Türk alim-tərcüməçi: “Hüseyn Cavidin 4 cildliyini çapa hazırlamışam, sponsor lazımdır”
22.01.19

Azərbaycan ədəbiyyatından, təxminən, 40 əsəri Türkiyə türkcəsinə tərcümə edən fililogiya elmləri doktoru Yusif Gədiklinin “Report”un Türkiyə bürosuna müsahibəsi.

- 2019-cu ilk həftələrində Azərbaycan Prezidenti İlham Əliyev bu ili “Nəsimi ili” elan edən qərar imzaladığı kimi, dünya ədəbiyyatının böyük siması Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin dövlət səviyyəsndə qeyd edilməsinə də qərar verdi. Bu qərarları necə şərh edərdiniz?

- Ümumtürk mədəniyyətinin çox mühüm şəxsiyyətləri var. Nəsimi dünya poeziyasının mühüm simalarından biri olduğu kimi, Cəlil Məmmədquluzadə də həm dünya ədəbiyyatının böyük siması həm də Şərq maarifçiliyinin önündə gedən adamlardandır. Hər iki qərarı alqışlayıram. Mən hörmətli prezidentin bu mühüm qərarlarından irəli gələn vəzifələrin peşəkar insanlar tərəfindən yüksək səviyyədə yerinə yetirilməsini arzu edirəm. Çünki əvvəllər də qərarlar qəbul edilib,ən yaxşı kağızlarda kitablar çap edilib ancaq işlərin nəticələri lazımi səviyyədə olmayıb. Bunu demək istəyirəm: konkret işlər görülsün,kitab çap etmək xatirinə əsərlər nəşr edilməsin. Görülən işlərin içi dolu olsun.

- Bu gün Türkiyənin də çox ehtiyac hiss etdiyi şair-yazarlardan biri İmadəddin Nəsimi, o biri isə Cəlil Məmmədquluzadıdir. Sizcə, bu iki şəxsiyyət Türkiyədə kifayət qədər tanıdılıbmı? Bu şəxsiyyətlərin daha yaxşı tanıdılması üçün hansı konkret işləri görmək lazımdır?

- Mən Nəsimini tələbəlik illərində oxuyub sevmişəm. Hazırladığım poeziya antologiyasına onun şeirlərini daxil etmişdim. Cəlil Məmmədquluzadə çox sevdiyim yazarlardan biridir. Onun “Nigarançılıq” hekayəsini qısa müddət əvvəl tərcümə etdim, bir dərgidə çap ediləcək. Məndən əvvəl isə mərhum Eldəniz Qurtulan onun “Danabaş kəndinin əhvalatları” əsərini tərcümə edib. Nəsimi ölümü qəbul etmiş və hətta dərisinin soyulmasından qorxmayan bir şairimizdir. Ümumi Türk dilinin ən böyük simalarından biridir. Cənab prezidentin qərarlarından Türkiyənin müvafiq dövlət

qurumları da özlərinə nəticə çıxarmalı və həm Nəsimi həm də Məmmədquluzadə ilə bağlı 2019-cu ildə müştərək tədbirlər keçirilməlidir. Bu gün küçələrdə Nəsimini tanıyan insanlar az deyil ancaq Məmmədquluzadı barədə eyni sözü demək olmaz. Ona görə dünya ədəbiyyatının bu iki böyük simasını Türkiyədə tanıtmaq üçün iki qardaş dövlətin rəsmi qurumlarının da çox iş görmələri lazımdır. Azərbaycan dövlət başçısının qərarları alqışlanmalıdır.Bununla birlikdə işləri bilən adamlara vermək lazımdır.Yoxsa öz-özümüzü aldadarıq.Ədəbi şəxsiyyətlər öz millətlərinin tarixində müstəsna rola malik olurlar. Biz sənətin, ədəbiyyatın və mədəniyyətin inkişafına və təbliğinə daha çox dəyər verməliyik. Bizim prezidentimiz etiraf etdi ki, müxtəlif sahələrdə bir çox iş görə bildik ancaq sənət və mədəniyyəti sahələrində arzu etdiyimiz yerlərə gələ bilmədik. Biz yazar-şairlərimizin, sənətkarlarımızın sərbəst yazıb-yaratmalarına imkan verməliyik. Hərbi,siyasi,iqtisadi cəhətdən nə qədər güclü olsaq da mədəniyyətdə, sənətdə, ədəbiyyatda geri qalmağımız,özümüzü dünyaya yaxşı tanıtmamağımız bizi geriyə atır. Azərbaycanın və Türkiyənin əlaqədar qurumları prezident İlham Əliyevin qərarlarını layiqli şəkildə həyata keçirmək üçün yubanmadan bu işləri ən yaxşı bilən insanlarla fəaliyyətə başlamalıdır.

