“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir” - Səlim Babullaoğlu
12.01.19

Şair, tərcüməçi, esseist və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu ilə müsahibəni təqdim edirik:

- Səlim müəllim, istərdim, söhbətimizə elə mərkəzlə bağlı məlumatla başlayaq, biz də, oxucularımız da ətraflı bilgi alaq.

- Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim və mərhum yazıçı Yusif Səmədoğlunun dəstəyi və ideyası ilə yaradılıb, o vaxtki Nazirlər Sovetində qeydiyyatından keçib. Təsisçilərindən biri də məhz Azərbaycan Yazıçılar Birliyidir. Digəri kollektiv. Mərkəzin ilk sədri unudulmaz Aydın Məmmədov olub - alim, ictimai xadim, görkəmli türkoloq. Aydın müəllim faciəli şəkildə həyatını itirəndən sonra Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib. Mərkəzə rəhbərlik etdiyi dövrdə ən çox işlər görən də məhz Afaq Məsud olub. Buna zaman etibarilə də imkanı olub.

Mərkəzin o dövrdə iki mətbuat orqanı - “Xəzər” jurnalı və“Yol” qəzeti çap olunmağa başlayıb. Həm “Xəzər” jurnalının sayları, həm də “Yol” qəzetiAzərbaycan mədəni mühiti üçün vaxtilə çox böyük işlər görüblər. 2014-cü ildə cənab prezidentin Sərəncamı ilə Afaq Məsud Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin olunub. “Xəzər” jurnalı həmin mərkəzin nəşrinə çevrildi. “Yol” qəzeti isə fasilədən sonra “Aydın yol” adı ilə yenə də o mərkəzin nəşri kimi çap olunmağa başladı... Həmin ilin yayında Azərbaycan Yazıçılır Birliyinin Qurultaydan sonrakı pleniumda Anar müəllimin təklifi və dəstəyilə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri seçilmişəm. Artıq 5 ildir ki, Mərkəzin sədriyəm.

- Bəs Mərkəz hazırda hansı işləri görür?

- Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya Ədəbiyyatı” dərgisi adlı nəşri var. İldə 2 və ya 4 dəfə nəşr olunur. “Dünya Ədəbiyyatı” nəşri ümumiyyətlə 2004-cü ildən mənim ideyamla yaradılıb və ilk baş redaktoru da özüm olmuşam. Amma o zaman müstəqil nəşr kimi yaradılıb. 2014-cü ildən isə onu Mərkəzin nəşri elədik. İndi isə nəşrin baş redaktoruədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir.

2014-cü ildə qərara gəldik ki, jurnalın hər sayı bir xalqın ədəbiyyatına həsr olunsun. Məsələn, İran, Oman, ingilis, Rusiya, Ukrayna, Moldova, Serbiya ədəbiyyatı xüsusi saylarını nəşr etmişik. Sonuncu sayımız Serbiya ədəbiyyatına, poeziyasına həsr olunub. İstədik ki, bu dərgini əlinə alan oxucu həmin xalqın ədəbiyyatının böyük bir dövrü barədə müfəssəl məlumat alsın. Bu illər ərzində kifayət qədər maraqlı saylarımız çap olunub. Aradabir xalqların ədəbiyyatları deyil, ədəbi janrlar üzrə saylar da hazırlayırıq. Məsələn, dünya drammaturgiyası sayı hazırlamışdıq. Ötən ilin mart ayında isə görkəmli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi idi. Belə qərara gəldik ki, nəşrin bir sayını bütünlüklə Anar müəllimin tərcümələrinə həsr edək. Düşündük ki, bu həm ona yubiley hədiyyəsi olar, eyni zamanda da oxucular istəyər ki, onun tərcümələrini bir çapda görəbilsin.

