Azərbaycan dialektologiyası yeni mərhələdə
05.04.19

Tədqiqat tarixi bir əsrə çatan Azərbaycan dialektologiyası bir dilçilik fənni kimi ali məktəblərin filologiya fakültələrində tədris olunur. Sevindirici haldır ki, bu illər ərzində filologiya istiqamətində təhsil alan tələbələr arasından xeyli sayda dialektoloqlar yetişib.

Azərbaycan dialektologiyasının bugünkü mənzərəsi də bu fikri söyləməyə bir daha əsas verir ki, Azərbaycan dialektologiyası türkdilli ölkələr arasında öz tədqiqat işlərinin yenilikləri və ilkləri ilə sayılıb seçilir. Təsadüfi deyil ki, Azərbaycan dialektologiyasında akademik Məmmədağa Şirəliyev məktəbi bu illər ərzində formalaşaraq müasir mərhələyə gəlib çatıb. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi dialektləri sistemli şəkildə tədqiq etməklə məşhur dialektoloq M.Şirəliyevin elmi ənənələrini böyük məsuliyyətlə davam etdirir.

Bu məktəbin davamçılarından biri kimi professor Məhərrəm Məmmədlinin yenicə çapdan çıxmış "Azərbaycan dialektologiyası" kitabı da elmi-dialektoloji prosesin ardıcıl-sistemli tədqiqatların davamı kimi dəyərləndirilməlidir.

Dialektologiya və ədəbi dil biri digəri üçün hər mənada şərtdir. Başqa sözlə, ədəbi dil dialekt üzərində yaransa da, müəyyən cəhətləri ilə ədəbi dil ilə oppozisiya təşkil edir. Ötən XX əsrdə elmin və təhsilin intensiv inkişafı və tərəqqisi dialektləri məişət dili çərçivəsində saxlasa da, insanın öz tarixi keçmişini öyrənmək ehtiyacı bütün zamanlarda aktual olmuşdur. Azərbaycan dialektlərinin öyrənilməsi Azərbaycan dövlətinin dil siyasətində də prioritet məsələlərdəndir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" 9 aprel 2013-cü il tarixli Dövlət Proqramının 6.3.5-ci bəndində də Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi dialektoloqlar üzərinə məsul vəzifələr qoyur.

Azərbaycan dialektologiyasında professor Məhərrəm Məmmədlinin elmi-tədqiqat işləri öz aktuallığı baxımdan qiymətlidir. Alimin Azərbaycan dilinin Təbriz dialekti (2008) və "Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları" (2003) kimi monoqrafiyaları buna bariz nümunədir.

Professor M.Məmmədli uzun illərdir ki, Bakı Dövlət Universitetinin filologiya fakultəsində Azərbaycan dialektologiyası fənnini tədris edərək, elmlə təhsilin inteqrasiyasını mütəmadi həyata keçirir. Alimin bu illər ərzində çap etdirdiyi xeyli vəsait, proqram və mühazirə mətnləri elmlə pedaqoji təcrübənin vəhdəti kimi bu vacib işə xidmət etməkdədir.

Professor M.Məmmədlinin "Zərdabi Nəşr" MMC-də 22 ç.v. həcmində yenicə çapdan çıxmış "Azərbaycan dialektologiyası" kitabı Azərbaycan Demokratik Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunub. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Məmmədəli Qıpçaq, rəyçiləri ADPU-nun professoru, mərhum Əzizxan Tanrıverdi, professor İbrahim Bayramov və BDU-nun dosenti Gülxanım Vəliyevadır. Kitab geniş şəkildə işlənmiş giriş, fonetika, morfologiya, sintaksis, leksika, söz yaradıcılığı və dialektoloji mətnlər bölmələrindən ibarətdir. Monoqrafiyada Azərbaycan dili dialekt və şivələrinin mövcud sərhədlərdən kənardakı təzahürləri də öz əksini tapıb.