- “Nəsimi” filmi və ya “Ölülər” tamaşası Türkiyənin televiziya kanallarında göstərilsə necə olar?

- Çox yaxşı olar. Bir halda ki, o film çəkilib, o pyes tamaşaya qoyulub, niyə Türkiyədə göstərilməsin? Həm də dəfələrlə göstərmək lazımdır. TRT-nin mədəniyyət kanalları var,özəl televiziya kanalları var,hamısı göstərməlidir. Klassik ədəbiyyatın tanınmış simalarının kitabları çap ediləndə onların bəzi Türkcə sözlərinin də mənaları verilməlidir. Məsələn, mən Məhmət Akif Ərsoyun işlətdiyi bəzi Türkcə sözlərin mənalarını izah etdim,təxminən 500 söz vardı. Nəsiminin bir neçə “Divan”ı var, onların üzərində diqqətlə işləyib təzədən çap etmək lazımdır.

- “Şehriyar: Türkçe bütün şiirleri” kitabınızda Məhəmməd Hüseyn Şəhriyarı “Oğuz coğrafiyasının ən böyük şairlərindən biri” kimi xarakterizə etmisiniz.Şəhriyar Türkiyədə nə dəcərədə tanınır?

- Şəhriyar Türkiyədə ən çox tanınan Azərbaycan şairidir. Biz onu 1954-cü ildən bəri tanıyırıq.Şəhriyarı Türkiyəyə Məhəmməd Əmin Rəsulzadə tanıdıb. Daha sonra Məhərrəm Ergin, Əhməd Atəş onun barəsində yaxşı kitablar yazıblar. Mənim kitabımda əhatəli tədqiqatdır.İlk dəfə 1990-cı ildə nəşr edilib. Kitabımın ilk nəşrində

Şəhriyarın Azərbaycan Türkcəsində yazdığı 85 şeir vardı. Sonra ustadın yeni şeirləri tapıldı. Kitabın son variantına Şəhriyarın Azərbaycan Türkcəsindəki 100 şeirini daxil etdim. İndi Türkiyənin harasına getsəniz Şəhriyarın çox populyar olduğunu görəcəksiniz. Onun əsərlərində istifadə etdiyi kəlmələrin bir çoxu bizim Anadoluda da var. Öz səsiylə oxuduğu şeir hamını təsirləndirir. Mən bir çox yazımda Azərbaycan sözlərindən istifadə edirəm: məsələn, yaxşı, yığıncaq. İstifadə etdiyim Azərbaycan sözlərini bir yerə yığsanız,bir məqalə yaza bilərsiniz. Biz bu sözlərdən istifadə etməliyik ki, həm dilimiz zənginləşsin həm də qarşılıqlı əlaqələrimiz güclənsin.

- 40 ilə yaxındır ki, Hüseyn Cavidin 4 cildliyini çapa hazırlamısınız. Niyə çap etdirmirsiniz? Cavid Türkiyədə tanınır?

- Mən Ərzurum universitetini bitirəndə diplom işimi Hüseyn Cavidin “İblis” və “Uçurum”pyeslərindən yazmışam. Cavidin 4 cildliyini 1983-cü ildə çapa hazırladım. Türkiyədə özəl nəşriyyatlar dram əsərləri çap etmir. Çünki satışı çox çətindir. Bir neçə il əvvəl sizə müsahibə verəndən sonra Azərbaycan mədəniyyət nazirliyi Cavidin 4 cildliyinin çapı ilə maraqlandı ancaq sonra məsələ gündəmdən çıxdı. İstanbul universitetində Cavidə həsr edilmiş konfrans keçirilmişdi. Cavidin burada 1 cildlik kitabı da çıxıb. Mənim arzum Cavid kimi böyük şəxisyyətin 4 cildliyini də çap etdirməkdir. İnanıram ki,bir gün Cavidin 4 cildliyini Türkiyədə olduğu kimi çap etdirəcəyəm.

Mais Əlizadə

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.