Mərkəzin 2014-cü ildən strategiyasında ikinci bir xətt də var. Bu xətt də odur ki, biz təkcə dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmayaq, eyni zamanda Azərbaycan ədəbiyyatının dünya xalqlarının dilinə nəşrini və çapını dəstəkləyək, bu istiqamətdə işgörək. Məsələn, 2018-ci ildə Moldovada Azərbaycan nəsri antologiyasının nəşrinə nail olmuşuq. Eyni zamanda Anar müəllimin “Ağ qoç, qara qoç” povesti, Əjdər Olun “Hərbi səhra komandirinin geyimi” adlı hekayələr toplusu rumın dilindəorda çap olundu.Təbii ki, bizim bu istiqamətdə partnyorlarımız oldu. Çünki belə işlər vəsait tələb edir, bizdə də o vəsait yoxdur. Bizə Moldova Azərbaycanlıları Konqresi kömək etdi. Aprel ayında Mədəniyyət Nazirliyinin dəstəyilə Bakıda “Moldova ədəbiyyatı günləri” təşkil elədik. Moldovadan Bakıya nümayəndə heyəti gəldi, biz dediyim Moldova ədəbiyyatı ilə bağlı xüsusi sayı təqdim elədik, eyni zamanda Arkadi Suçevyanunun “Qağayı ilə göndərilən məktub” şeir toplusunun təqdimatını elədik və poeziya gecəsi keçirdik.

2018-ci ilin noyabr ayının 1-dən 5-nə qədər isə Kişinyovda “Azərbaycan ədəbiyyatı” günləri keçirdik və dediyim kitabların təqdimatı oldu. Eyni şeyi ukraynalılarla da etmişik. Biz Ukraynada “Azərbaycan ədəbiyyatı” günləri keçirmişik. Ukraynanın ədəbiyyatla bağlı məşhur jurnallarından biri bir sayını bütünlüklə Azərbaycan ədəbiyyatına həsr elədi. Özü də maraqlısı budur ki, bu jurnal özünün 80 illik yubileyi ərəfəsindəki sayını məhz Azərbaycan ədəbiyyatına həsr elədi. Biz ona nail olduq ki, jurnalın həmin sayı Ukrayna Xarici İşlər Nazirliyinin Kiyev Beynəlxalq Əlaqələr binasında təqdim olundu. Biz də eyni zamanda burada bir sayımızı Ukrayna ədəbiyyatına həsr elədik, daha sonra Ukraynadan nümayəndə heyəti qəbul elədik.Bizim belə tədbirlərimiz və layihələrimiz çox olub. Biz Gürcüstanda, Polşada, Rusiyada, Özbəkistanda və b.ölkələrdə həm müstəqil müəlliflərimizin, həm antologiyaların nəşrinə nail olmuşuq.

“Dünya ədəbiyyatı” dərgisindən başqa sistematik olmasa da vaxtaşırı çıxan ikinci bir nəşrimiz də var. Bu da türk xalqlarının ədəbiyyatından ibarət “Ulu Çinar” jurnalıdır. Baş redaktoru da tanınmış şairimiz Elxan Zaldır. Hər il fərqli kitablar, nəşrlər hazırlayırıq. Düşünürəm ki, bu il üçün də bu prosesi davam etdirəcəyik.Bu il Mərkəzin 30 illiyidir, “Dünya ədəbiyyatı” dərgisinin isə 15 yaşı tamam olur. Sürpriz layihələrimiz də var.

- Dediniz ki, “Dünya ədəbiyyatı” dərgisində heç çap olunmayan müəllifləri və əsərləri tərcümə edirsiz. Bəs tərcümə etdiyiniz kitabları necə seçirsiz?



- Tərcümə olunmayan tanınmayan müəllif demək deyil. Yəni ola bilər ki, hansısa yazıçının hansısa əsəri çevrilməyib, amma vacib əsərdir, yaxud müəllifin heç bir əsəri Azərbaycan dilinə çap olunmayıb, amma vacib müəllifdir. Biz onu araşdırırıq, nəticəyə əsasən qərar veririk. Tutaq ki, Ukraynada bizim daim əlaqədə olduğumuz ədəbiyyatçılar var. Onlarla əlaqə saxlayırıq, rəy alırıq ki, Ukraynanın son 30 ilində çap olunan ən məşhur, müasir yazıçıları, şairləri kimlərdir? Onlar da hər biri öz növbəsində bizə siyahı verir. Yaxud da araşdırırıq ki, Rusiyada ən çox çap olunan Ukrayna müəllifi kimdir və ya Avropada tanınan ukraynalı yazıçı, şair kimdir?

