Nəcəf Əsgərzadə - Fironun dəftərini vərəqləyərkən
08.01.19

Monotonluq bizi sıxır. Həyatımızda hadisələrin yeknəsəqliyi insanı darıxdırır. Darıxmaq hissi başqa insanların həyatına boylanmaq üçün bizə şərait yaradır. Boş, işi-gücü olmayanlar mütləq özləri üçün bir məsələni ortaya qoyub danışmalıdırlar. Yoxsa, nə vaxta qədər özünə qapanıb, sakitcə bir kənarda oturmaq olar. Birdən-birə başqa, yad insanların həyatına soxulmaq, onların məhrəm sirlərini öyrənmək, heç də düzgün hərəkət deyil. Biri başqa birinə öz dərdini, ürəyində bir xeyli gəzdirdiyi sözləri açıb deyirsə, bu bir tərəfdən inamdan, digər tərəfdən isə həmin insanın təhnalığından doğur. İnsan insanın həyatına soxulur. Özü də bilmədən. Əslində bu yolla onlar özü üçün yeni həqiqətlər kəşf edir. Həyatda qalmağın, mübarizə aparmağın bilinməyən yollarını öyrənirlər. Əgər qarşındakı həmsöhbətini sadəcə danışdırmaq xətrinə danışdırısansa, ondan öyrənəcəyin informasiya səthi olacaq. Amma tanımadığın adam ilə həyatda təzə, özünə ayan olmayan məsələlərdən agah olmaq xatirinə söhbətə girişdiyi zaman gözlərində həyatın yeni pəncərəsi açılacaq. Hər tanımadığın insan ilə söhbət eləmək istəyi də alınan iş deyil. Maraqlı, qeyri-adi görünən tiplər ilə danışmaq insana xüsusi zövq verir.                   

Kənan Hacının əsərlərinin əsas xəttini səmimi etiraflar, günah hissindən qaça bilməmək, mövcud şəraitin sındırdığı obrazlar, yarım avtobioqrafik xatirələr təşkil edir. Yazıçının yazdığı dil xalqa yaxındır. Yaratdığı obrazlar demək olar ki, həyatda hər gün gördüyümüz insanların prototipidir. Ona görə Kənan Hacının əsərlərini oxumaq həmişə mənə zövq verir. Elə bu yaxınlarda oxuduğum “Fironun dəftəri” romanı da məni fikirlərimi bölüşməyə məcbur etdi. Öz üslubuna sadiq qalan yazıçının bu romanının əvvəlki romanlarından fərqi ondan ibarətdir ki, burada yaradılan ab-havanın pessimistliyi oxucunu qəmgin notlara kökləyir. Bu isə yazıçının əsər üzərində işlədiyi müddətdə hansı atmosferdə olmasından qaynaqlanır.                           
Onun həyatı ilə biz yazıçı vasitəsilə tanış oluruq. Hər gün qatarda gördüyü bu qaradinməz, özünə qapalı insan yazıçının diqqətini cəlb edir və onun ayağını tapdalayaraq Firon ilə tanış olan yazıçının həyatı bu nöqtədən başlayaraq başqa məcraya axır. Firon öz görkəminin bağışladığı təsirin əksinə olaraq yaxşı həmsöhbət kimi çıxış edir. Hətta bu maraqlı görüş bir neçə dəfə ard-arda baş verir. Axır məqamda Firon şəxsi həyatı haqqında yazdığı dəftəri oxuyub qaytarmaq şərti ilə yazıçıya verir. Dəftəri oxuyandan sonra onu Firona qaytarmaq üçün bir neçə gün öz yanında daşıyan yazıçı bir daha onunla rastlaşmır. Sonradan Fironun öldüyünü eşidən bu adam yeni tanış olduğu insanın bütün yazdığı etiraflarını, xatirələrini bizə, yəni öz oxuyucularına ötürmək ehtiyacı duyur. Artıq oxucu yad, tanımadığı Fironun həyatına yazıçının köməyi ilə daxil olur. Firon həyatın iki üzünü görmüş, müxtəlif sınaqlardan çıxmış insan olsa da, o yaşadığı müddətcə bir çox məsələləri tam dərk edə bilmir. Sadəlövh, özünə qapalı, ailədə tərk uşaq olması həyat barədə bəzi həqiqətləri gec qavramasına səbəb olur. Deməzdim, Firon ağılsız insandır. Oxuduğu məktəbin əlaçısı olmasına baxmayaraq, həmişə özündən səviyyəcə aşağı insanlarla oturub-durması onu hər keçən gün günaha biraz da yaxınlaşdırır. Elə bil Fironun içindəki hansısa qəribə bir hiss onu gətirib həyatın dibində yer eləmiş insanlar ilə təsadüfən qovuşdurur. Ailə oğlunu nə qədər bu ətrafdan uzaq saxlamağa səy göstərsə də, bunun heç bir faydası olmur. Sanki Fironun xəmiri günah ilə yoğrulub. İlk başlardan etdiyi kiçik səhvlər üçün göz yaşı tökən oğlan get-gedə bulaşdığı günahların ölçüsü artdıqca sanki vicdanı artıq daşlaşmağa başlayır. Fironlar allahı tanımayıb, özlərini allah sayırdılar. Göndərilən peybərğəmlərə qulaq asmayan fironların bir çoxu allah tərəfindən ağır cəzalara məhkum edilmiş, lənətlənmişdilər. Ona görə insana ad seçdiyimiz zaman diqqətli olmalıyıq. Ad bilavasitə insanın taleyini müəyyən edən kiçik nüanslardan biridir. El dilində “gör necə fironluq edir” deyimini çox eşitmişik. Əsərdə bizim Firon haqqında bu kəlmələr tez-tez deyilir. Amma bunlar boşuna deyirmir. Jurnalist peşəsini atıb, biznesə girişən Fironun əli gətirir. Qazandıqca daha çox qazanır. Artıq hər şeyə sahib olan Fironun şəxsinə deyirmiş fironluq edir deyimləri onun həyatını bütövlüklə ehtiva edir. İnsan yüksəldikcə pulu və gücü idarə etməkdə nəzarəti əldən verir. Eqosu insana hakim kəsilir. Buna qalib gəlmək isə hamıya müfəssəl olmur. Firon bəs bu gücü necə idarə edir? İdarə edə bilirmi? İlk başlarda hər şeyi stabil saxlamağa çalışan Firon sonradan öz girdiyi qabı patladır. Bu isə sonda onun üçün ağır cəza ilə nəticələnir.               

Fironun həyatını danışarkən hərdən yazıçı bəzi məsələrə müdaxilə edir, hadisələrə öz münasibətini göstərir. Firon ilə öz həyatını tutuşduran yazıçı bəzi ortaq xüsusiyyətləri də açıq şəkildə ortaya tökür. Oxucu çaşqınlıq içərisində vurxunur. Bilmir Fironun həyatını oxuyur, yoxsa əsərdəki yazıçının keçmişi ilə tanış olur. Firon həyatda olubmu? Bu sualın cavabını oxucu əsər boyu özündən dəfələrlə soruşsa da, qəti nəticəyə gələ bilmir.

Fironun dəftərini vərəqlədikcə onun həyatından hər birimiz özümüzə aid nələrsə tapırıq. Bir növ Firon ilə bütövləşərik. Onu anlamağa başlayırıq. Başına gələnlərdən dolayı hətta Firona yazığımız da gəlir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.