Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabı təqdim olundu
03.04.19

Jurnalist Vüsalə Məmmədovanın müəllifi olduğu "Əsir düşərgəsi" kitabının təqdimatı olub.

“TEAS Press” Nəşriyyat Evində çap olunan kitabın təqdimatı “Gənclik Mall”dakı “Libraff” kitab mağazasında baş tutub.

Tədbiri giriş sözü ilə “TEAS Press” Nəşriyyat Evinin nümayəndəsi Aysel Zahidqızı açıb. O bildirib ki, "Əsir düşərgəsi" kitabı iki il əvvəl çap olunmasına baxmayaraq, kifayət qədər maraq doğurur: “Düşündük ki, yenidən imza günü keçirək. Kitabın təqdimat günü kimi 2 aprel tarixini təsadüfi seçməmişik. Bildiyiniz kimi, bu gün Kəlbəcərin işğalı günüdür. Kitab Qarabağ müharibəsində girov götürülənlərin həyat hekayələrini, onların yaşadıqları ağrı-acıları əks etdirir”.

Lent.az saytının baş direktoru Qabil Abbasoğlu nəzərə çatdırıb ki, “Əsir düşərgəsi” kitabı Lent.az-ın eyni adlı layihəsi çərçivəsində ərsəyə gələn ikinci kitabdır: “Bundan əvvəl “Cəhənnəmdə böyük çığırtı” kitabı nəşr olunub. Arzulamadığımız məzmun olsa da, kitabda Azərbaycanın acı reallığı cəmlənib. Biz bu acı reallığı istedadla, insani hisslərlə və obyektivliyi qorumaq şərti ilə qələmə almağın vacibliyini, bunun tarixi məsuliyyətini anlayaraq, bu hekayətlərin kitaba çevrilməsinə qərar verdik. Biz Vüsalə Məmmədova ilə “Əsir düşərgəsi” layihəsinin müzakirəsi zamanı bu xatirələrin saytda yayımlanmasını və gələcəkdə kitab halına salınmasını düşünürdük. O qədər əsirlərimiz, o qədər acı talelərimiz olub ki, materiallar artıq iki kitaba sığmır. Mən buna təəssüf edirəm. Vüsalənin kitabında belə bir cümlə var ki, müharibə xatirələri üçün ən yaxşı sığınacaq kitabdır, çünki kitab bu yaşantıları saxlamaq üçün ən uğurlu abidədir. Arzu edirəm ki,  o gün olsun, Vüsalə qalib əsgərlərimizin xatirələrini yazsın, Qarabağdan, o yurdlardan reportaj eləsin. Arzu edirəm ki, o ağır talelər o qədər az olsun ki, bundan sonra belə kitablar yazılmasın”.

Vüsalə Məmmədova kitab haqqında daha geniş məlumat verib: "Əsir düşərgəsi” kitabında doqquz hekayə toplanıb. Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Birinci kitabdan fərqli olaraq bu kitabda döyüşçü Fəxrəddin Abışovun hekayəsi yer alıb. Burada Xocalı faciəsindən sonra Türkiyədən Azərbaycana gəlib könüllü olaraq ordu sıralarına yazılan və bizim torpaqlar uğrunda döyüşən Atilla Yubakın da həyat hekayəsi yer alır. Çünki bir Türkiyə vətəndaşı olaraq Atilla Qarabağ torpaqları uğrunda döyüşüb və əsir düşüb. Kitabda yer alan “Atam tez qayıdacaq” hekayəsinin qəhrəmanı, 1991-ci ildə girovluq həyatı yaşayan Bayram dayı artıq dünyasını dəyişib. Burada bir həyat hekayəsi də var ki, onun qəhrəmanı əsirlikdən qayıda bilməyib. Mən onun hekayəsini anasının dilindən yazmışam. Bildiyimiz kimi, 2 aprel Kəlbəcərin işğalı günüdür. “Əsir düşərgəsi”nin böyük bir hissəsi isə Kəlbəcərdən çıxmağa çalışarkən girov düşən mülki şəxslərin həyat hekayəsi təşkil edir”.

Daha sonra müəllif oxucular üçün kitab imzalayıb. /Ona.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.