Nəsiminin 650 illiyi ölkəmizdə və xaricdə rəngarəng tədbirlərlə qeyd olunacaq
28.03.19

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib. Dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb.

Nazirlikdən verilən məlumata görə, tədbirlər planında şəhər (rayon) mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 27-30 sentyabr tarixində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilmişdi. Bu il təşkil ediləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq festivalı yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq.

Heydər Əliyev Sarayında şairin yubileyinə həsr olunan tədbirlər çərçivəsində musiqi kollektivləri və solistlərin iştirakı ilə bədii-musiqili gecə keçiriləcək.

Görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” xoreoqrafik poeması əsasında konsert-tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və UNESCO-nun baş qərargahında nümayiş olunacaq. Həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi məqsədilə qeyd olunan tamaşanın rəqəmsallaşdırılması da həyata keçiriləcək.

Bundan əlavə, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi” xoreoqrafik tamaşasının Azərbaycan, Rusiya, Almaniya və Türkiyədə və TÜRKSOY təşkilatında nümayişi təşkil ediləcək. Bu tamaşanın da rəqəmsallaşdırılması nəzərdə tutulur. TÜRKSOY təşkilatında da yubiley tədbirləri keçiriləcək. Almaniyanın Frankfurt və Türkiyənin İstanbul şəhərlərində keçirilən ənənəvi beynəlxalq kitab sərgilərində Nəsiminin yubileyinə həsr olunmuş tanıtım tədbirlərinin keçirilməsi planlaşdırılır.

Beynəlxalq Muğam Mərkəzində qədim musiqi alətlərinin və sufi musiqisi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərindən ibarət muğam konserti təşkil ediləcək. Azərbaycan Dövlət Yuğ Teatrında isə Nəsiminin qəzəlləri əsasında “Haqq mənəm” adlı ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

Şairin əsərlərinin Azərbaycan və xarici dillərdə çap olunması, eləcə də “Nəsimi irsi UNESCO-da” adlı nəşrin hazırlanması da tədbirlər planında yer alıb. Sənəddə həmçinin söz ustadının yubileyinə həsr olunmuş respublika rəsm müsabiqəsinin keçirilməsi də qeyd olunub.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.