmişdi, sadəcə, həmin o fars dili, "gözəl şeir farsca yazılar" ənənəsindən istifadə edərək, farsca yazırdılar. Əşrəf Marağai, Əbdibəy Şirazi, Saib Təbrizi kimi görkəmli şairlər də öz şeirlərini farsca qələmə alırdılar. Hətta Saib Təbrizi Hindistanda farsdilli şeirin ən görkəmli nümayəndəsi hesab olunur. Yaxud böyük hind şairi Əmir Xosrov Dəhləvi Nizamiyə nəzirə olaraq, fars dilində bütöv "Xəmsə" yaradıb. Belə olan təqdirdə, Nizamini fars şairi adlandırmaq həqiqəti əks etdirmir, o, farsca yazan Azərbaycan şairidir".

Nizaminin fars şairi kimi təqdim edilməsinin haradan qaynaqlanmasına gəlincə, G.Baxşəliyeva bunları bildirib: "Bir neçə il öncə Misirdə, "İskəndəriyyə" kitabxanasında Nizaminin büstünün açılışında iştirak edirdim. Eyni zamanda, Nizami Gəncəvi haqqında ərəb tədqiqatçısı tərəfindən yazılmış irihəcmli monoqrafiyanın təqdimatı keçirilirdi. Kitabın elə ön sözündəcə müəllif Nizamini fars mədəni irsinin nümayəndəsi adlandırır. Onun Nizami haqqında istifadə etdiklərinin 99,9 faizi də məhz farsca yazılmış tədqiqat əsərlərindən idi. Yəni əsərin biblioqrafiyasında bir-iki türk müəllifinin adı çəkilsə də, azərbaycanlı alimlərin əsərlərindən ümumən istifadə edilməyib. Yaxud Nizami haqqında əsərdə, məsələn, Bertelsin kitabının adı çəkilir, amma müəllif heç Bertelsin kitabının üzünü belə açmayıb. Ona görə də yalnız fars dilində yazılan mənbələrdən istifadə edərək, Nizamini fars şairi adlandırır. Bizim də bu cür təhriflərin qarşısını almaq üçün vəzifəmiz yazmaq, təbliğ etməkdir ki, Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. O, əsl türk oğlu türk, Azərbaycan şairdir". /525.az/

Yenililklər
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.