Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası
09.01.19

Salidə ŞƏRİFOVA 
filologiya üzrə elmlər doktoru, dosent 

Görkəmli ədibimiz Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) və "Astar" adlı bu iki əsərini mütaliə etdikcə, onun bir ziyalı kimi Azərbaycan ədəbiyyatının ənənələri və Azərbaycan ədəbiyyat tarixinin inkişafı ilə dərindən tanış olduğunu müşahidə edirik. 

Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatı ənənələrini, janr üsulunu dərindən bilməsi qələmə aldığı əsərlərində özünü büruzə verir.

S.Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabı Azərbaycan ədəbiyyatında epistolyar janr ənənələrini davam etdirən bədii nümunədir. Orta əsrlərdə və yeni dövrdə epistolyar janrı nəsr şəklində formalaşmışdır.

Bu dövrdə epistolyar janr kimi deyil, başqa əsərlərin tərkibində verilirdi. Məktublarla qəhrəmanların daxili aləmi, duyğuları, həyəcanları və digər hissləri daha canlı göstərilirdi. Epistolyar janr klassik ədəbiyyatda geniş yayılmış poetik forma biçimi kimi də maraq doğurmuşdur. Ş.İ.Xətainin "Dəhnamə", M.F.Axundzadənin "Kəmalüddövlə məktubları", A.Şaiqin "Əzab və vicdan", S.M.Qənizadənin "Məktubati - Şeyda bəy Şirvani", Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" və s. əsərlər ədəbiyyatımızda epistolyar janrın kamil nümunələridir. Bu epistolyar nümunələr sırasına Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabını əlavə etmək olar. Kitabda Sabir Rüstəmxanlının Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmaları ilə yeni realist nəsrin banisi olan M.F.Axundzadənin janr poetikası baxımından ənənəvi epistolyar janrında yazılmış, ictimai həyatın bütün sahələri tənqid süzgəcindən keçirilmiş "Kəmalüddövlə məktubları" kimi ciddi, monumental bədii-fəlsəfi əsər arasında oxşarlıq müşahidə etməmək qeyri-mümkündür.

Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabında ədibin müasirləri Finlandiyada yaşayan Güney Azərbaycan ziyalısı Güntay Gəncalp Bayandırlıya (Bayandır Ərənol) və Azərbaycan Respublikasının sabiq Maliyyə naziri Saleh Məhmətə (Məmmədov) yazdığı məktublarda müəllif fikirləri ilə yaxından tanış oluruq. Burada müəllifin fikir və düşüncələri məktublar şəklində verilir. S.Rüstəmxanlının bu əsərini mütaliə etdikdən sonra oxucu qaranlıq məqamlara, Güntay Gəncalp Bayandırlı və Saleh Məhmət tərəfindən sosial media və kitablarda əksini tapmış yanlışlıqlara, müəyyən fikir və məsələlərə aydınlıq gətirməyə nail olur. S.Rüstəmxanlının cavab məktubları vasitəsilə xalqımızın milli mənşəyi və kimliyi, keçdiyi tarixi yol, dövlətçilik ənənələri, tarixi şəxsiyyətlər haqqında fikirləri, dövlət dili haqqında mülahizələri ilə tanış oluruq.

Sabir Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabında bədii refleksiyaya rast gəlirik - müəllif onun qələminə aid bədii əsərlər haqqında fikirlərini oxucuya məktub vasitəsi ilə çatdırır. Kitabda müəllifin "Göy Tanrı", "Akademikin son əsəri" kimi romanları haqqında fikirləri oxuculara qaranlıq qalan məqamlarına aydınlıq gətirir. S.Rüstəmxanlı "Göy Tanrı" romanında Oğuz xaqanın uydurma obraz olmaması faktına toxunur: "... mən də "Göy Tanrı" romanında Oğuz xaqanın təxminən b.e.ə. 6-cı yüzildə yaşadığını və Qorqudun da onun nəvələrindən biri olduğunu yazmışam. Oğuz xaqanın Saklar dönəminin hökmdarı olduğu, həmin dövrdə yaşadığı bədii təxəyyül deyil, real faktlara və hesablamalara söykənir". Müəllif bu fikirləri ilə əsərinin tarixi faktlar əsasında qələmə almasına toxunur.

Sabir Rüstəmxanlının "Astar" kitabında müəllifin roman və hekayələri toplanılmışdır. Sabir Rüstəmxanlının "Astar" kitabına daxil edilən romanlar öz janr özəlliyi ilə seçilirlər. Belə ki, onlar Azərbaycan ədəbiyyatına xas "balaca romanlar" janrının ənənəsini davam etdirirlər. "Balaca romanlar"da hadisələr bir ailənin və ya bir insanın həyatına əsaslanır. Qeyd etməliyik ki, bu əsərlər əsl sosial gündəlik romanlar deyil. "Balaca romanlar" ideoloji əhəmiyyətli problemləri də daxil etməklə, insan həyatından olan aktual problemləri əks etdirə bilir. "Balaca romanlar"ın süjet və kompozisiya xəttinə diqqət yetirdikdə, bir amil diqqəti xüsusi cəlb edir. Belə ki, "balaca romanlar" tarixi keçmişə müraciət etmir, hadisələr tarixi keçmişə həsr edilmir. Həmçinin, tarixi personajlardan uzaq olur. "Balaca romanlar"da hadisələr folklor vaxtından, sınaq müddətindən və qəhrəmanın formalaşmasından uzaq olur. "Balaca romanlar"ın bir xüsusiyyəti də zamanın sıxılmasıdır ki, bu da əsərin böyük olmayan həcmi ilə əlaqəlidir. İki fəsildən ibarət olan "Uşaqlığa dəyən güllə" əsərində də zamanın sıxlaşması özünü göstərir. Birinci fəsil "Qançılıq", ikinci fəsil isə "Barışıq" adlanan bu bədii nümunədə maraqlı, düşündürücü mövzu ətrafında süjet xəttini inkişaf etdirən müəllif oxuculara təsadüflərin insan həyatında oynadığı rolu, insan həyatını dəyişdirməyə qadir olmasını qabarıq şəkildə göstərməyə cəhd edir.

