AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Eşqin hikməti” kitabı çap olunub
29.01.19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Eşqin hikməti” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) “Fəlsəfədə ilahi və bəşəri eşq” mövzusu üzrə İstanbul 29 Mayıs Universitetində həyata keçirdiyi layihə əsasında nəşr edilib.

Monoqrafiyada eşqin hikməti üç istiqamət üzrə araşdırılır. Əvvəlcə eşqin ilahi və bəşəri səviyyələri təhlil edilir. Burada əsas diqqət ilahi eşqlə bəşəri eşqin kəsişmə məqamına – insanın yaradıcılıq mənbəyinə və kamillik prosesinin təkanverici qüvvəsinə ayrılır.

İkinci istiqamət filosof qadınların tarixini və dünyagörüşünü ehtiva edir. Miflərdən başlayaraq səmavi dinlərdən keçən və XX əsrə qədər davam edən qısa ekskursda qadın və kişi təfəkkürlərinin bir-birini tamamlaması və bir-biri üçün vacib olması faktı əsaslandırılır.

Tədqiqatın üçüncü istiqaməti müxtəlif dövrlərdə yaşayıb-yaratmış və fərqli dinlərə mənsub olan Rabiə əl-Ədəviyyənin (VIII əsr) və Edit Steynin (XX əsr) eşq haqqında düşüncələrinin müqayisəsinə həsr edilib. Əsərdə eşq haqqında olan xristianlıq və İslamın prinsipləri, həm Şərq və Qərb düşüncələri, həm də orta əsrlərə və müasir dövrə aid fəlsəfi mövqelər qarşılaşdırılır.

Kitab ilahi və bəşəri eşq, eyni zamanda, fəlsəfə tarixinin iki tanınmış filosofu – Rabiə əl-Ədəviyyə və Edit Steyn haqqında məlumat almaq, həmçinin fəlsəfə tarixinin kölgədə qalmış filosof qadınlarının tarixi ilə maraqlanmaq istəyənlər üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi Vatikanın Pontifik Lateran Universitetinin professor Françesko Alfierid, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidovadır.

Yenililklər
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.