Biz öz araşdırmamızı aparırıq, sonra bizə verilən siyahı ilə qarşılaşdırırıq, daha sonra vahid siyahı düzəldirik. Yəni ancaq onların təklif elədikləri müəllifləri və əsərləri tərcümə etmirik. Biz araşdırıb bilirik ki, Rusiya, Avropada, yaxud ABŞ-da kitab meyadanında hansı müəllifin kitabı daha çox satılır, daha sonra da yenə bizə verilən siyahı ilə qarşılaşdırıb ümumi bir siyahı hazırlayırıq. Müəllif müəyyənləşdirmək asan olmasa da mümkünsüz də deyil, sadəcə bir az araşdırma aparmaq lazımdır.

- Mərkəzinizdə il ərzində təxminən nə qədər kitab çap olunur?

- Sözün açığı, bunu sayla demək mümkün olmur. Amma müəllif, əsər sayları götürülərsə, yəqin 100-150arası əsər olar.

- Səlim müəllim, nəşrlərinizə maraq necədir?

- Peşəkarların marağı çox yaxşıdır. Məsələn, bildiyiniz kimi sonuncu olaraq dərgimiz Serbiya ədəbiyyatına həsr olunub. Azərbaycan Xarici Dillər Universitetində Serbiya Mərkəzi var. O Mərkəzə 5 jurnal verəcəyik, çünki ora Mərkəzdir və mütəxəssislər də gəlir. Bizim Serbiyadakı səfirliyimiz bu prosesdə iştirak elədi, ona görə də 50-100 nüsxə onlara verəcəyik ki, həm müəlliflərə versinlər, həm də Azərbaycan tərcümə mədəniyyətini öyrənmək istəyən strukturlara, orada yaşayan azərbaycanlılara versinlər. Mərkəzlər ki, var, tutaq ki, Azərbaycan Yaradıcılıq Fondu, Bilik Fondu, Multikulturalizm Mərkəzi, bizimlə əməkdaşlıq edən ədəbi təşkilatlar, onların hamısının rəyi yüksəkdir. Çünki bir xalqın 30 illik ədəbi səhnəsi haqqında məlumat ala biliriksə, bu, əlbəttə ki, çox yaxşı bir şeydir.

Çox şadam ki, uğurlarımızdan biri də budur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə, hörmətli akademikimiz, İnstitutun direktoru İsa Həbibbəylinin dəstəyi ilə əməkdaşlıq memorandumu imzaladıq ki, bizim nəşrlərə elmi dəstək versinlər. Məsələn, onlara müraciət edəcəyik ki, tutaq ki, filan ədəbiyyatda hansı müəlliflər diqqət çəkir? Onlar axı tədqiqat aparırlar, ona görə bunu bilirlər.

İkinci bir tərəfdən bizim nəşrlər gələcək elmi nəşrlər üçün də yaxşı bir mənbədir. İnanırsız, nə qədər ali məktəblərdən mənə zənglər olur, nə qədər adam bura gəlir, deyirlər ki, “elmi iş yazmaq istəyirik, filan ədəbiyyatdan nəyi yazaq?” Nə qədər adama mənbə vermişik. Bizim işimiz həm elmi dairələrdə, həm humanitar mədəniyyət çevrələrində çox yüksək dəyərləndirilir. Ona görə də düşünürəm ki, gördüyümüz iş bir az da gələcəyə hesablanır. Yəni bu gün tutaq ki, bizim nəşr etdiyimiz ingilis ədəbiyyatını 50 nəfər oxuyacaq. Amma bu nəşrlər kitabxanaya da gedir, elmi mənbələrə də gedir. Bu işlər zəncirvari reaksiya kimi davam edir. Alimlər elmi işlər yazır, bura nə qədər cavan adamlar gəlir. Mənim Mərkəzin rəhbəri kimi 20-30 dərgi limitim var, onu da gələnələrə hədiyyə edirəm. Baxıram ki, tutaq ki, bu adam həqiqətən də oxuyacaq, həmin adama hədiyyə edirəm. Bu da ədəbi prosesin bir hissəsidir.

