Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib
18.03.19

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq “AZ-GRANATA” MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması barədə informasiyalar yayılıb.

Bununla bağlı Əqli Mülkiyyət Agentliyinin şərhini təqdim edirik.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsinə əsasən, müəllifin şəxsi (qeyri-əmlak) hüquqları sırasında əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) vardır və Qanunun 25-ci maddəsinə əsasən müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir.

Görkəmli şair İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri artıq sloqana çevrilmiş, nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da məşhur ifadə kimi istifadə olunur.

“Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məşhur kəlamın mənasının və təyinatının dəyişdirilməsi yolu ilə təhrif edilməsinə səbəb olub və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilib.

Qanunun göstərilən normasına görə, əsərin mənasının dəyişdirilməsi və təhrif olunması və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilməsi yolverilməzdir və şəxsi hüquqların pozulmasıdır. Bu cür hüquq pozuntusuna görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Qeyd edilən Qanunun 28-ci maddəsinə uyğun olaraq, müəllifin şəxsi hüquqlarının qorunmasını müəllif vəfat edəndən sonra onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarıbsa, həmin hüquqların qorunmasını dövlət öz üzərinə götürür və dövlətin bu funksiyasını Əqli Mülkiyyət Agentliyi həyata keçirir.

Baş vermiş pozuntu halı barədə Agentlik tərəfindən “AZ-GRANATA” MMC-yə istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin üzərindən “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərinin yığışdırılması ilə bağlı tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi haqqında “AZ-GRANATA” MMC-yə müvafiq xəbərdarlıq məktubu göndərilib və əks halda müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi “AZ-GRANATA” MMC-nin rəhbərliyinin diqqətinə çatdırılıb.

“AZ-GRANATA” MMC-dən Agentliyin məktubuna verilmiş cavabda bildirilib ki, “AZ-GRANATA” MMC 2018-ci ilin aprel ayından “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sloqanı altında etiket sifariş verməmiş və həmin ifadənin adı altında meyvə şirəsi istehsal etmir”.

Agentliyin “AZ-GRANATA” MMC-nin rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq, MMC tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmayacağı bildirilib. /Azərtac/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.