Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq
22.02.19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olublar.

Tarix İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, səfər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə reallaşıb.

İnstitutun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib.

Görüşün əvvəlində Yaqub Mahmudov Qahirədə baş vermiş terror hadisəsi ilə bağlı kədərləndiyini bildirərək, nümayəndə heyəti adından Misir xalqına dərin hüznlə başsağlığı verib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik deyib ki, tarixinə sahib çıxan xalq yenilməzdir: “Hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılması çox mühümdür. Ərəb xilafəti dövründən etibarən başlanan qarşılıqlı münasibətlərimiz indi daha da genişlənib”.

Yaqub Mahmudov erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidə, müsəlman irsi məhv edilir və tarix saxtalaşdırılır. Bu vandalizmə qarşı elmi müstəvidə birləşməliyik”.

Professor Əhməd əş-Şərbini hər zaman Azərbaycanın haqlı davasına dəstək olacaqlarını bildirib. Doktor Cəlal əl-Səid əl-Həfnəvi isə qeyd edib ki, universitetdə yüzdən artıq tələbəyə xarici dil kimi Azərbaycan dili tədris edilir.

Yaqub Mahmudov və Əhməd əş-Şərbini Azərbaycan həqiqətlərinin Misirdə daha geniş yayılması üçün yaxın zamanlarda Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Akademik görüşün sonunda universitetə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.