Aleksandra Akulova - İtirənlər
31.01.19

Azərbaycan ədəbiyyatında hekayə-triptix janrına müraciət edən ilk yazıçı Firuz Mustafadır. Haqqında danışacağım əsər Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə olan “At günü” hekayəsidir. Müasir oxucular üçün bənzərsiz və orijinaldır. Niyə məhz “At günü?” “Qaçış”ı oxuyarkən yalnız at obrazının canlandırıldığını düşünmüşdüm. Az sonra əsərin simvollarla zəngin olduğuna və atın müstəqil obraz olmasına baxmayaraq, onun vasitə, daha aydın desək, bir rəmz olaraq yaradılmasına əmin oldum. İntihar hissəsində Yaxşı və Pis Qonşularla tanış oluruq. İki qonşu arasında ixtilaf, hadisələrin kəskin gedişatı Tanrının yaratdığı dilsiz-ağızsız heyvanların da günlərini qara etmiş, onların ölümünə də səbəb olmuşdur. Şahidi olduğumuz münaqişələr bir günə, bir aya ərsəyə gəlməyib. Bu Qordi düyünü illər əvvəl bağlanmışdır. Elə möhkəm bağlanmışdır ki, açılması müşkül idi... Məhz dayçanı da didərgin salan bu idi. “Qəribə idi: onun axtardığı, havasına uçduğu ilxının atları göyün  üzünə səpələnmişdi. Sanki o atları göyün sinəsi ilə axıb gedən bulud – dalğaların qoynunda çabalayır, üstlərinə gələn qorxunc selə sinə gərir, xilas olmağa çalışırdılar...” Bəli, bu dayçanın bir gecə də başına gələnlərdir. Dayça baş götürüb qaçır. Bir istəyi vardı: göydəki “ilxı”nın arxasınca çapıb onlara yetişmək. Qaçış insan əməlinin ilkin nəticəsi idi... Bu qaçış adi, sıravi qaçış deyildi. Birinə qovuşmaq, digərlərindən isə  canını qurtarmaq. Bu idi dayçanın amalı.

Pis Qonşunun əməlləri nəinki onun qonşusuna, hətta atına da təsirsiz ötüşmür. Atın sahibi onu ölümdən xilas etsə də sonra baş verəcək hadisə onun məhvini labüd edir. Qaçılmaz ölüm insan günahının bağışlanmaz, qorxunc nəticəsi idi. Bu ana madyanla cütləşən balanın qandonduran, faciəli sonuydu. Əməl yiyəsi isə yenə də əvvəlki ampluasında idi. Şərəfli ölümü şərəfsiz həyatdan üstün tutan atın intiharı “zəhər” lənmiş insan övladına dərs olmur. O, növbəti günahlara imza atır və zərrə qədər də olsun elədiklərindən peşman olmur, əksinə “bir at nədir ki, ondan ötrü biabırçılıq çıxarırsan” – deyərək özünü haqlı hesab edir. Bala intihar edir, ana ağlayır... Müəllif ikicə cümlə ilə oxucunu kövrəlib ağlamağa məcbur edir: “Ana at ağır, asta addımlarla dayçaya yaxınlaşıb başını yerə əydi. Onun ölgün gözlərində gilələnən iri yaş damcıları üzüaşağı diyirlənirdi”... Bəli, at ağladı, adam ağlamadı. “Vicdan insanların doğru yol göstəricisidir” - deyib Tolstoy. Bizim qəhrəmanın göz yaşları kimi vicdanı da qurumuşdur. Cəhənnəmin dibinə – zülmət qaranlığa çökən bu adamı insanlığa bağlayan yeganə bağ da üzülür. Öz günahını ölümü ilə yuyan at “pis qonşular”a ibrət olmalı, onlara heyvan deyil, insan olduqlarını xatırlatmalıydı. Zamanmı dəyişdi, yoxsa insanlar? Birinci toyuq yaranıb, yoxsa yumurta sualı qədər bəsit və mənasızdır.” At günü”ndə riyakar, ikiüzlü adamın etdikləri atları lərzəyə gətirir. Madyanın iki damla göz yaşı zəmanənin hayqırtısıdır. At canını tapşıran balasına deyil, insanlara ağlayırdı.

Dünya şöhrətli rəssam Pablo Pikasso İspaniya rəsmilərinin sifarişi ilə “Gernika” rəsm əsərini yaradır. İspaniya İnqilabı və vətəndaş müharibəsini  əks etdirən rəsm əsəri abstrakt formada, ağ-qara qammalarla faşizmi ittiham edərək, insanların qanlı faciəsini əks etdirirdi. Əsərin repraduksiyasını Pikassonun qarşısına qoyan gestapo rəssama ritorik sualı ünvanlayır: “Bunu siz etmisiniz?” “Xeyr, bu sizin öz əməlinizdir” – deyə Pikasso cavab verir.
   “Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... Dayçanın ağzından qan gəlirdi”. Bu, canlı rəsm əsəri isə “mədəniyyət” işçisi olan mədəni, gestapo qonşunun  əməlinin bəhrəsiydi.

Yerli ədəbiyyatda heyvan və insan psixologiyasının sintezi, Elçin, İsmayıl Şıxlı, Aslan Quliyev və başqalarının yaradıcılığında rast gəlinir. A.Quliyevin “Oğraş qarğa” hekayəsində heyvanlar insan kimi danışır və düşünürlər. F.Mustafanın atları isə danışmır. Onlar dillə yox, hərəkət, gözləriylə danışaraq bizə həqiqətləri görsətmiş olurlar.  Heyvanın insandan daha əxlaqlı təsviri  faciənin dərinliyindən xəbər verir. O  dərinlik çoxlarını uddu.  Ləkələnmiş, mənən çirlənən bu adamlar fiziki olaraq yaşayır, başqalarının da həyatını məhv edirlər. Nə gözəl deyib ustad: “Bir nar ağacı var, bir də dar ağacı, namərdə nar düşdü, igidə dar ağacı”....

Yenililklər
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.