“Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
06.03.19

Gənclər arasında mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitab oxumağa marağın artırılması, bu işin cəmiyyətin bütün üzvləri arasında təbliğini aparmaq məqsədi ilə “Oxu günü” (https://www.facebook.com/oxugunu/ ) adlı sosial layihənin keçirilməsi ideyası ilk dəfə 2015-ci ilin aprel ayında “Hədəf Nəşrləri”nin təsisçisi f.ü.f.d., dosent Şəmil Sadiq tərəfindən irəli sürülüb. Beləliklə də, hər ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Hədəf Nəşrləri” və ona yaxın digər təşkilatın dəstəyi ilə “Oxu günü” tədbiri keçirilir, hər dəfə də kitabsevərlərin bayramına çevrilir. Bu il isə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov “Oxu günü”nün bütün respublika səviyyəsində keçirilməsi məqsədilə əmr imzalayıb.

“Oxu günü” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara cəmiyyətdə daim hörmət və ehtiram bəslənmiş, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab olunmuşlar.
Təsadüfi deyil ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.
Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Bununla əlaqədar şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyinin müvafiq əmr və təlimati göstərişləri əsasında yerlərdə ümumtəhsil məktəb şagirdlərinin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər, o cümlədən mütaliə aylıqları, ədəbi-bədii gecələr, həmçinin ölkə miqyasında “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil olunur. Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını almışdır.
Qeyd olunanlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədə müsbət təcrübəsini nəzərə alaraq, “Oxu günü” tədbirinin miqyasını genişləndirmək və kütləvi xarakter daşımasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM
 
1. Hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilsin.
2. “Oxu günü” çərçivəsində nəzərdə tutulan nümunəvi tədbirləri əhatə edən tövsiyələr icra və rəhbərlik üçün yerlərə göndərilsin (əlavə edilir).
3. Yerli təhsili idarəetmə orqanları müəyyən edilmiş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər və görülmüş işlər barədə mayın 15-dək Nazirliyə məlumat göndərsinlər.
4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
 
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 mart 2019-cu il
F-103

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.