Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
12.02.19

Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi bütün xalqın, xüsusən klassik ədəbiyyatla məşğul olan hər bir vətəndaşın, hər bir ziyalının ürəyincədir. Nəsimi XIV əsr Azərbaycan ədəbi dilinin və ədəbiyyatının ən nəhəng şairidir. Nəsimi elə bir dövrdə ana dilimizdə yazıb yaratdı ki, o zamanlar ərəb dili elmi dil kimi, fars dili poeziya dili kimi Yaxın və Orta şərqdə, eləcə də Azərbaycanda hakim idi. Ana dilində yazmaq böyük istedadla bərabər, həm də görünməmiş cəsarət tələb edirdi. Bu mənada dahi Nəsimi həm də Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi.
Bunu AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, professor Sevil Mehdiyeva deyib.

Onun sözlərinə görə, Nəsimi XIV əsrin sonlarında vətəni Azərbaycana, ümumən qoca Şərqə bir günəş kimi doğdu. Onun şöhrəti nəinki vətəni Azərbaycana ümumən bütün Şərq ölkələrinə yayıldı: hamı onu sevdi, bütün Şərq ölkələrində Nəsimi pərəstişkarları, onun dərin məzmunlu poetik xəzinəsindən bəhrələnənlər, hətta onu təqlid edən yüzlərlə “şair-nəsimianlar” yarandı, lakin heç kəs Nəsimi istedadını qazana bilmədi və Nəsimi qəhrəmanlığı səviyyəsinə qalxa bilmədi. Yalnız Nəsimi dühasının ətrafında fırlandılar!

Alim bildirib ki, Nəsiminin ən böyük qəhrəmanlığı, ilk növbədə, onun öz ana dilində əruz vəznini cilovlaya bilmək istedadı, ana dilini zamanın, dövrün hegemon (qalib) dilləri - fars və ərəb dilləri səviyyəsinə qaldırması, Azərbaycan türk dilini fars, ərəb dilləri ilə rəqabətə çəkməsi və bu çətin rəqabətdə Azərbaycan türk dilinin üstünlüyünü öz təkrarsız istedadı ilə təsdiq edə bilməsi idi. İlk dəfə Nəsimi qlobal şəkildə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi, ilk dəfə məhz Nəsimi xalq dilinin dərinliklərinə varmaqla, xalq dilinin dərinliklərindən dürrlər seçərək, ana dilinin hər bir sözünə, ifadəsinə “dad verdi”. Nəsimi dünya səviyyəsində ilk poliqlot şairlərdəndir. Lakin bu halda da Nəsimi və Nəsimidən sonra gələn Azərbaycanın bütün poliqlot şairləri Şərqin digər şairlərindən bir addım irəli getdilər: onlar, eləcə də dahi Nəsimi iki dildə (fars və ərəb dillərində) yox, üç dildə - ana dili olan Azərbaycan türk dilində “Divan” yaratdı. Sübut etdi ki, dərin fəlsəfi mənalı, milli sözlərlə bəzənmiş poeziya nümunələrini Azərbaycan türk dilində də yaratmaq olar. Bunun ən bariz nümunəsini öz təkrarsız bədii yaradıcılığı ilə nümayiş etdirdi, Azərbaycan ədəbi dilinin banisi olmaq missiyasını qazandı.

“Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, Nəsimi Azərbaycan ədəbi dilinin banisidir. Şərqin dahi şairləri kimi, Nəsimi də filosof şair idi. Onun fəlsəfi qəzəllərinin böyük bir hissəsi aydın, səlis, əsl xalq dili sözləri ilə zəngin olduğundan sadə xalq da onu aydın başa düşürdü. Nəsimi Ana dilinin təbliğatçısı kimi fəlsəfi ideya və məsləkinin öz xalqına tam çatması üçün bu yoldan bir vasitə kimi istifadə edirdi. Əslində Nəsiminin təbliğatçısı olduğu hürufiliyin də rüşeymində xalq və xalqçılıq dururdu: Nəsimi, ilk növbədə, xalqçı idi, sözün həqiqi mənasında xalq şairi idi”, - deyə S.Mehdiyeva bildirib.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.