"Məsəllər, deyimlər" təqdim olundu

31.01.19

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Qulu Məhərrəmli və Rafiq İsmayılovun "Məsəllər, deyimlər" etimoloji lüğətinin, Şəhla Əhmədovanın "Koroğlu" dastanının lüğəti" kitablarının təqdimat mərasimi keçirilib. 

Mərasimdə millət vəkilləri, ziyalılar, tanınmış elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan professor Qulu Məhərrəmli təqdim olunan kitablar haqqında məlumat verib. Q.Məhərrəmli burada R.İsmayılov və Elxan Nəcəfovun birgə hazırladıqları "Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti" ilə "Ədəbiyyatşünaslıq terminləri lüğəti" kitablarının da təqdimatı keçirildiyini diqqətə çatdırıb. Kitabların hər birini lüğətçilik elminə böyük töhfə adlandıran natiq, onların yalnız ali məktəblərdə, bu sahənin mütəxəssisləri tərəfindən deyil, eləcə də orta məktəb müəllim və şagirdləri, filologiya elmi ilə maraqlanan hər kəs üçün yararlı olacağını vurğulayıb.

"Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə Azərbaycanın orta ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat fənlərinin tədrisində istifadə olunan 1600-dən çox terminin izahı verilib. Lüğət orta məktəb şagirdləri, müəllimləri və abituriyentlər üçün nəzərdə tutulub.

"Məsəllər, deyimlər" etimoloji lüğəti haqqında müfəssəl məlumat verən professor deyib ki, kitabda bir sıra mənbələrlə yanaşı, professor Musa Adilovun, Beydulla Hüseynovun, Bəşir Əhmədovun və Ayzek Azimovun tədqiqatlarından da istifadə olunub.

Q.Məhərrəmli qeyd edib ki, Rafiq İsmayılovla birgə beş ildən bəri üzərində işlədikləri "Məsəllər, deyimlər" etimoloji lüğətində ana dilimizdə işlənən bir çox məsəl, deyim və idiomatik ifadələrin, geniş yayılmış çoxlu sayda frazeoloji vahidlərin etimologiyası, məna xüsusiyyətləri araşdırılmış və işlənmə məqamı izah olunub.

Eyni zamanda, kitabda tədqiqata cəlb edilmiş ifadələr tarixi planda işıqlandırıldığı üçün həmin ifadələrin yaranma şəraiti, bu ifadələri meydana çıxaran situasiya, hadisə və rəvayətlər barədə də qısa bilgi verilib.

Bildirilib ki, bu kitabda toplanmış ifadələrin filoloji təsnifatını vermək çətindir. Frazeoloji ifadələr, məsəllər, atalar sözləri, tarixi deyimlər, məşhur misralar-bunlar hamısı xalqın tarixən sınaqdan çıxardığı həyat müşahidələrinin bədii ifadəsidir. Lakin kitabda toplanmış ayrı-ayrı məqalə başlıqlarını birləşdirən iki cəhət var: obrazlılıq və etimoloji tarixçə.

"Başqa lüğətlərdən fərqli olaraq bu kitab, sadəcə, sorğu nəşri deyil, onu boş vaxtlarda zövq almaq, biliyinizi və dünyagörüşünüzü artırmaq üçün oxuya bilərsiniz. Bu bilgilər isə ünsiyyət prosesində-istər anlamada, istərsə də özünüifadədə insanı həmişə daha uğurlu, daha cazibədar və daha özünəgüvənli göstərir".

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov yeni nəşrlərlə bağlı fikirlərini bölüşüb, müəlliflərə uğurlar arzulayıb: "Bu gün təqdim olunan kitabların hər biri ayrı-ayrılıqda dilçiliyimiz üçün kəşfdir. Lüğətçilik dilçiliyin çox da maraq və diqqət göstərilməyən hissəsidir. Halbuki lüğətçilik çox mükəmməl və lazımlı sahədir. Xüsusən terminoloji lüğətlərə ehtiyac böyükdür. Lüğətlərin hər birinə nəzər salanda görünür ki, müəlliflər kifayət qədər lüğətçilik məktəbi keçiblər. Bu lüğətlər dilçilik tarixində görülmüş böyük işlərdəndir".

Şəhla Əhmədovanın "Koroğlu" dastanının lüğəti dastan araşdırması baxımından da çox əhəmiyyətlidir. Bu, dilçilik və ədəbiyyatı özündə birləşdirir. Dastanlarımızın dilinin araşdırılması, öyrənilməsi və bu cür tədqiqatlar vasitəsilə gələcək nəsillərə çatdırılması olduqca əhəmiyyətlidir".

"Koroğlu" dastanının lüğəti kitabının müəllifi, "Məsəllər, deyimlər" etimoloji lüğətin redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədova kitabın araya-ərsəyə gəlməsindən danışıb, deyib ki, kitabda "Koroğlu" dastanı dilçiliyin, lüğətçiliyin obyekti kimi təhlil edilib. Müəllif bu kitabda zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

"Məsəllər, deyimlər" etimoloji lüğətinin rəyçisi professor Məmmədəli Qıpçaq kitab haqqında fikirlərini bölüşüb: "Bu cür tədqiqatlar konyuktiv dilçilikdə mənbə kimi çox dəyərlidir. Lüğətçilik işi çox çətin işdir. Onun öhdəsindən gəlmək hər tədqiqatçının, alimin işi deyil. Böyük səbr, zəhmət və peşəkarlıq tələb edir. Məsəllər və deyimlər haqqında belə bir lüğətin tərtib olunması çox mühüm hadisədir. Buna çoxdan ehtiyac vardı. Müəlliflərə bunun üçün təşəkkür düşür".

Sonra çıxış edənlər lüğətlərin məziyyətlərindən söz açıb, müəllifləri təbrik ediblər.

Şahanə MÜŞFİQ

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.