Xosrov Barışan - Bu şəhrin küçələrində, nə gəzir dərddən savayı?!
01.02.19

AĞILLILAR ŞƏHƏRİ


Ağıllılar şəhərində
Nə gördüm dərddən savayı?
Hər cürə adam doğulur,
Yaşayır, mərddən savayı!

Buludlarından qəm yağır.
Yüküm tən gücümdən ağır!
Çarasız, məcbur insanlar
Baxır mənə fağır-fağır..!

Yağışda yuyunan bu şəhr
Dumanlar şəhridir yəqin;
Sənsizlik geyinib şəhər
Ah çəkməksə nə qədr çətin!

Bu şəhrin vitrinlərində
Mankən düzülüb yan-yana!
Ruhumuza hökm edirlər;
Acıq verirlər insana!

Bu şəhərin göylərində
Sənin göyərçin əllərin,
Öyrədir mənə uçmağı
Deyir: “-Ölümdən qaç gilən
Tap yaşamaq dəlillərin.”

Tablo dolu bu şəhərdə
Tanrım niyə yol azıram?!,
Yenə səni yamsılıram;
Oturub şeir yazıram.

Bir dərvişəm, yol gedirəm;
Mənim kəşkülümdür şeir.
Kəşkülüm deyil incidən,
Özüm özümü incidir.

Şair, ışıq qaçaqçısı...
Bu şəhrin duvarlarına
Qaranlıqlar dırmaşırlar!
Gecə geyimli adamlar,
Şair, kölgəndə yaşırlar!

Bu şuluq şəhərdə yalnız
Kitab içində itirəm!
Kimsə məni anlamayır (tapmır, qanmır!)
Özüm özümə yetirəm.

Bu böyüklükdə şəhərdə
Cismim ruhuma dar gəlir.
Fikrim bütün qabar çalır;
Dərdsizlər dərdlini əlir!

Göydələnlər şəhərində
Gücsüzü əy, gücə əyil.
Şair olmasam, bilirəm
Yaşamaq çox çətin deyil.

Bu haylı, trafik şəhrdə
Çatanmır sevən sevənə;
Yoxsa aracları daşqa?!
Hər zadı mən yarımçılıq
Yaşadım, qorxudan başqa!

Ağıllılar şəhərində
Əslində mən bir dəliyəm.
Ağıllı rolun oynuram,
Şeirlərin mən veliyəm.

Axşam olan bu şəhrdə
Adamlar deyil qayıdan,
Yalqızlıqdır, yazıqlıqdır
Dörd düvarını ayıdan,
Ev dediyinə qayıdan!

Bu şəhrin küçələrində
Nə gəzir dərddən savayı?!
Bütün adamlar satılır,
Ölür, namərddən savayı!

Yenililklər
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
11.04.19
Ədəbiyyat İnstitutunda “Koreya poeziyası Azərbaycan dilində” mövzusunda məruzə dinlənilib
11.04.19
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq
11.04.19
Mikayıl Müşfiqin bütün əsərləri artıq bir kitabda
10.04.19
Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə beynəlxalq festivalda çıxış edəcək
10.04.19
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə və himayədarlığın təşkili” monoqrafiyası nəşr olunub
10.04.19
Şəfa Vəli - Gülün sözü
09.04.19
Paşa Əlioğlu - Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti
09.04.19
“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır
08.04.19
Şimali Kiprdə İmadəddin Nəsimi və Aşıq Veysələ həsr olunan anma mərasimi təşkil olunub
08.04.19
Azərbaycanlı yazıçının romanı türk dilində çap olunub
05.04.19
“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirilib
05.04.19
Azərbaycan dialektologiyası yeni mərhələdə
05.04.19
"Ulduz" jurnalının mart sayı işıq üzü görüb
04.04.19
Xuraman Hümmətova - Nəsimi şeirində sözün informativ yükü
04.04.19
Elçin Hüseynbəylinin Qarabağ hekayələri
04.04.19
Bədirxan Əhmədli: “Mirzə Cəlili suçlayanların arqumentləri yoxdur”
04.04.19
“İllərin qanadında” şeir antologiyası nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.