Nemət Mətin - Siyasət və film
26.01.19

  Cəfər Pənahinin Taksi (2015) filmini seyr gənc tələbə rejissora, yəni C.Pənahiyə sual verir: -Mən rejissoruluğu öyrənirəm. Universiteti bitirmək üzrəyəm. Ölkədə qadağan olunmuş filmlərin əksəriyyətinə baxmışam. Çoxlu kitab oxuyuram. Lakin ağlıma yeni fikirlər gəlmir. Nə edim?
 -Bilirsən, o filmlər çəkilib, kitablar isə artıq yazılıb. Görürsən ki, alınmır. Deməli, başqa yerdə axtarmalısan. Evdə oturmaqla heç nə alınmayacaq.
 Taksi filminin çəkilişi göstərir ki, hər kəs film çəkə bilər. Həyat özü incəsənətdir, ədəbiyyatdır, ən oxunulan kitabdır...

 Dünya filmlərinin şedevr sayılacaq incilərinə baxanda düşünmədən analiz etmək mümkün deyil. Filmin xüsusi effektlərlə bəzədilməsi, insan ürəyinə, hisslərinə təsir edə biləcək səhnələr çoxluğu izləyicini çaşdırır. Ayrı istiqamətə kökləyir. Yolunu azdırır. Siyasətin insan beyninə yeridilməsi filmlərdə başlıca amil olur. Əks halda milyonlarla pul bu sahəyə ayrılmazdı. Sovet dövründə çəkilən dünya və yerli filmlərdən bir çox səhnələr çıxarılırdı. Çünki sovet ideologiyasına zidd idi. İnsanları aldatmaqla məşğul idilər. Müstəqillik dövrü də hər hansı ideologiyaya mane ola bilmədi.

 Amerika filmlərində, xüsusən müharibə filmləri izləyicinin gözündən pərdə asır. Məsələn Rembo filmində Vyetnam əsgərlərinin vəhşilikləri göstərilir. Sanki Rembo ədaləti bərqərar etmək üçün müharibə zonasına göndərilib. Əslində isə Rembo Amerikaya aid olmayan torpaqlara soxulur. Hamını qırır və izləyicinin gözündə qəhrəman səviyyəsinı qaldırılır. Heç bir 25-ci kadra ehtiyac yoxdur. Ssenari ilə bir dövlətə sərf edən kadrları çəkmək bəs edir. Mel Gibsonun "Hacksaw Ridge" filmində yenə də amerikalıların düşmənlərlə döyüşünün şahidi oluruq. Silah götürmək istəməyən gənc əsgər yaralıları xilas edir. Silahı əlinə götürmək istəməməsi guya Amerikanın sülh tərəfdarı olmasına nişan verir. Sanki vyetnamlılar xahiş eləmişdilər ki, gəlin bizi qırın. Mel Gibsonun adı çəkilən filmində düşmən vəhşi məxluq kimi göstərilir. Qumbaranı açıb amerikan əsgərlərinə hücum edirlər. Əslində torpağının bir qarışını belə düşmənə vermək istəməyən əsgərin belə hərəkəti, özünü şəhid etməsi, "mən ölüm qoy düşmənlər azalsın" fikri alqışlanasıdır. Rejissorunun adını unutduğum "Snayper" filmində isə hadisələr İraqda cərəyan edir. İraqlıları evində silah saxlayan, terror təşkilini planlaşdıran terrorçular kimi göstərirlər. Sanki düşmən hücum edəndə güllə, çiçəklə onları qarşılamalı idilər. Ümumiyyətlə müharibə filmlərinin əksəriyyəti boğaza kimi pafosdan ibarətdir. Amerika döyüşçüsü hər zaman qəhrəman kimi göstərilir. Dünyanı belə xilas edə biləcək gücə sahib olur.  

 Yəhudilərin ikinci dünya müharibəsində kütləvi şəkildə qırıldığı filmlərdə belə fikir yaranır ki, müharibədə təkcə yəhudilərə zülm olunub. Bir tərəfdən alqışlanmalı haldır. Bir dövlət öz vətəndaşlarının ölüm düşərgələrində çəkdiyi əziyyətləri nümayiş etdirir. Digər tərəfdən isə başqa ölkələrdən şəhid olmuş insanları kölgəyə salır. İnsan insandır. Hamısı müharibədə ölə bilər və ölür də...

 Hər hansı filmdə bir neçə saniyəlik kadrı elə istifadə etmək olar ki, həmin filmlə bir ölkəni dünya tanıyar. Film böyük qüvvədir. “Agent 007” filmində baş obraz Azərbaycanda bir kadrda çəkilmişdi. Artıq dünyanın marağı bizdə idi. Ən azından ölkənin adını tanıyırdılar.
  Bu yaxınlarda bir video çarxdan H.İsmayılovun fikrini eşitdim. Azərbaycan filmlərinin nə üçün inkişafdan geri qalmasından danışılırdı. Xalq artisti bildirdi ki, teatr aktyorları filmdə çəkilmirlər. Əsas problem budur. Teatrdan filmə gələn yoxdur. Başlanğıc üçün bu problemi həll etsək, sonralar filmlərimizdə siyasi gedişlər etmək olar. Siyasətin filmə qarışması, öncədən hansısa baş verəcək hadisənin proqnozu ola bilər. İllər öncə cızılmış planı filmlər, kitablar, verlişlər vasitəsilə insanlara təqdim olunur. Necə deyərlər, göz öyrəşsin, könül sevsin...

  Ssenariyə toxunan “barmaqlar” onun yaxşı film olacağından uzaq salır. Akira Kurosava deyirdi ki, “yaxşı rejissor yaxşı bir ssenariyə dahiyanə film çəkə bilər; eyni ssenariyə pis rejissor, ancaq adi film çəkə bilər, amma pis ssenariyə yaxşı bir rejissor belə film çəkə bilməz.”

  Fikrimcə S. Kinqin “11.22.63” kitabı da siyasətə bulaşmış əsərlərdəndir. Bu yaxınlarda serialına baxdım. Baş obraz təlimatlandırılıb keçmişə qayıdır. Con Kennedinin öldürüləcəyi günə qədər axtarıb araşdırır. Prezidentin ölümünün qarşısını alır. Yazıçının təxəyyülü, keçmişin təsəvvürü, obrazların dəqiqliyi insanı valeh edir. Effektlər super səviyyədə çəkilib. Amma və lakin serialın sonunda  Kennedini xilas edən obraz gələcəyə qayıdıb hər yerin xaraba qaldığının şahidi olur. Yəni, Kennedi sağ qalsaydı, Amerika xaraba qalacaqdı. İstənilən mövzunu əridib öz istədikləri kimi təqdim edirlər.

 Filmlərə baxanda diqqətli olmaq, lazım gəlsə iki dəfə izləmək gərəkdir. Sizə kələk gəlməyən filmlərə baxın. Xoş izləmələr...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.