Nemət Mətin - Gülüş doğuran yalan
22.04.19

Hekayə

İdris qocalıb əldən düşmüşdü. Həyat yoldaşı Nazilə dəli olandan sonra onun başına ütü vurmuş, dəfələrlə onu söymüşdü. Bir dəfə məhəllədə yalan danışan yeniyetməni, nadinc oğlanı acıladı. Oğlan əsəbindən İdrisin əsasına bir təpik vurdu. Müzavinətini itirən İdrisin başı beton bardura dəydi. Beləliklə İdris, gözlərini nakam həyata birdəfəlik yumdu.
İyirmi il öncəyə qayıdaraq İdrisin həyatına baş vuraq. Film lentini geriyə çevirməyin əsl vaxtıdır. İdris hər zaman yalan danışmağı sevərdi. Məhəllədə dama oynayanda da cığalçılıq edirdi. Uşaqlara, böyüklərə, dostlarına, tanışlarına, tanımadıqlarına yalan danışmaqdan həzz alardı. Ancaq bu yalanlar heç kimin xətrinə dəyməzdi. Çünki yalanın kökündə gülüş vardı. İnsanların keyfini açmaq üçün İdris gecə-gündüz çalışardı. İş yerində Elnur adlı oğlana bir dəfə dedi:
-Eh, mən günlər görmüşəm. Günlərin bir günü prezident zavoda gəlmişdi. Məni görüb ayaq saxladı. İşlətdiyim dəzgah aparatına baxıb gülümsədi. Keyfi kök idi. Mənə dedi ki, qardaş yeməyə nə var? Beləcə söhbətimiz açıldı. Mənə bütün həyatını danışdı. Kotlet çörək yeyə-yeyə danışıb gülürdü. Arabir doğranmış göyərtidən də ağzına atırdı.
Elnur inanmışdı. Kimə danışırdısa, uğunub gülməkdən gedirdilər. Çünki hamı gopçu İdrisi tanıyırdı. Elnur üç nəfərə danışandan sonra nə baş verdiyini anladı. Üzü qıpqırmızı oldu. Hər dəfə onu görəndə üzü gülümsəyirdi. Ürəyinə xoş ovqat yayılırdı.
İdris hər gün işdən sonra məhəlləyə çıxıb dama, şahmat, nərd oynayanlarla günü başa vururdu. Səhərə kimi samovar çayı içib gülüşürdülər. Əsl məclis adamı idi. Bir az içəndən sonra yalanın dərəcəsi artırdı. Məclisdəkilər əylənirdilər. Gülməkdən boğulanlar da olurdu. Sinəsində Stalinin və Leninin döymələri var idi. Əsgərlikdən yadigar qalmışdı.
Yayda isti olduğu üçün köynəyinin yuxarı üç düyməsini açıq saxlayırdı. Yaş öz sözünü deyirdi. Artıq İdrisin dişləri tökülmüşdü. Yay günlərindən biri idi. Mən məhəllədə hər gün futbol oynayırdım. Dizim hər gün qaysaq bağlayırdı. Təngənəfəs topun arxasınca oyana-buyana qaçırdım. İdrisə o vaxt İdris baba deyirdik. Məni yanına çağırıb dedi:
-Nahid sənə yaxşı təklifim var. Ala bu 500 manatı, get dükana. İki dənə morojna al gətir yeyək. İstidir, nəfəsimiz kəsilir.
O vaxtlar dondurma 250 manat idi.
-Yaxşı baba. Yerimdən götürüldüm. İki dəqiqədən sonra ikimiz də taxta oturacaqda oturub dondurma yeyirdik. Sərinlik bədənimizi soyudanda özümüzə gəldik. Həmişəki kimi keyfimi açmaq istədi.
-Bilirsən, o vaxt, hardasa on il öncə qapımız döyüldü. Açanda kimi görsəm yaxşıdır?
Suala cavab verməyə məfər verməyib, davam etdi:
