ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub
18.03.19

Azərbaycan Dillər Universitetində (ADU) Rumın dili və mədəniyyəti mərkəzinin açılışı olub. Mərkəzin təntənəli açılışından əvvəl Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti ilə konfrans təşkil edilib. Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla, Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Azərbaycan–Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku və başqa rəsmi qonaqlar iştirak edib.

Universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağında Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, ADU xarici dil və mədəniyyət mərkəzlərinin sayını daha bir mərkəzlə də genişləndirir. Akademik Kamal Abdullanın sözlərinə görə, ADU-da Rumın dili artıq tədris olunur, tələbələr bu dili böyük həvəs və məmnuniyyətlə öyrənirlər:

“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iki dövlət arasında qarışılıqlı münasibətlər bu gün Prezidentlər cənab İlham Əliyevin və Klaus Yohannisin məqsədyönlü siyasəti nəticəsində daha da dərinləşib. Bu mərkəzin açılışı Azərbaycan-Rumıniya əlaqələrinin geniş kontekstində öz sözünü deyəcək, güclü, faydalı istiqamət olacaq. Biz Azərbaycan Dillər Universitetində hər hansı dili və mədəniyyəti təbliğ edərkən arzumuz ondan ibarət olur ki, öz dilimizin və mədəniyyətimizin həmin ölkədə təbliği üçün bizə şərait yaradılsın. Rumın tərəfi çox böyük məmnuniyyətlə bizim bu xahişimizi qəbul edib. Ümid edirik, yaxın gələcəkdə biz Rumıniya universitetlərindən birində Azərbaycan dil və mədəniyyət mərkəzinin yaradılmasında iştirak edəcəyik. Bizim universitetdə bu mərkəzin yaradılması sözün həqiqi mənasında böyük hadisədir. Mərkəzin yüksək səviyyədə fəaliyyəti üçün müəllimli-tələbəli əlimizdən gələni edəcəyik. Rumın dili və mədəniyyəti mərkəzinin açılması Azərbaycan-Rumıniya dostluq əlaqələrinin ən bariz təzahür formalarından biridir. Bu, eyni zamanda Azərbaycan və Rumıniya prezidentlərinin və xalqlarımızın bir-birinə münasibətinin təzahürüdür. Və nahəyət Azərbaycan və Rumıniya gənclərinin gələcəkdə yaranan və inkişaf edəcək münasibətlərinin bu gün təməli qoyulan təzahürüdür. Hamınızı bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçal iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi münasibəti kontekstində geniş məruzə ilə çıxış edib. Ana Birçal Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin açılışını yüksək qiymətləndirib, universitetin rəhbərliyinə, o cümlədən kollektivə öz təşəkkürünü bildirib.

Rumıniya Parlamentlərarası İşçi qrupun rəhbəri, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku iki ölkə arasında siyasi, iqtisadi, elmi-mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, ötən on il ərzində bu istiqamətdə bir sıra vacib layihələrin həyata keçirildiyini diqqətə çatdırıblar.

Daha sonra tədbir iştirakçıları Novruz süfrəsinin qonağı olub, Azərbaycan Dillər Universitetində Rumın dilini öyrənən tələbələrlə ünsiyyət qurublar.       
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.