- Yəni sizə kimsə müraciət edəndə ki, “mənə filan kitab lazımdır”, ona verirsiniz?

- Əgər bizdə varsa, əlbəttə ki, veririk. Elə saylar var ki, o artıq qurtarıb, ona görə verə bilmirik. Məsələn, İran sayımız artıq bitib.

- Gələcək planlarınız nələrdir?

- Düzü, bu barədə danışmaq istəməzdim. Çünki ideyalarımızı götürüb istifadə edənlər olur. Bunun hədsiz çox şahidi olmuşuq. Ona görə bu haqda ümumi şəkildə yalnız bunu deyə bilərəm ki, bu il üçün artıq bəzi düşüncələrimiz var.

Dünya ədəbiyyatı böyük bir dənizdir, oradan nə götürsən, qənimətdir. Bu il üçün bunun anonsunu verə bilərəm ki, 2 moldovan şairinin şeir kitablarını çap eləməyi düşünürəm. Hazırda tərcümə prosesi gedir. Daha sonra farsdilli İran şairi var, kifayət qədər dünyada tanınan gənc ədəbiyyat təmsilçisi olan Gərus Əbdülməlikyanın şeirlər kitabı hazırdır, tərcümə elətdirmişik, artıq redaktə prosesi gedir. Daha sonra böyük bir serb şairi var, onun şeir kitabını tərcümə edib çap etməyi düşünürük. Sonra bir türk şairi var, onun tərcümələri üzərində iş gedir. Yəni ümid edirəm ki, ilin birinci yarısında 4-5 kitab çap edəcəyik.
- Son olaraq, öz yaradıcılığınızla bağlı işləriniz necədir, nələr edirsiz?

- Planlar çoxdur, sağlıq olsun.

Günay ELŞADQIZI
Metbuat.az

Yenililklər
18.01.19
"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu
18.01.19
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
18.01.19
Nemət Mətin - Suraxanı qəsəbəsinin tarixi haqqında 
18.01.19
2019-cu ilin ilk “Ustad”ı
17.01.19
"Qanun"dan yeni kitab - Çılpaq və Yalnız
17.01.19
İsa Həbibbəyli - Cahana sığmayan şair
17.01.19
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabının təqdimatı olub
17.01.19
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
17.01.19
Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib
17.01.19
Elza İbrahimovanın yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
16.01.19
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
16.01.19
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.19
Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” çap edilib
15.01.19
Yazıçı Cavi Danın "Məhsəti" romanı nəşr olundu
15.01.19
Bu gün Nazim Hikmətin anadan olmasından 117 il ötür
15.01.19
Əlövsət Bəşirli - Sözün sönməyən işığı
15.01.19
Nəsiminin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var
14.01.19
İsa Həbibbəyli: "Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"
14.01.19
Nemət Mətin – Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında
14.01.19
Yavuz Akpınar haqqında dəyərli kitab
14.01.19
XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
12.01.19
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
12.01.19
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir” - Səlim Babullaoğlu
11.01.19
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
11.01.19
Alimlər Misir mumiyalarının sirrini aşkar ediblər
11.01.19
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ötən ildə ən çox satılan kitabları
10.01.19
Anar Məcidzadə - Nələr çəkdiyimi hardan biləsən?
09.01.19
Azərbaycanlı alimin şeirlər kitabı Türkiyədə nəşr olunub
09.01.19
Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası
09.01.19
“Leyli və Məcnun” operası növbəti dəfə səhnədə
09.01.19
Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik
08.01.19
Əlyazmalar İnstitutunun yeni nəşri
08.01.19
Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılanıb
08.01.19
Nəcəf Əsgərzadə - Fironun dəftərini vərəqləyərkən
07.01.19
“Qobustan”ın qış buraxılışı çapdan çıxdı
07.01.19
“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab
07.01.19
Nemət Mətin – Azad cəmiyyətin üstünlükləri
07.01.19
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq
04.01.19
Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir"
04.01.19
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.