"Azərbaycan dialektologiyası" monoqrafik tədqiqat işi kimi dialektologiyanın müasir səviyyəsinə qədərki mövcud tədqiqat işlərini ümumiləşdirməklə bərabər, alimin özünəməxsus araşdırmalarını da əhatə edir. Monoqrafiyanın giriş hissəsində dialektologiyanın nəzəri məsələlərinə geniş yer verilməsi gənc tədqiqatçılara bu elmin mahiyyətini aşılamağa kömək məqsədi daşıyır. Məsələn, kitabın "Dalektologiyanın əsas terminləri" hissəsində ləhcə, dialekt, keçid şivə, aralıq şivələr, qarışıq şivələr, koyne dialekt kimi terminlərin aydınlaşdırılmasına yığcam izahlar verilir. Burada məhəlli və sosial dialektlərin mahiyyəti konkret nümunələr əsasında izah edilir. Dialektologiyanın tədqiqat metodlarından biri kimi dilçilik coğrafiyası metodunun mahiyyətini anlatmaq məqsədi ilə bütün proses - dil materiallarının toplanması, onların xəritə üçün işlənib hazırlanması, dil hadisələrinin xəritələrə köçürülməsi və xəritələrin şərhi sadalanır.

Qeyd etmək lazımdır ki, Azərbaycan dialektologiyasında bu sahədə ilk tədqiqatlar 60 il bundan əvvələ aiddir. Akademik M.Şirəliyevin təşəbbüsü və rəhbərliyi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun dialektoloqları tərəfindən cəmi 50 xəritədən ibarət hazırlanmış "Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası" müəyyən səbəblər üzündən çap olunmamasına baxmayaraq, bu sahədəki tədqiqatların nəticəsi 1990-cı ildə akademik M.Şirəliyevin redaktorluğu ilə "Azərbaycan dilinin dialektoloji atlası" çapdan çıxıb.

Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Azərbaycan Respublikasının ərazisinə  qanunsuz müdaxilələr və Ermənistanın qəsbkarlıq siyasəti nəticəsində soydaşlarımızın məcburi deportasiyası nəticəsində bütün ölkəyə səpələnmiş insanların timsalında Azərbaycan dialekt və şivələrinin mövcud durumunu yenidən öyrənmək məsələsini aktuallaşdırıb. Ana dilinin bu qloballaşan şəraitdəki vəziyyəti ilə bağlı verilmiş sərəncamı əldə rəhbər tutan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektoloji atlas qrupu  25 ildən sonra elmi-texniki tərəqqinin ən son nailiyyətlərini özündə əks etdirən "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nı 2015-ci ildə nəfis şəkildə çap etdirib. Professor M.Məmmədli bu atlasın həmmüəlliflərindən biri kimi "Sintaksis" bölməsini işləyib.

Monoqrafiyadakı "Tarixi dialektologiya" başlıqlı hissədə aparılan tədqiqatlara ümumi baxış ifadə olunur. Lakin yaxşı olardı ki, dialektologiyanın bu  sahəsinidə görülmüş işlərə də xüsusi diqqət verilərdi.

Müəllif "Azərbaycan dialektlərinin tədqiqi tarixi" adı altında xronoloji ardıcıllıqla, müasir elmi nailiyyətlər də daxil olmaqla Azərbaycan Respublikasının və Güney Azərbaycanın dialekt və şivələrinin tədqiqini işıqlandırır. Bu sahədə Azərbaycan alimləri ilə yanaşı, xarici ölkə tədqiqatçılarının əsərləri barədə də məlumat verilir. Çox sevindirici haldır ki, bu gün Cənubi Azərbaycan dialektlərinin araşdırılması sahəsində əslən cənublu soydaşlarımız da uğurlu tədqiqatlar həyata keçirirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda Cənubi Azərbaycan dialektlərinin monoqrafik tədqiqi sahəsində ilk araşdırmaların müəlliflərindən biri də professor M.Məmmədli olub. O, 1989-cu ildə Azərbaycan dilinin Təbriz dialektini namizədlik dissertasiyası səviyyəsində tədqiq edib.

