“Ozan” elm və sənət toplusunun yeni buraxılışı çap olunub
28.02.19

Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb.

AAB-dan bildirilib ki, topluda Azərbaycan aşıqlarının ötən ilin sentyabrın 28-də Bakıda keçirilmiş VI Qurultayının hesabat-stenoqramı verilib.

Oxucular topluda mədəniyyət naziri Əbülfəs Qarayevin, millət vəkili, akademik Rafael Hüseynovun çıxışları, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının hesabat məruzəsi ilə yanaşı, Xalq şairi Nəriman Həsənzadə, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Türkiyədən gəlmiş professor Əli Qafqasiyalı, eləcə də ustad aşıqlardan Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov və Ulduz Quliyeva, istedadlı gənc aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın qurultay iştirakçılarına təbrik çıxışları ilə tanış ola biləcəklər. Topluda, həmçinin Azərbaycan aşıqlarının VI Qurultayının Prezident İlham Əliyevə müraciəti və qurultayın qəbul etdiyi qətnamə də yer alıb.

Topluda AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun anadan olmalarının 60 illik yubileyinə həsr olunmuş elmi-publisistik yazılar, filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərovun “Aşıq yaradıcılığının tarixi haqqında bəzi qeydlər” adlı elmi məqaləsi də yer alıb.

Bundan başqa, toplunun xəbər bölümündə birliyin 2018-ci ildə həyata keçirdiyi tədbirlər haqda geniş məlumat öz əksini tapıb. “Yeni nəşrlər” rubrikası altında isə AAB-nin nəşri olan yeni kitablardan söhbət açılır.

Qeyd edək ki, redaksiya heyətində respublikamızın tanınmış elm və sənət adamları ilə yanaşı, xarici ölkələrin də nüfuzlu alimlərinin yer aldığı toplunun baş redaktoru AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. /Azərtac/

Yenililklər
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.