-Polis əməkdaşı. Məndən xahiş etdi ki, onunla gəlim. Razılaşmaqdan başqa çıxış yolum yox idi. Maşında tər məni aparmışdı. Hara getdiyimizi bilmirdim. Böyük bir villanın qarşısında polis əməkdaşı maşını saxladı. Evə daxil olduq. Ev nə ev. Uzan, bax! Tamaşa eylə! Başdan başa çilçıraqlar, İtalyanski mebel və daha nələr, nələr. Sən demə deputatın evi idi. Məni görmək istəyirdi.
İdris babanın sözlərinə inanmışdım. Evə gedəndə atama danışdım. Uğunub özündən getdi. Bir dəfə İdris xəstələnmişdi. Yaxınlıqdakı xəstəxanada yatırdı. Xəstəxananın qoxusundan insan daha da xəstələnir. Dərmanların qoxusu, xəstələrin iniltilərinə qoşulub rəqs edir. İdris orada sağala bilməzdi. Bir az cavan olsaydı arağa istiot səpib, içərdi. İndi isə qocalıb. İynə-dərmanlarla, sistemlərlə yaşayır.
Özü kimi yalançı dostları onu görməyə gəlmişdilər. Zöhrab və İlkin alma, armud alıb yanına keçmək üçün tibb bacısının cibinə bir şirvan basdılar. Dostları dərman iyi verən otağa daxil olanda İdrisin gözlərinə işıq gəldi. Üç saat dayanmadan danışıb güldülər. Zöhrab və İlkin İdrisin uşaqlıq dostları idilər. Zöhrab həmişə kimisə tüfənglə vururdu, İlkin isə basdırırdı. Yalan dünyalarının kriteriyaları bundan ibarət idi. Birinci Zöhrab sözə başladı:
- O gün lotka(qayıq) ilə quş ovlamağa getmişdim. Gördüm vurduğum quşlar suya düşüb dibə enirlər. Ağlıma bir ideya gəldi. Xalçanı suyun üzünə sərdim. Hər dəfə quş vuranda xalçanın üstünə düşürdü.
İdris güldükcə bunlar danışırdılar. İdrisin bədənin c vitamini artıqca əhvalı yüksəlirdi. Sanki əzələlərinə güc gəlirdi. Ardınca İlkin başladı nə başladı:
- O gün Zöhrabla işdə söhbət edirdik. Kənar şəxslər zavoda daxil oldular. Zöhrabın beyni çöndü. Tüfəngi götürüb alnından nişan aldı. Bir atışa yad insan yerə uzandı. Rəis xəbər tutmasın deyə, onu aparıb zavodun arxasında basdırdım.
Üç saat ərzində İdris o qədər güldü ki, çənəsi ağrayırdı. O, dostlarından geri qalmamaq üçün Hindistanın səfirinin evində qonaq olmağından, onunla tut arağı içməyindən danışdı. Beləcə üç saatdan sonra üç dost xəstəxananı tərk etdilər. Həkimin son diaqnozu belə olmuşdu:
- Xəstə turp kimidir. Buraxın getsin. Amma yaman zarafatlar edirdi. Onsuz darıxacağıq. Siz hələ bir onun yalanına baxın. Mənə deyir ki, bağıma oğru girmişdi. Yerkökü oğurlayırdı. Arxadan ona sarı yaxınlaşdım. Boynundan yapışdım. Ayağa qaldıranda üzü göründü. Səməd Vurğun imiş. Dedim ki, nə edirsən, şair? Dedi, – nə edək, aclıqdı.
Tibb bacılarını gülmək tutdu. Ağzını tutub gülən kim, at kimi kişnəyən kim...
Ölüm ayağında bütün hadisələri xatırlayan İdris xoş hal ilə gözlərini yumdu. Daha heç vaxt onları açmadı. Onun haqqında müxtəlif rəvayətləri bu günə kimi atalar uşaqlarına danışırlar.

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.