Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nəsimi ili” çərçivəsində böyük şairin irsi ilə bağlı tədqiqatlar davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertant Nəzrin Atabəyli Türkiyədə İmadəddin Nəsiminin əlyazma nüsxələri ilə bağlı tədqiqat aparıb. Qardaş ölkənin kitabxana və əlyazma mərkəzlərində Nəsiminin əsərlərinin 170-dək əlyazması qorunub saxlanılır. Bununla yanaşı, şairə aid edilən bir çox nəsr əsərləri mövcuddur ki, onların xüsusi tədqiqata ehtiyacı var.

Araşdırma zamanı məlum olub ki, Türkiyənin müxtəlif əlyazma mərkəzlərində Nəsimi “Divan”ının 80-dən çox əlyazma nüsxəsi saxlanılır. Onların sırasında Manisa, Amasya, Ərzurum, İzmir, Diyarbəkir, Balıkesir, İstanbul, Ankara və s. yerlərdə saxlanılan nüsxələri qeyd etmək olar. Tədqiqat zamanı onlardan bir neçəsinin fotosurəti əldə edilib.

Türkiyədə Nəsimi əlyazmaları ən çox İstanbul və Ankara şəhərlərində qorunur.

Xatırladaq ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov son bir ildə İmadəddin Nəsiminin anadilli “Divan”ının 6 əlyazma nüsxəsini əldə edərək ilkin tədqiqata cəlb edib. Əlyazmaşünas alim bu nüsxələrin surətlərinin 5-ni Ankara Milli Kitabxanasından əldə edib. Bunlardan birincisi 134 vərəqdən ibarət, müxtəlif janrlarda şeirlərin olduğu türkcə “Divan”ın əlyazma nüsxəsidir. Həmin əlyazmanın əvvəlində kitabın görkəmli mütəsəvvif Hacı Bəktaş Vəlinin ardıcılı, bəktaşi təriqətinə məxsus Mömin Dədə təkyəsinə vəqf edildiyi, geniş oxucu kütləsinin istifadəsi üçün bağışlandığı barədə qeyd var. Bu qeyd Nəsiminin bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olduğunu göstərir. Əlyazma nüsxəsinin bir özəlliyi də onun əvvəlində “Kitabi-Seyyid Nəsimi əl-Hüseyni” qeydidir. Bu fakt onu göstərir ki, şairin “Hüseyni” təxəllüsü kifayət qədər geniş oxucu kütləsinə məlum olub.

Paşa Kərimovun Ankara Milli Kitabxanasından surətini əldə etdiyi digər 2 əlyazma nüsxəsində şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması diqqəti cəlb edir. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm Nəsimi, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri var.

İnstitutun dissertantı Nəzrin Atabəyli qeyd edir ki, Nəsimi əsərlərinin Ankara nüsxələri şəhər Milli Kitabxanasının nadir kitablar və əlyazmalar şöbəsində qorunur. Burada müxtəlif kolleksiyalarda Nəsimi “Divan”ının 20-yə yaxın əlyazma nüsxəsi saxlanılır.

Ankara Milli Kitabxanasında qorunan Nəsimi “Divan”ının ən qədimi 1536-cı ildə köçürülən nüsxədir. Katibi məlum olmayan bu əlyazma 81 vərəqdən ibarətdir. Bu nüsxədə şairə aid Azərbaycan dilində 223 qəzəl, 54 rübai və tuyuq, 2 tərcibənd və 1 müstəzad yer alıb.

Burada qorunan digər nüsxə isə ən çox qəzəl və rübailərin yer alması ilə fərqlənir. Köçürülmə tarixi və katibi məlum olmayan bu nüsxə 137 vərəqdən ibarətdir. Həmin nüsxədə şairin 2 məsnəvisi, 528 qəzəli, 226 rübaisi və 1 müstəzadı yer alıb.

