Mehdi Məmmədova həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub
29.01.19

Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Teatr Xadimləri İttifaqinın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə görkəmli sənətkarın 100 illiyi geniş tədbirlərlə qeyd edilib. “Ömrün səhifələri” kitabının təqdimatının yanvarın 28-də keçirilməsinin heç də təsadüfi olmadığını söyləyən Hacı İsmayılov deyib ki, bu gün Mehdi Məmmədovun anım günüdür.

Mehdi Məmmədovun tələbəsi olduğunu və ondan sənətin sirlərini öyrəndiyini söyləyən Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış “Ömrün səhifələri” kitabının konkret sənədlər əsasında yazıldığını söyləyən Azər Paşa Nemətov deyib ki, kitabda sənətkarın həyat və yaradıcılığının ən vacib məqamları və fotolarda əbədiləşən anları öz əksini tapıb.

Kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova, Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov və başqaları çıxış edərək Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıblar.

Bildirilib ki, Mehdi Məmmədov 1918-ci ildə Şuşa şəhərində anadan olub. Hələ uşaq yaşlarından Bakı Türk İşçi Teatrının səhnəsində çıxış edən M.Məmmədov 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində oxuyub, 1940-cı ildə təhsilini A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda davam etdirib.

Yaradıcılıq fəaliyyətinə 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında başlayan gənc rejissor burada Məmmədhüseyn Təhmasibin “Bahar”, Üzeyir Hacıbəylinin “Məşədi İbad”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Vaqif” pyeslərinə quruluş verib. Öz axtarışları, üslubu, dəstxətti ilə seçilən sənətkar ömrünün sonuna qədər respublikanın mötəbər teatrlarında baş rejissor vəzifəsində çalışıb. Xalqın, teatrsevərlərin maraqla izlədiyi, sevdiyi tamaşaların müəllifi olub. O, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı M.Məmmədov 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Teatr Cəmiyyətinə də sədrlik edib.

Nadir istedada malik rejissorun müəllifi olduğu Cəfər Cabbarlının “Oqtay Eloğlu”, “Od gəlini”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Xəyyam”, “İblis”, Mirzə İbrahimovun “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, Nikolay Qoqolun “Müfəttiş”, Lope de Veqanın “Rəqs müəllimi”, Karlo Holdoninin “Mehmanxana sahibəsi”, Maksim Qorkinin “Meşşanlar”, Lev Tolstoyun “Canlı meyit” və bir çox başqa tamaşalar Azərbaycan teatr sənətinin, səhnəmizin ən uğurlu nümunələri kimi dəyərləndirilib və tarixdə öz layiqli yerini tutub. Rejissorun Akademik Dram Teatrının səhnəsində hazırladığı, öz orijinallığı, yüksək bədii keyfiyyətlərinə görə seçilən Hüseyn Cavidin “İblis” tamaşası 1984-cü ildə Dövlət mükafatına layiq görülüb.

Vurğulanıb ki, Mehdi Məmmədov rejissor kimi qazandığı uğurları həm də aktyor kimi təkrarlayıb. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı Tolstoyun “Canlı meyit”ində Fyodor Protasov, Cavidin “Xəyyam”ında Xəyyam, Vurğunun “İnsan”ında Şahbaz, Qorkinin “Meşşanları”nda Teterev, 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də xalqın və teatrsevərlərin yaddaşındadır.

O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, Cakomo Puççininin “Toska”, Cahangir Cahangirovun “Azad” operalarına, Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin “Həyatın dibində”, Mixail Şatrovun “Mənim ümidlərim” əsərlərinə maraqlı quruluş verib.

Bildirilib ki, Mehdi Məmmədov Azərbaycanda teatr səhnəsindəki məhsuldar fəaliyyəti ilə paralel olaraq, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib. Onun müəllifi olduğu “Azərbaycan dramaturgiyasının estetik problemləri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Rejissor sənəti”, “Estetika haqqında söhbətlər”, “Teatr düşüncələri”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı” kitabları bu gün də yeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir.

Tədbirdə Mehdi Məmmədovun ömür yolunu əks etdirən videomaterial və quruluş verdiyi tamaşalardan və yaratdığı rollardan fraqmentlər nümayiş olunub.

Yenililklər
19.02.19
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.19
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.19
Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...
18.02.19
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib
18.02.19
Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19
Aygün Sadiq - Qələmi təslim etdik duyğuların əlinə
18.02.19
Nemət Mətin - Kitablarımı yandırın!
16.02.19
Asif Rüstəmlinın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı
16.02.19
Xalq yazıçısı ilə bağlı Əbülfəz Qarayevə müraciət olundu
15.02.19
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb
15.02.19
Bəşəriyyət üçün AVTOPORTRET
14.02.19
Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.19
Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
14.02.19
“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
14.02.19
Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
14.02.19
Mərahim Nəsib - Sən çıxsan qapıdan həsrətin gələr
13.02.19
 Türk sənətçisi Ozan Arif vəfat edib
13.02.19
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19
Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19
Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19
200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi
12.02.19
Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19
“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19
Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19
Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
11.02.19
Kamran İmanov: "Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"
11.02.19
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib
11.02.19
Mübariz Örən - Minotavrın ölümü
11.02.19
Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
08.02.19
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib
08.02.19
İlqar Fəhmiyə AzTv-də vəzifə verildi
07.02.19
AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib
07.02.19
Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
06.02.19
Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19
Bazərin Anara yaltaqlığı - Dram-dialoq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.