Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19

“İÇƏRİŞƏHƏR” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ VƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI “ABŞERONUN TARİXİ VƏ MƏDƏNİ İRSİNDƏ QALA KƏNDİNİN ROLU” ADLI MÜSABİQƏ
ELAN EDİR

Abşeron yarımadasının şimal-şərqində yerləşən, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Qala kəndi özündə çox uzaq keçmişi yaşadır. Beş min illik yaşı olan bu məkan Bakı kəndləri arasında həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Müsabiqənin keçirilməsində əsas məqsəd  bu ərazidəki memarlıq abidələrinin (5 məscid, 3 hamam, yeraltı kəhrizlər, məqbərə, sərdabələr, yaşayış evləri və s. ) öyrənilməmiş tərəflərinin araşdırılmasına gənc tədqiqatçıları cəlb etməkdir.
Müsabiqədə 35 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan işlərə dair tələblər:

a) müsabiqəyə qədər heç yerdə dərc edilməyən əsərlər qəbul edilir;
b) işlər Azərbaycan və ya rus dilində təqdim oluna bilər;
c)  işlərin məzmununa dair əsas tələblər:
    -  tarixi faktlar və etibarlı mənbələrdən istifadə;
    - icra müstəqilliyi və elmi yenilik;
    - orijinallıq, plagiat elementlərinin olmaması;
    - empirik məlumatların və nəzəri nəticələrin təsviri, təqdimatın müxtəsərliyi;
    - praktiki dəyər;
    - nəticə və tövsiyələrin olması;
ç) müsabiqə işinin həcmi A4 formatlı, 10 səhifədən az və 20 səhifədən çox olmamalıdır. (Times New Roman şrifti, 1,5 interval  və 14 ölçü ilə) Foto və illüstrativ materiallar 5 səhifədən artıq olmamalıdır;
d) təqdim olunacaq məqalələr elektron formada 01 aprel 2019-cu il tarixədək [email protected] və ya [email protected]  ünvanına göndərilməlidir;
e) məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir:
     -  soyadı, adı, atasının adı
     - təvəllüdü
     - təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı
     - ev ünvanı
     - vəzifəsi, fakültənin, kafedranın, şöbənin və s. adı
    - elektron poçt ünvanı
    - əlaqə telefonları

Mükafatlandırma:

I yer - 1500 AZN
II yer - 1000 AZN
III yer - 500 AZN

Qeyd: Tədqiqatlar münsiflərə imzasız təqdim ediləcəkdir. Müsabiqənin qalibi olan 3 nəfər “İçərişəhər” Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsinin  Fəxri fərmanı və pul mükafatını qazanacaq. Müsabiqənin nəticələri 2019-cu il may ayının ilk ongünlüyündə elan ediləcək. Seçilmiş məqalələr toplu şəklində nəşr olunacaq. Araşdırmalar toplusu bütün müəlliflərə çatdırılacaq.

Əlaqə telefonları: (012) 497 63 59, (012) 497 35 89
Nərmin Alıyeva


Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.