Şəhla Aslan - Bu cavanlar niyə fışqırıq çalmırlar?
12.03.19

Nərgiz nənəm evə gələndə çox qayğılı idi.  Dilindən bircə kəlimə eşidə bildik: “Balam, bu cavanlar niyə fışqırıq çalmırlar?” Bunların axırı çox çətin olacaq! Vəssalam. Daha nə biz bir şey soruşa bilmədik qorxumuzdan, nə də özü bu mövzuya toxunmadı. Yedi-içdi, qollarını yelləyə-yelləyə, addımlarını gen ata-ata keçdi öz “kabinetinə” yatmağa.

Nərgiz nənə bizə qonaq gəlib. Bizə deyəndə ki, yəni şəhərə. Özü kənddə yaşayır. Əsli Bakıdan olsa da kəndli balası ilə evlənib.  Allahqulu babamla evlənib köçüb ora. Babam da rəhmətə gedəndən sonra sonuncu oğlu ilə qalır kənddə. Hər il soyuqlar düşəndə gəlir şəhərə, altı oğlu burdadır axı. Əslində heç evdə də tapılmır. Gündüzlər gəzir şəhəri, gənclik illərini yada salır, nəslindən sağ qalanları yoxlayır, sənəd-sünəd dalınca idarələri dolaşır. Axşama yaxın da zəng eləyib bir oğluna xəbər verir ki, sizə gəlirəm. Bu gün də bizim bəxtimizə düşüb.

Əstəğfürullah!... Necə yəni cavanlar niyə fışqırıq çalmır? Fışqırığa aid nə bilirəmsə çevirdim-tökdüm ortalığa, heç nə başa düşmədim. Yaxşı ovqat arzulayanda  “fışqırığın gəlsin!”  deyirlər. Hətta fışqırığın qoyuna ziyanı yoxdur” da deyilir. Nə isə, bunlar heç. Gördüm fikir məni rahat buraxmır, qapını döyüb girdim yanına. Arvad qayğılı görkəmdə oturmuşdu. Yazığım gəldi şanlı keçmişi olan qoca nənəyə. 75 yaşı var, amma heç kəs bu yaşı verməz ona.

Ucaboy, ətli-canlı, yeriyəndə sanki yer titrəyir. Bir az kişiyə də oxşarı var. O vaxt babam kənddən gəlib Bakıda sənət məktəbi deyilən məktəbdə dəmirçilik öyrənirmiş. Nə olub, necə olub, dağda, daşda böyümüş bu pələng balasına oxşayan Allahqulu könlünü verir kirayə qaldığı evin qızı Nərgizə. Nənəm də o vaxt feldşerlik oxuyurmuş. Hər ikisi məktəbi bitirdikdən sonra, yüngülvari məclis qurub toy edirlər, bir-birinə qoşulub gedirlər kəndə.

...Yenə nənəmin yüz dəfə danışdığı  xatirələr aldı, apardı məni. O da heç nə demədən əlimdən tutub saçımı sığallayırdı. İndiki gənclik barədə onun qəribə mühakimələri vardır. Amma onu bu gün nə narahat etmişdi, - fişqırıq çalmağın mətləbə nə dəxli var idi, məlum deyildi. Nəyləməliyli gənclər, küçədə fit çala-çala yeriməlidir? Hələ heç nə demirdi. Fikri uzaqlarda idi. İşlədiyi vəzifələri, yoxsa sevdiyi  mərhum ərini xatırlayırdı? İndi hər şey onun üçün keçmişdə qalmışdı. Pah! Bunun elə parlaq gələcəyi olub ki...

Kəndə gəlin köçəndə onu hər dərdə çarə eləyən həkim kimi tanıyıblar. Sanki adi feldşer yox, məşhur terapevt təşrif buyurub. Təsəvvür edin ki, elə vəziyyətdə nənəm nə qədər hörmət qazanmışdı da. Pul-para, pay-püş, maaş da öz yerində. Tezliklə vəzifə pillələrində yüksəlir, rayonda irəli çəkilir, o vaxtın nə vəzifəsi imişsə, özünün deməyinə görə kolxozları  komissiyanın rəhbəri imiş. Deyir camaatın ağası zənn edən kolxoz sədrləri tir-tir əsirdi qabağımda. Zibillərini üzə çıxarandan sonra, daha dərinə getmirdim. Hə, lap pul da verirdilər, sonra? Onsuz, vəzifədə qalmaq olardı o dövrdə?

