Mel Gibson Xocalı soyqırımı haqqında film çəkəcək
28.02.19
Amerikalı rejissor və aktyor Mel Colm-Sil Gerard Gibson "Icon Productions" Xocalıda azərbaycanlıların soyqırımı haqqında film çəkəcək.
"Mən Xocalı şəhərinin əhalisinin faciəsi ilə dərindən şok oldum, sülhsevərlərə qarşı belə bir qəddarlıq, hətta müharibə dövründə də çox nadir haldır. Mən çox uşaqlı İrlandiyalı katolik ailəsində doğulmuşam və İrlandiyalıların qurbanları mənə yaxşı tanışdı. Xocalı hekayəsi ilə tanış olanda bu qətllərin ölüm səhnələri ilə dolu hansısa filmdən olduğunu düşündüm ancaq bütün bunlar həqiqət olduğu ortaya çıxdı. Xocalı faciəsi ilə bağlı "Icon Productions" film şirkəti ilə film çəkmək üçün hazırlaşırıq."
ABŞ-da fəaliyyət göstərən Azərbaycan lobbisi də uzun illər Xocalıda soyqırım haqqında film çəkmək üçün ciddi səy göstərmişlər.
Mel Gibsona məxsus "Icon Productions" film şirkətinin layihəsi 2020-ci ilin əvvəlində başlayacaq. Çəkilişin Türkiyənin İqdır bölgəsində aparılması planlaşdırılır. /Manera.az/
|