Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19

H.Murakami düşüncəsinə görə roman yazmaq üçün bir ton kitab oxumalısan. E.Heminquey isə deyir ki, gördün yaza bilmirsən dayanma. Qaldığın yerdə üç nöqtə qoyub başqa hadisələri yaz. S.Kinq isə tamam başqa fikirləri tövsiyə edir. Hələ O.Pamuku demirəm.

Hər kəs bir üsulla, özünə rahat olan yolla yazır. Əslində heç bir qayda yoxdur. Gənc yazarı ruhlandırmaq üçün deyilmiş, yazılmış fikirlərdir. M.Paj gənc yazara tövsiyə edir ki, sənə "yaza bilmirsən, alınmır" deyənlərdən uzaq gəz. Tapdıq Yazanov yazanda ayaqlarını isti suya qoyurdu, Mülayim Qələmov uzanıb yazır. Fərqi yoxdur, istəyirsən lap gecə klubunda yaz. Alınmırsa, alınmayacaq. Yox əgər istək, istedad, duyum varsa, təbii ki, əziyyət bəhrəsiz qalmayacaq. R.Qaraca "Zülmətdə bir alatoran" avtobioqrafik romanının əvvəl səhifələrində yazır ki, ucuz başa gəldiyi üçün bu sənəti seçdim. Yəni rəssamlıqda fırça, kətan və digər ləvazimatlar, heykəltəraşlıqda mərmər, daş, xüsusi alətlər lazımdır. Yazıçılıqda isə kağız, qələm ən ucuz başa gələn şeylərdi. Kompüterin varsa, mürəkkəbə də qənayət edəcəksən, kağıza da.

Çox rahat dövrdə yaşayırıq. Telefonda roman yazmaq əsridir. Amma ifrat rahatçılıq tənbəlliyin təməlidir. Uşaqlıqda atam tez-tez mənə deyirdi: “M.Qorki şam işığında oxuyub, yazıb...”

Mən də öz növbəmdə uşaq ağlımla düşünürdüm ki, şam işığının qüdrətinə bax. Böyüdüm, yazıçıların həyatını araşdıranda insan iradəsini gördüm. İ.Muğanna işdən evə yorğun dönəndən sonra gecəni yatmayıb, romanlar yazırdı. İ.Şıxlı "Ölən dünyam" adlı romanının ön sözündə qeyd edir ki, gözləri tutulsa da həyat yoldaşı, övladları yazıçının danışdıqlarını yazırdılar.
1978 ci ildə çəkilmiş bir Azərbaycan filmi var. O filmə baxanda yazıçılarımızın hansı şəraitdə yaşadığını və ətrafdakı insanların yazan adama münasibətini dəqiq görmək olur. Ssenari müəllifi Maqdus İbrahimbəyov olan "Bayquş gələndə" filmində yazıçıya münasibətə baxın:
"-Yenə taqqıldadır? Hərdən oturub fikirləşirəm. O zəhməti başqa işə yönəltsəydi, indi yəqin məsul bir vəzifədə işləyirdi. Ya da nədir onun adı? Alimdən zaddan olmuşdu. Yoxsa, ölmə eşşəyim, yonca bitincə otu gözlə. Səndən yazıçı çıxacaq ya yox. Axı, həyat gedir. Gedir də bu həyat.
-Axırı dəlixanalıqdı.
-Elə demə. Hər kəs özü bilər. Bir az özünü dartır, amma eybi yox. Bizə ki, pislik eləmir."

Hələ filmin bir epizodunu, qısa dialoqu yazdım. Film boyu avam insanların yazıçıya münasibəti adamı qıcıqlandırır. “Yaxşı yazsaydı, pul qazanardı”. Ədəbiyyata, yazan adama münasibətimiz bu səviyyədədir. Pul qazanmaqla istedad ölçülür. Mükafatların, təriflərin və pulun olmalıdır. Yazıçıya alverçi, biznesmen baxışı ilə qiymət veririk. Təbii ki, yazıçı pul qazanmalıdır. Stimul olmalıdır. Ancaq oxuduqlarımız, eşitdiklərimiz və gördüklərimiz göstərir ki, yazıçı da insandır. Yazıçı var istedadlıdır və kitablarının biznes tərəfini görə bilir. Pul qazanmağı öyrənib. Yazıçı da var ki, mütləq ona işini quran bir nəfər lazımdır. O isə oturub yazsın, yazsın və yenə yazsın...

“…narahat olma. Əvvəllər də yazmısan, yenə yazacaqsan. Əsas iş həqiqi bir cümlə yazmaqdır. Bildiyin ən həqiqi cümləni yaz.”  Bun da E.Heminquey deyir.

O bir həqiqi cümləni axtarmaq əvəzinə cəfəngiyat uyduranlar, pafoslu fikirlərdən qaça bilməyənlər, yaltaqlıqdan, tərifdən qorxmayanlar, pul qazanmaq üçün incəsənətə, mədəniyyətə, sözə xəyanət edənlər ayılanda gec olacaq. Zaman küləyi onları yerli-dibli silib aparacaq. Qalaq-qalaq yazdıqları tərifnamələr qaranlıq zirzəmilərdə çürüyüb heç olacaq. Övladları utanacaq, nəvələri nifrət edəcək...Yalnız həqiqi söz zamandan zamana, əsrlərdən eralara keçəcək.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.