Firavan həyat, var-dövlət, hörmət-izzət, Allahqulu kimi ərə sahib olan nənəm gözəllikdə bir tamaşa imiş. Allahqulu da bığlarını eşib Koroğlu kimi  qoyarmış qulağının dibinə.  Nənəm danışır ki, toylarda bizim havanı çalanda kişi çıxardı ortaya. Ayaqlarını  yerə çırpanda mağar titrəyərdi,  Qartar baxışlarını kimə  zilləyərmişsə canına vəlvələ düşərmiş. Deyir,  dizini yerə vurub məni çağırardı ortaya. Sonra ətrafımda quş kimi süzərdi. Çəkic döyməkdən daşa dönmüş əzələli bədəni ilan kimi qıvrılırdı.  Sanki “Bu mənimdir! Ona  kəmbaxanın gözünü ovaram!” deyirdi. Mənə kim  əyri baxa bilərdi ki? Allahqulunun bığının bir tükü mənim üçün on kişiyə dəyərdi. Eh!...

Ərinimi düşünürdü? Nə isə!.. Çox uzandı deyəsən mətləb. Onları sonra deyəcəyəm onsuz da. İclasda  Partiyanın siyasətini ifşa etməyini, həbs olunmağını, nənəmin Qaqarinlə görüşməyini... İndi isə qayıdaq “fışqırıq” məsələsinə. Hə...nənəm birdən dilləndi ki, bala,   biliriəm sən bayaqkı sözə görə gəlmisən. Qoy deyim, bilməsən, sakit  olmazsan. Yazarlar belədir də.  Bir az da mənə oxşadığın üçün  çox istəyirəm səni.  Amma indiki gəncliyin sonunu yaxşı görmürəm. Elə bir dərd qəm içindədirlər. Telefonda nəyə qulaq asırlar mən bilmirəm. Amma  heç sifətlərinə təbəssüm qonmur. Sevinmirlər, ay bala! Mən də buralıyam da. Cavanlar xəlvətə düşəndə fitdə mahnılar  çalırdılar!  Qəlblərinin fərəhi, yaşamaq eşqi, arzu, diləklərinin  ifadəsi idi onlar. Day kəndi demirəm heç. Dağda, meşədə cavanların zəngulələrini eşidəndə hamıya güc-təpər gəlirdi.

Əşii  fışqırıq  çalmaq nədir ki? Bilirəm ee ayıbdır.  Böyüyün, kiçiyin yanında  olmaz.  Amma ürəyində bir şadlığın varsa  çölə vurmalıdır, əlaməti. Bu “qəbahəti” üstündə cavanlar yaxalananda sifətinin qızarması da xoşdur. Nə olub ki, fit çalır da!  Telefonda səviyyəsiz mesajları xəlvətcə ona buna göndərmək yaxşıdır, bu pis? Bulvarı bu başdan o başa qədər yeridim, nə bir mahnı zümzümə eləyən, nə də fitlə mahnı çalan eşitmədim. Məni düzgün başa düşün. Deməyin ki, qoca arvaddır da, nə danışır. Ürək fərəhlə dolmursa, gələcəyə ümidlə baxa bilmirsə, yerə-göyə sığmayan kimi görünmürsə, daha nə  gənclik oldu? “Cavanlar niyə qışqırıq çalmır” simvolik deyim olsa da, həqiqət var onda.  Qəmginsiniz, fikirlisiniz, elə bil qayğı yükü basıb əzir gəncləri, çiyinləri düşüb  qocalar kimi. Nə olacaq bunların axırı? Düşünürəm, səbəbini tapa bilmirəm. Bəlkə də biz nəsir günahkarıq, bunların belə vəziyyətə düşməyinə? Bilmirəm! /Kulis/

Yenililklər
14.08.20
“Çölçü” filmi yenidən mükafata layiq görülüb
14.08.20
Mədəniyyət Nazirliyində kadr təyinatı
14.08.20
Koreyalı türkoloqun kitabı Azərbaycanda nəşr olunub
13.08.20
MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
İsmayıllıda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
13.08.20
Mədəniyyət nazirinə müşavir təyin edilib
13.08.20
Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri
13.08.20
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
13.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edib
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.