"Balaca romanlarda" bədii məkan fraqmentardır ki, bu da əhatəli təsviri lazımsız hala gətirir. "Balaca romanlar"da bədii məkan incəliklə təsvir edilir. Bu müəllifin əhəmiyyət və xüsusi bir yükə malik olan bədii məkanıdırsa. Bu məkan vasitəsilə müəllif fikrinin açılmasına yardımçı olması əsasdır. S.Rüstəmxanlının ilk növbədə özünün kiçik həcmli olması ilə diqqəti cəlb edən "Astar" əsəri də bədii zaman və bədii məkan baxımından "balaca romanlar"la oxşardır. Ali məktəbə sənəd verərkən üzləşdiyi problemlərin təsviri, təyinatla kitabxana müdiri təyin edilməsi və s. hadisələrin təsvirində məkan da, zaman da əsərin qəhrəmanının hiss və həyəcanlarında, düşüncəsində əksini tapa bilmişdir. Əsərdə Elbəyin həyat yolunun məntiqi davamlığı, münaqişəli məqamları digər surətlərin yardımı ilə qəhrəmanın simasında təsvir edilmişdir. S.Rüstəmxanlı məhz Elbəyin simasında oxucunu zaman daxilində (keçmiş, bu gün və gələcək) düşüncələrə daldırmağa nail olur. "Balaca romanlar"a xas qəhrəmanlar kimi Elbəyi də mövcud reallıqların müstəqil tərəqqisi olsa da, mövcud olan sosial ziddiyyətlərə "düzəlişlər" etməyə cəhd etsə də, reallıqlarla mübarizə aparmağa qadir ola bilmir.

Sabir Rüstəmxanlının "Astar" kitabına daxil olan bir sıra hekayələr də ("Süd vannası", "Bal ayı" hekayələri və s.) "balaca roman"lara bənzərliyi ilə seçilirlər. Sabir Rüstəmxanlı "Süd vannası" hekayəsini Poltava çöllərinin gözəlliyi ilə başlayaraq, Əli ilə Lesyanın sevgi macəralarına, daha doğrusu, insanın ruhi aləminə oxucunun diqqətini yönəltməyə nail ola bilir. Hər iki qəhrəman mövcud həyat, məişət tərzindən uzaq, sərbəst, "mədəni" olma və adət-ənənələrdən uzaq yaşamağı üstün tutan "müstəqil düşüncəli insanlar"dır. Lesya ilə qısa "eşq" yaşayan Əlinin cəmiyyət tərəfindən qəlibləşmiş adət-ənənələrə boyun əyərək, geri doğma vətəninə, ailəsinə qayıtması qəhrəmanın cəmiyyətdə özünə yer etmiş, dağılmayan kanonlarla mübarizə apara bilmədiyinə işarə edir.

Sabir Rüstəmxanlının "Bal ayı" hekayəsində də bal ayına yollanmış Marina ilə hekayənin qəhrəmanı arasındakı "məhəbbət" əks etdirilmişdir. Hekayə məhdud bir zaman, həmçinin, məkan daxilində mürəkkəb olmayan, hadisələrin dolğun təsvir etməsi ilə diqqəti cəlb edir ki, bu da onu "balaca romanlar"a bənzədilməsinə əsas verir. Hekayənin qəhrəmanı ədəbiyyat, mədəniyyət sahəsinə aid məsələlər ətrafında mübahisə aparır, etdiyi tərcümədən şeir parçası söyləyir, Mannın ev muzeyinə gedir, Mann yaradıcılığı, həmçinin, Nobel mükafatı ətrafında diskurslar aparır. Hekayədə xarakterləri qısa, aydın cizgilərlə verməyə qadir olan S.Rüstəmxanlı, həmçinin, Marinanın da daxili, mənəvi aləmini, ərinin bal ayına gəlmədiyi üçün iztirab keçirməsini canlandırmışdır.

S.Rüstəmxanlının "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) və "Astar" kitabları müasir zaman müstəvisində oxucunu tarixi olayları və müasiri olduğu dövrün ən mürəkkəb hadisələrinin inkişaf prosesini izlədir, dərk etməsinə yardım edir. "Milli taleyimiz və biz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabı epistolyar janr nümunəsi kimi, "Astar" kitabında əksini tapmış bədii nümunələr isə "balaca roman" nümunələri kimi ədəbiyyatımızda ədəbi məktəb açmış M.F.Axundzadə, N.Nərimanov ədəbi məktəbini davamı kimi qəbul edilməlidir. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xətti-dəsti olan ziyalılarımızdandır. Sabir Rüstəmxanlı öz imzası ilə M.F.Axundzadə, N.Nərimanov və digər görkəmli Azərbaycan yazarları sırasında bir sırada dayanmağı bacardı. /525.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.