Dialektologiyanın nəzəri məsələləri arasında Azərbaycan dilinin tayfa mənsubiyyətini saxlayan dialektlərinin öyrənilməsi öz aktuallığı ilə diqqəti cəlb edir. Müəllif dialektoloqların bu sahədəki uğurlu tədqiqatlarının İraq-türkman, qaşqay, xalac, sunqur, qarapapaq, əfşar və başqa tayfalarının şivələrini əhatə etdiyini və onların dil xüsusiyyətləri baxımından Azərbaycan dilinə mənsub olmasını ciddi faktlarla əsaslandırır.

Kitabın Azərbaycan dialektologiyasının fonetik sisteminə həsr olunan bölməsində ənənəvi yol üzrə gedilərək sait və samit səslərlə bağlı fonetik hadisələr və qanunlar şərh olunur. Morfologiya hissəsində də Azərbaycan dili dialekt və şivələrinin əsas və köməkçi nitq hissələrinə məxsus dialekt səciyyəviliyi sistemli şəkildə təqdim edilir.

Professor M.Məmmədli Azərbaycan dili dialekt və şivələrində ismin qrammatik kateqoriyalarını doktorluq işi müstəvisində tədqiq etmiş alim kimi bu mövzuya dair daha incəliklərə varıb. Kitabda da ismin hal, mənsubiyyət, kəmiyyət və şəxs kateqoriyaları müfəssəl izah olunur.

"Azərbaycan dialektologiyası" kitabında dialekt frazeologiyası və Azərbaycan dilinin dialektoloji lüğətləri, yəni leksikoqrafiya məsələlərinə yer ayrılması yenilik kimi təqdir olunmalı və müsbət qiymətləndirilməlidir.

Ədəbi dildə olduğu kimi, Azərbaycan dialekt və şivələrində də derivatoloji proses üç yolla - leksik,  morfoloji və sintaktik üsulla baş verir. Monoqrafiyada söz yaradıcılığı məsələsinə xüsusi bölmə ayrılması da yeni bir yanaşma kimi dəyərləndirilməlidir. Müəllif  bu mənada leksik şəkilçiləri ad düzəldən və feil düzəldən şəkilçilər başlıqları altında verməklə şərh edir. Digər sözyaratma üsulları da ən mühüm cəhətləri ilə konkret şəkildə izah olunur.

Dili canlı orqanizm hesab edən alimləri  bu baxımdan da haqlı saymaq lazımdır ki, derivatoloji proses daim inkişafdadır. Köhnəlmə və yenilik dilin "canlı" olmasını əsaslandırır. Bu gün müasir ədəbi dil bəzi məsələlərdə, məsələn, əcnəbi sözlərə qarşı mübarizədə dialektdən bəhrələnməlidir. Dialekti məhəlli çərçivədən daha geniş mühitə gətirmək isə həm vətəndaşlıq işi, həm də ziyalı mövqeyidir.

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin "Azərbaycan dialektologiyası" monoqrafiyası gənc tədqiqatçı nəslinin yetişməsində öz bəhrəsini verəcək bir əsər kimi dilçilik elminə və Azərbaycan təhsilinə yaraşan bir ərməğandır.

Qüdsiyyə QƏMBƏROVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet

Yenililklər
12.08.20
Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı
12.08.20
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işdən çıxıb
12.08.20
Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12.08.20
Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Prezident Sərəncam imzalayıb
11.08.20
Anar Kərimov Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
11.08.20
İspaniyalı rəssamın əsəri Heydər Əliyev Mərkəzində nümayiş olunur
11.08.20
Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə işçi qrup yaradılıb
11.08.20
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
10.08.20
Mədəniyyət Nazirliyində kadr islahatları aparılıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.