“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
13.03.19

NUR Art House qalereyasında “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalının keçirilməsinə həsr olunmuş mətbuat konfransı olub.

Birinci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı 2017-ci ildə Berlin şəhərində keçirilib. Festivalın təsisçisi Dünya Xalqlarının Mədəniyyəti və İncəsənəti Beynəlxalq Assosiasiyasının sədri, Qazaxıstanlı rəssam Bulat Mekebayevdir. Artıq uzun illərdir Almaniyada yaşayan və işləyən rəssam təkcə qazax təsviri sənətini deyil, həmçinin bütün türk dünyası rəssamlarının əsərlərini təqdim edir.

Mətbuat konfransında müxtəlif ölkələrdən təmsilçilərin iştirak etdikləri birinci Berlin festivalı haqqında videoçarx nümayiş etdirilib. Bulat Mekebayev festivalın iştirakçıları və fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2020-ci il martın 11-də Bakıda keçiriləcək növbəti festivalda xarici ölkələrdən nümayəndələrin iştirakı gözlənilir. Bununla belə, əsas yer Azərbaycana ayrılıb.

B.Mekebayev deyib: “Biz Avropaya Miniatür Kitab Muzeyini göstərmək, avropalıları Azərbaycan xalçaları ilə tanış etmək, onlara bir daha Odlar yurdunun musiqisi, ədəbiyyatı və təsviri sənətini, Azərbaycan xalqının zəngin mədəni sərvətini təqdim etmək istəyirik”.

Sonra festivalın keçirilməsi üzrə təşkilati məsələlərə baxılıb. Miniatür Kitab muzeyinin təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, “Azərbaycan xalçaçıları” İB-nin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, NUR Art House qalereyasının direktoru Röya Tağıyeva, şairə, tərcüməçi, “Literaturnı Azerbaidjan” jurnalının poeziya şöbəsinin redaktoru Alina Talıbova, uşaq yazıçısı, professor, “Nasledie-İrs” Mədəni-Maarif Mərkəzinin rəhbəri, 40-dan çox elektron kitabın və 60 cizgi filminin müəllifi Solmaz Amanova və digərləri təkliflərlə çıxış ediblər. /Azərtac/

Yenililklər
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.