Xalq rəssamı Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb
11.03.19

Azərbaycanın dünya şöhrətli sənətkarlarından biri, Xalq rəssamı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın Azərbaycan Nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin  İstanbulda fərdi sərgisi açılıb.

İstanbulun ən böyük rayonlarından biri olan Üsküdar Bələdiyyəsinin hazırladığı layihə əsasında  martın 6-da   “Galeri Nev- Nevmekan Sahil” qalereyasında  açılan və rəssam Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin sərgiləndiyi  “Ağ körpü” adlı sərgiyə Türkiyə ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, Azərbaycan diasporasının fəalları, media nümayəndələri iştirak edib. Sərginin açılış mərasimində çıxış edən Üsküdar Bələdiyyəsini sədri Hilmi Türkmən, İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı rəsm sərgisini açılışını etməkdən qürur duyduğunu bildirib. “Çox dəyərli sənətkarımız Arif Əzizin həyatını, sənətkar kimi dünyaya baxışını öyrəndikcə və əsərlərini tanıdıqca vətəndaşlarımızın da bizim kimi bu əsərlərdən böyük zövq alacağına inanırıq. “Ağ körpü” sərgisi bizim dünya ilə əlaqələrimizi yaradacaq, gücləndirəcək, inkişaf etdirəcək və bizi sənətə daha çox bağlayacaqdır”- deyə sözlərinə davam edən Üsküdar Bələdiyyəsinin sədri H.Türkmən görkəmli fırça ustası Arif Əzizin sərgisinin Türkiyənin bütün guşələrindəki sənətsevərlərin və bölgəyə gələn əcnəbi turistlərin marağına səbəb olacağına inandığını vurğulayıb.

“Ağ körpü” adlı fərdi sərgisinin açılış mərasimində  çıxış edən professor Arif Əziz bu əhatəli tədbiri təşkil edənlərə minnətdarlığını bildirib. “60  illik yaradıcılıq həyatımda   “ağ rəng” həmişə əsərlərimin əsas simvolu olub. Məhz bu rəng vasitəsiylə mən əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya “ağ”rəng vasitəsiylə daha dərin mesajlar verdiyimə inanıram. Türk sənətsevərlər mənim əsərlərimə əvvəldən də bələd olduqlarına görə, onlarla “dil tapmağımın” bu dəfə  daha asan olduğuna inanıram”- deyə sözlərinə davam edən Arif Əziz, sərginin ilk günlərində bilik və təcrübəsini gənc sənətsevərlərlə bölüşməyi planlaşdırdığını deyib.

Tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı fərdi sərgisi aprelin 12-nə qədər davam edəcək.
Qeyd edək ki, professor Arif  Əziz 1943-cü ildə Bakıda anadan olub. Rəssamlıq sahəsindəki ilk təhsilini 1957-1962-ci illər arasında Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alan Arif Əziz, 1966-1971-ci illər arasında S.Q.Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasında ali təhsil alıb. Arif  Əziz Akademiyada təhsil alan ilk azərbaycanlılardan biri olub. 1971-ci ildə elm-təhsil sahəsində fəaliyyət göstərməyə başlayan Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif vəzifələrdə işləyib. Hazırda "Rəssamlıq" fakültəsi "Dekorativ-tətbiqi sənət" kafedrasının müdiri vəzifəsində çalışır.

Bu fəaliyyətinə görə Arif Əzizə universitetin Elmi Şurası tərəfindən professor elmi titulu verilib. İncəsənət sahəsindəki fəaliyyətinə görə, Azərbaycanın “Xalq rəssamı” adına layiq görülən Arif Əzizə elmi-pedaqoji fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adı verilib.
Azərbaycan Rəssamlar Birliyinin, Reklmaçılar və Dizaynerlər ittifaqlarının  üzvü olan professor Arif Əziz incəsənət sahəsindəki xidmətlərinə görə, SSRİ-nin “Şərəf nişanı” və Azərbaycanın “Şöhrət” ordeniylə təltif edilib.

Yenililklər
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
27.07.20
Qahirə Universitetində Azərbaycan ədəbiyyatı tədqiq olunacaq
24.07.20
Dan Braunun "Cəhənnəm" romanı
24.07.20
Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkiləcək
24.07.20
Konstantin Simonov - Evin sənə əzizsə...
23.07.20
Polad iradəli, ay Polad paşam...
23.07.20
Vladimir Korotkeviç - Kitabdaşıyanlar
23.07.20
Azərbaycanın ilk peşəkar qadın rəssamı
23.07.20
Elçin Hüseynbəyli - Bir adamlıq şəhər...
22.07.20
“#ulduzlu nəşrlər” seriyasından növbəti kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.