“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 25-ci sayı işıq üzü görüb.

Redaksiyadan verilən məlumata görə, olan jurnalın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi baş redaktor Şəmil Sadiqin “Sən türk kişisisən” adlı məqaləsi ilə başlayır. Müşfiq Xanın “Meybaz”, Səbuhi Şahmursoyun “Dördüncü qayda” hekayələri dərc olunub. Əbdurrəhman əş-Şərkavinin “Yayda ovlanan göyərçinlər”, Cek Londonun “Həyatın qanunu” hekayələri isə müvafiq olaraq Xəyalə Murad və Ülvi Həsənlinin tərcüməsində oxuculara təqdim edilib.

Xanım Anelanın “Yadlıq” hekayəsi, “Bərbad yaradıcılar: Səbəbsiz yazmağa çalışan aktyorlar” xronikası, Rövşən Danyerinin “Təxəyyül” pyesi də jurnala rənq qatan mətnlər arasındadır.

Amaliya Ömərovanın “150 illiyin qutlu olsun, müəllim” Nicat Həşimzadənin “Tale hökmünün qaçılmazlığı”, Ülviyyə Tahirin “Ədəbiyyatda zamansızlıq”  esseləri, Xəyalə Muradın “Vinni-Pux”un əsirləri və ya Kristofer Robinin memuarı” aradırması, Aybəniz Həsənovanın “Modiano qadınlar barədə necə roman yazıb?” resenziyası dərginin əsas hissəsini təşkil edir.

“Oxucu rəyləri” bölməsində Cavid Manaflının “Şeyxzamanlının “Difai”si” və Tahirə Bədəlovadanın “Qələm əhli vətəndaş olanda sevilər” qeydləri yer alıb.

Bundan əlavə, kino və sənət haqqında yazılar - Nuranə Abbasovadan “Qarabağ müharibəsi haqqında çəkilmiş 10 ən uğurlu film” xronikası, Ceylan Mumoğludan “Qadının üç yaş dövrü” essesi dərgidə yer alıb.

Poeziya bölməsində Xanəmir Telmanoğlunun eksperimental nümunələrdən ibarət silsilə şeirləri çap olunub.

“Ən səmərəli addım Xocalının işğaldan azad olunmasıdır” adlı sorğunu isə Cavid Qədir hazırlayıb.

Sorğuda musiqiçi, naşir, publisist Rasim Müzəffərli, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu iştirak ediblər.

Dərginin budəfəki üz qabığında bu yaxınlarda Rotterdam Kino Festivalının əsas mükafatını qazanan Azərbaycan filmi “Mövsümün sonu”nun posterindən istifadə olunub.

Yenililklər
19.02.19
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.19
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.19
Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...
18.02.19
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib
18.02.19
Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19
Aygün Sadiq - Qələmi təslim etdik duyğuların əlinə
18.02.19
Nemət Mətin - Kitablarımı yandırın!
16.02.19
Asif Rüstəmlinın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı
16.02.19
Xalq yazıçısı ilə bağlı Əbülfəz Qarayevə müraciət olundu
15.02.19
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb
15.02.19
Bəşəriyyət üçün AVTOPORTRET
14.02.19
Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.19
Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
14.02.19
“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
14.02.19
Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
14.02.19
Mərahim Nəsib - Sən çıxsan qapıdan həsrətin gələr
13.02.19
 Türk sənətçisi Ozan Arif vəfat edib
13.02.19
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19
Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19
Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19
200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi
12.02.19
Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19
“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19
Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19
Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
11.02.19
Kamran İmanov: "Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"
11.02.19
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib
11.02.19
Mübariz Örən - Minotavrın ölümü
11.02.19
Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
08.02.19
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib
08.02.19
İlqar Fəhmiyə AzTv-də vəzifə verildi
07.02.19
AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib
07.02.19
Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
06.02.19
Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19
Bazərin Anara yaltaqlığı - Dram-dialoq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.