Ankara Milli Kitabxanasında qorunan digər bir “Divan” isə 256 vərəqdən ibarətdir. Bu nüsxə Adnan Ötüken Xalq Kitabxanası kolleksiyasına aiddir. 1603-cü ildə köçürülüb, katibi məlum deyil. Əlyazmada Nəsimiyə aid Azərbaycan dilində çox sayda qəzəl, minacat, nət, tərcibənd, qəsidə, tərkibbənd, məsnəvi, rübai və s. yer alıb. Bəzi vərəqləri itib.

İstanbul kitabxana və muzeylərində Nəsimiyə aid 35-dən çox əlyazma nüsxəsi saxlanılır. Bunlar əsasən Topqapı Sarayı Muzeyi, İstanbul Millət Kitabxanası, İstanbul Şəhər Bələdiyyəsi Atatürk Kitabxanası, İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası, İstanbul Universiteti Əlyazma Əsərlər Kitabxanası və digər zəngin əlyazma xəzinələridir.

İnstitutun dissertantı Nəzrin Atabəyli qeyd edib ki, İstanbul kitabxanasında türkcə divanlar kolleksiyasında qorunan və 1487-ci ildə köçürülmüş nüsxənin katibi məlum deyil. Əlyazma nüsxəsi 171 vərəqdən ibarətdir.

İstanbulda saxlanılan digər əlyazma isə vərəq sayına (223 vərəq) görə irihəcmli nüsxələrdən hesab edilir.

İmadəddin Nəsiminin əsərləri təkcə Türkiyədə deyil, dünyanın əksər əlyazma mərkəzləri, kitabxana və muzeylərində saxlanılır. Bu zəngin ədəbi irsin tədqiqi isə Nəsimi yaradıcılığının öyrənilməsində ədəbiyyatşünaslarımız üçün yeni üfüqlər açır.

Yenililklər
13.05.19
Ədəbiyyat İnstitutunda Türkiyənin təsəvvüf alimlərilə görüş keçirilib
13.05.19
Musiqili Teatrda “Buratino” tamaşası nümayiş etdiriləcək
13.05.19
Ramiz Rövşən Bakı Kitab Mərkəzində oxucularla görüşdü
13.05.19
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
09.05.19
Rövşən Yerfi - Nəsimi niyə dahidir?
09.05.19
"Çöl Qala" Stokholmda təqdim olundu
07.05.19
Azərbaycan və Rusiyanın görkəmli təmsil ustalarının xatirəsi anılıb
07.05.19
Şair Dəmir Gədəbəyli vəfat etdi
06.05.19
Mətanət Vahid - Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində
06.05.19
Romada Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək
06.05.19
BSU-da Hindistanlı türkoloqla görüş keçirilib
06.05.19
"Ulduz" jurnalının "Nəsimi" xüsusi sayı təqdim olundu
01.05.19
Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib
01.05.19
Anar Məcidzadə - Getdiyin o yollar qaytarmır səni 
30.04.19
Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
26.04.19
AMEA vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"
26.04.19
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunub
24.04.19
“Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
24.04.19
“Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiya çap olunub
24.04.19
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
23.04.19
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.19
“Almaz” yenidən təqdim edilib
23.04.19
Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
22.04.19
Üçlü formula yeni baxış
22.04.19
Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı”nın açılışı keçirilib
22.04.19
Şərif Ağayarın romanı Fransada çap olunacaq
18.04.19
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18.04.19
Gənc şairin "Bir ovuc suda" kitabı təqdim olundu
18.04.19
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
17.04.19
Nəsiminin Türkiyədə yeni əlyazma nüsxələri aşkar edilib
17.04.19
Viktor Hüqonun "Notr-Dam-de-Paris" əsərinin satışı artıb
17.04.19
Azərbaycan filmi beynəlxalq müsabiqəyə dəvət alıb
16.04.19
"Ustad” jurnalının aprel sayı nəşr olunub.
16.04.19
Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd ediləcək
15.04.19
Londonda Şekspirin yaşadığı ev tapılıb
15.04.19
"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib
15.04.19
Gülnar Səmanın "Sözümüz sözdür" kitabında söz rəngi
12.04.19
“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
11.04.19
Əzizağa Nəcəfov - Cəfər Cabbarlının cümhuriyyət dövrü
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.