“Hərbi-tibbi terminlərin izahlı lüğəti” nəşr olunub
14.03.19

“Hərbi-tibbi terminlərin izahlı lüğəti” 25 minə yaxın termin və söz birləşməsindən ibarətdir.

Tibb elmləri doktoru Kənan Yusif-zadənin müəllifi və tərtibçisi olduğu “Hərbi-tibbi terminlərin izahlı lüğəti” çap olunub.

“Hərbi-tibbi terminlərin izahlı lüğəti” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Lüğət 25 minə yaxın termin və söz birləşməsindən ibarətdir. Burada sözlərin düzgün yazılışının və izahlarının, mümkün olan yerlərdə isə latın dilində tərcüməsinin verilməsinə riayət olunub. Terminlər ingilis, fransız, Çin, ispan, ərəb, türk, fars və digər dillərdən Azərbaycan dilinə tərcümə edilib. Lüğətin tərtib olunmasının aktuallığı və yeniliyi ondan ibarətdir ki, burada yalnız elmi-tibbi terminologiyanın deyil, həmçinin praktik həkimin təcrübəsində istifadə olunan terminlərin açıqlaması verilib. Lüğətdə müasir hərbi-tibbi terminologiyaya da xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, müəllif Azərbaycanda ilk dəfə olaraq 2007-ci ildən etibarən tibbi, hərbi-tibbi və hərbi terminləri izahları ilə bərabər toplayıb və bütün bunları lüğətə daxil edib. Bütün terminlərin istifadə qaydasına görə mənaları və latın dilində mövcud transkripsiyaları verilib. Hərbi sahədə alınan zədə və xəstəliklər, hərbi döyüş zədələri, istifadə olunan silahlar və xidmət şəraiti nəticəsində baş verməkdə olan xəsarətlərlə bağlı tibbi anlayışlar da kitabda yer alıb. Lüğətdə hərbi həkimin praktik işində rast gəlinə biləcək simptom və sindromlara geniş yer verilib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının başqa ordu növündə təsvir olunmayan “sərhədçi yuxusuzluğu”, “sərhədçi sindromu” kimi yeni terminləri də lüğətə daxil edilib.

Lüğətdə baş sözlər əlifba sırasında iri və qara şriftlə verilib. Çoxmənalı və omonim terminlərin mənalarının izahları bir lüğət məqaləsində sıralamaqla göstərilib (1, 2, 3 və s.). Lüğətin sözlüyündə əsas lüğət məqaləsindən sonra söz birləşmələri və baş sözlər də əksini tapıb. Ehtiyac olduqda “bax” məqalələri verilib. Lüğətdə terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına tam uyğundur. Həmçinin lüğətdə elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən terminlərin şərhinə geniş yer ayrılıb.

Nəşrin redaktoru Əməkdar elm xadimi, akademik Əhliman Əmiraslanovdur. Kitaba Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Ön söz” yazıb. O qeyd edir ki, hərbi sahənin həkimlərinin xəstəliklərlə və müalicə ilə bağlı təcrübə mübadiləsi, elmi müşavirələr yeni sözlərdən, alınma terminlərdən istifadə edilməsini sürətlə artırıb. Bütün bunlar həm danışıq, həm də yazılı dildə tibbi terminləri sistemə salmaq, mənalarına aydınlıq gətirmək, düzgün izahlarını və tərifini vermək zərurətini yaradıb. Tibb elminin sürətli inkişafı, yeni sahələrin yaranması bu sahədə yaranan yeni terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı tibb terminləri lüğətinin tərtibini zəruri edir.

“Hərbi-tibbi terminlərin izahlı lüğəti” həkimlər, tibb sahəsində çalışan işçilər, tələbələr, müəllimlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli mənbədir. /Azərtac/

Yenililklər
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
10.07.19
"Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb
10.07.19
Ağstafada tarixi abidənin dağıdılması ilə bağlı araşdırma aparılır
10.07.19
Vudi Allen ilk dəfə “La Skala”da opera səhnələşdirib
09.07.19
Andre Moruanın kitabı Mahir N. Qarayevin tərcüməsində
09.07.19
Əyyub Məmmədov - Vaxt azalıb, gecikirsən ay ürək
08.07.19
"Qanun"dan yeni nəşrlər - Siyahı
08.07.19
Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb
05.07.19
“Azərbaycan musiqi tarixi” çoxcildliliyinin növbəti cildi çapdan çıxıb
05.07.19
Avropa Şurasında “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib
04.07.19
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
04.07.19
Akşin Xəyal - Yad əl, doğma sığal
04.07.19
Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq
03.07.19
Gülnar Səma şöbə müdiri təyin edilib
03.07.19
Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
03.07.19
Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
28.06.19
Gənc şair Oğuz Ayvazın "Adını pıçıldadığım” adlı yeni şeirlər kitabı işıq üzü görüb
28.06.19
“Metafizika” jurnalının 2019/2- ci sayı işıq üzü görüb
28.06.19
Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19
İstiqlal Muzeyində “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi açılacaq
28.06.19
Əbülfəs Qarayev: Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif edəcəyik
27.06.19
Vasif Əlihüseyn - Ən gözəl rəsmini çəkdim
27.06.19
İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçildi
27.06.19
Brayan Treysinin “Milyon dollarıq vərdiş” kitabı çap olunub
27.06.19
"Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" müzakirə edilib
27.06.19
Almaz Ülvinin “Şərq təzkirəçilik tarixindən” adlı dərs vəsaiti çapdan çıxıb
25.06.19
Ceyhun Hacıbəyli haqqında monoqrafiya nəşr olunub
25.06.19
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans keçirilib
24.06.19
"Qanun" nşriyyatında yeni kitablar çap olunub
24.06.19
Azərbaycan Televiziyası nüfuzlu beynəlxalq mükafata layiq görülüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.