Yavuz Akpınar haqqında dəyərli kitab

14.01.19

Ankaranın “Bengü” nəşrlərı seriyasından olan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitabı nəşr edilib.

Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan  840 səhifəlik kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncülük etmiş, Mirzə Fətəli Axundzadənin komediyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində  və üniversitetlərdə  tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıçılıq yoluna işıq salır.

Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya deyir ki, professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir nəslin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri olan ziyalıdır: “Bu kitabın hazırlanması da çoxdan planlaşdırılmışdı, nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox tələbkar müəllimimizin  adına layiq şəkildə nəşrinə nail olduq. Kitab təkcə mənim yox,  indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də  onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərmağandır”.

İllərdir, Türkiyədə Azərbaycan ədəbiyyatından, mətbuatından söz düşəndə ilk Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olub, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəli Nərimanoğlu, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi yazıçı və ziyalılarla dosluq əlaqələri qurub. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o olub. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında bir çox elmi araşdırmaların müəllifi olan professor bu istiqamətdə  çoxsaylı elmi işlərə rəhbərlik edib.

Yavuz Akpınar Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur.  Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının banisi olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə edib. Azərbaycanın təbliğində gördüyü işlər görə, 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə “İlin elm adamı” mükafatına layiq görülüb. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. “Kaspi”nin  rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan da o olub, qəzet rəhbərliyini səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana gətirilib, rəqəmsal nüsxələr “Kaspi”nin elektron səhifəsində yerləşdirilib.

Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və Şəhriyarın şeirlərinin, bəzi ədəbi mətnlərin nəşri İranda qadağan edildiyindən, əlyazması şəklində əldən ələ gəzəndə, onların Türkiyədə çapına nail olan da, məşhur “Heydərbabaya salam” poemasını Türkiyədə təqdim edən də Yavuz Akpınar  olub. Y.Akpınar universitet tələbələri üçün “Çağdaş türk ədəbiyyatları” (XIX-XX əsrlər) adlı iki cildliyin həm baş redaktoru olub, həm də bu əsərin giriş, Azərbaycan, Kırım, Tatar ədəbiyyatları  hissələrinin müəllifidir.

İbrahim Bozyellə birlikdə nəşr etdirdikləri “Qardaş ədədiyyatlar” jurnalı türk dünyasının tanıdılmasında çox böyük işlər görüb. Professor müsahibələrinin birində bildirib ki, bu dərgi vasitəsilə Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.

Geniş oxucu auditoriyasına təqdim olunan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis  kitabda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəli Nərimanoğlu, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfər Nuriyevin və eləcə də türk dünyasının ünlü elm adamlarının Yavuz Akpınar  haqqında səmimi qeydləri yer alır. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.