Nemət Mətin - Kitablarımı yandırın!
18.02.19

Rejim, zərərli kitablar yandırılacaq deyə, əmr edəndə
və öküz arabalarına doldurulan kitablar
yanğın yerinə aparılanda
bir şair dəhşətə gəldi...

(B.Brecht)

   Böyük balıq (Big fish) filmində baş obraz meşəni keçəndən sonra cənnət sayılacaq yerə gəlib çıxır. İlk baxışdan hər şey qənaətbəxşdir. Hər zaman yay fəslidir, hamı ayaqyalın gəzir, axşamlar rəqs gecələri, əyləncələr baş tutur. Hər kəs bir-biri ilə mehriban davranır. Bir şair isə 12 ildir poema yazmağa çalışır. İlham verəcək gözəlçələr ətrafında doludur. Baş obraz cızma-qara etdiyi dəftəri alıb baxanda təəccüblənir. Çünki dəftərdə cəmi üç misra var idi. Bəzən yazıçılar, şairlər bilərəkdən çətinliyə düşməyi təcrübədən keçirirlər. Çünki xoşbəxt yaşayan insan yaradıcı ola bilməz. Seyran Səxavət demişkən, dərd adama şeir yazdırır. Elə ona görədə filmdə şair “cənnətdən” qaçır. Şəhərə yollanaraq bank soyur. Yazmaq cəhənnəm işidir...
    Araşdıranda məlum olur ki, bütün dahi yazıçılar çətin həyat sürüblər. Onlarla eyni dövrdə minlərlə yazıçı olub. Qalaq-qalaq kitablar yazıblar. Lakin unudulub gediblər. Elə indinin özündə də ata hesabına ədəbiyyata sığınanlar, vəzifəyə görə oxunanlar gələcəkdə "olmayacaqlar". Müharibə görmüş yazıçı E.M.Remark, aclığın dadını duymuş K.Hamsun, sürgündə ömrü çürümüş F.Dostoyevski... L.Tolstoy müharibədə iştirak etsə də yazır ki, Stendalın "Parma monastrı" kitabını oxumasaydım "Hərb və sülh" əsərinin müharibə epizodlarını dolğun yaza bilməzdim.   
   Əslində bu məqaləni bir suala cavab olaraq yazıram. Sual belədir: Nə üçün indi o cür əsərlər yazılmır? (O cür deyəndə klassiklərin həyat dolu kitabları nəzərdə tutulur.)
   Çünki daha repressiya yoxdur. Repressiya dövründə çoxsaylı yaradıcı insanı itirdik. Cavan yaşda istedadlı şəxslər rejimin qurbanı oldular. İndi isə sürgünə göndərmək dövrü deyil. Dünyanı görmək istəyirsənsə, ən azından viza tələb etməyən ölkələrə bir-iki avtobus dəyişməklə köçmək olar. 3-cü dünya müharibəsi olsa belə, robotlar arasında olacaq. Çətinliyin dərəcəsi azalıb. Rahat həyat tənbəlliyə gətirib çıxardıb.
   Öz həyatıma baxanda yazıçı olmaq şansımın sıfıra bərabər olduğunu görürəm. Əsgərliyi, kasıbçılığı nəzərə almasaq çətinlik görməmişəm. Nə yazım? Porşedə oturub aclıqdanmı yazım? Bircə dəfə qarşımda ölən adam görməmişəmsə, ölüm haqqında hansı fikri ortaya qoy bilərəm?  Evdə oturub müharibələrdən ağız dolusu danışa bilmərəm. Süni alınacaq. Kənan Hacı tez-tez toplaşdığımız ədəbi məclislərin birində deyir ki, 34 yaşında ilk kitabım çıxıb. İndi 18 yaşında roman yazanları saymaqla bitmir. Həyatın ağır yükünü görməyənlər nə yazacaq? Evdə oturub pizza və kola sifariş verirsən. İnterneti qoşub kompüteri işlək vəziyyətə gətirirsən. Word proqramını açıb gözləyirsən. Fikir gəlmir. Stimul yoxdur.
  Yazının əvvəlinə yazdığın şeir şairin dəhşətə gəlməyi ilə bitmir. Əsas məsələ “nə üçün dəhşətə gəlib” sualına cavab tapmaqdır. Ardına fikir verək:

...yandırılan kitabların listəsinə baxıb
 orada öz adını görməyincə.
 Masa arxasına keçdi qəzəblə
 və bir məktub döşədi iqtidardakılara:
 “Məni gözdən sala bilməzsiniz,
 məgər mən hər zaman gerçəkləri yazmadımmı?
 İndi mən necə zərərsiz ola bilərəm.
 Nə olar mənim də kitablarımı yandırın!”
                                                        
(B.Brecht)

   Proqramlaşdırılmış gənclik poeziyadan həzz ala bilmir. Kitabı pdf formatda oxuyub göz xəstəliyi qazanır. Smayliklərlə gülür, virtual sekslə məşğul olmaqdan daxilən çürüyürlər. Yaşayın gənclər! Sizə müraciət edirəmsə, əslində özümə deyirəm. Virtual tanış olduğunuz insanlarla real həyatda görüşün. Çay içmək bəhanəniz olsun...
   Qeyd: Bu məqaləni telefonun qeyd yerinə yazdım...

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.