Mərhum alim İlahə Məmmədlinin kitabı işıq üzü görüb
23.04.19

Bəsirə Əzizəli

Mərhum alimimiz İlahə Məmmədlinin “Məşədi Əyyub Bakinin ədəbi irsi” (Bakı: Mütərcim, 2019. Elmi redaktor: akademik Möhsün Nağısoylu, rəyçilər:  dosent Bəsirə Əzizəliyeva və dosent Ülviyyə Rəhimova) monoqrafiyası nəşr olunmuşdur. Kitabda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məşədi Əyyub Bakinin həyatı, dövrü və yaradıcılığı geniş şəkildə araşdırılmışdır. Müəllif şairin yaradıcılığını dövrün ədəbi-mədəni mühiti kontekstində şərh etmiş, M.Ə.Baki əsərlərinin əlyazmaları, nəşri və onlardakı mövcud fərqləri öyrənmiş, lirikasının ideya xüsusiyyətləri, mövzu və məzmun cəhətlərini, bədii məziyyətlərini tədqiq etmişdir.

İlahə Məmmədli ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars dili və ədəbiyyatı ixtisası üzrə almışdır. Mütərcim İlahə Məmmədli uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasında müəllim kimi fəaliyyət göstərmışdir. Filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını “Məşədi Əyyub Bakinin ədəbi irsi” mövzusunda müdafiə edən İlahə Məmmədli 20-yə yaxın məqalə, dərslik və elmi əsərin müəllifi olmuşdur. O, 2016-cı ilin 23 dekabırında uzun sürən xəstəlikdən sonra Türkiyə Cümhuriyyətində vəfat etmişdir.

Filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlanmış kitab gənc yaşlarında vəfat edən istedadlı alim, fədəkar tədqiqatçı, tələbələrinin sevimli müəlliməsi İlahə Məmmədlinin əziz xatirəsinə və ədəbiyyatşünaslıq elmimizə bir töfhədir.

Tədqiqat işinə yazdığı ön sözdə mərhum müəllif XIX əsrdə fəaliyyət göstərən ədəbi məclislərin öyrənilməsində onların işində fəal iştirak edən sairlərimizin yaradıcılığının tədqiqi əhəmiyyətinə diqqəti cəlb etmişdir: “XIX əsr Azərbaycan ədəbiyyatı ədəbi-mədəni mühitin zənginliyi və rəngarəngliyi, ədəbi prosesdə qabarıq şəkildə özünü göstərən bir sıra yeni keyfiyyətlər və novator xüsusiyyətlərlə əlamətdardır. Dövrün ədəbi mühitinin başlıca hadisələrindən biri sırasında ölkənin müxtəlif bölgələrində fəaliyyətə başlayan ədəbi məclisləri qeyd etmək olar. Əsrin ikinci yarısında həm kəmiyyətcə, həm də keyfiyyətcə yüksələn xətlə inkişaf edən, təkmilləşən ədəbi məclislər bütövlükdə götürdükdə dövrün bir sıra görkəmli ədəbi simalarını öz ətrafında birləşdirmişdi. Ədəbi məclislərin fəaliyyətinin və onların ayrı-ayrı nümayəndələrinin ədəbi irsinin öyrənilməsi, bütövlükdə, XIX əsr Azərbaycan ədəbi mühitinin, xüsusilə də ayrı-ayrı bölgələrin ədəbi mühitinin hərtərəfli araşdırılması işinə xidmət edir və mühüm əhəmiyyət daşıyır”.

İlahə Məmmədli şairin bədii yaradıcılığının öyrənilməsinin bir sıra əhəmiyyətli cəhətlərinə diqqət yetirmişdir: “Bakinin zəngin ədəbi irsinin ayrıca olaraq araşdırılmasını, müstəqil tədqiqat obyekti kimi seçilməsini şərtləndirən bir neçə mühüm və əhəmiyyətli amil vardır. Onlardan birincisi və ən başlıcası şairin divanının əlyazmasının, həm də avtoqraf əlyazmasının əldə olmasıdır. İkinci mühüm amil isə bilavasitə şairin yaradıcılığının mövzu baxımından müxtəlifliyi və rəngarəngliyi ilə bağlıdır. Baki “Riyazül-məhəbbət” (Məhəbbət bağçası) adlı mükəmməl divan sahibi olmaqla yanaşı, eyni zamanda, həm klassik poeziya, həm də xalq şeiri ənənələrinin istedadlı davamçısı və qüdrətli qələm sahibidir.

Üçüncü bir amil isə Baki yaradıcılığında qabarıq şəkildə özünü göstərən irfani fikirlərin, sufi dünyagörüşünün təbliği ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan sovet ədəbiyyatşünaslığında hakim ideologiyanın müəyyən çərçivələri və qadağaları üzündən bir sıra klassik sənətkarların, xüsusilə də XIX əsr şairlərinin əsərlərindəki irfani fikirlərin, sufi dünyagörüşünün təhlilinə xüsusi diqqət yetirilməmişdir. Bu mənada Bakinin ədəbi irsinin geniş spektrdə təhlili, xüsusilə də şairin şeirlərindəki irfani fikirlərin araşdırılması ədəbiyyatşünaslığımızda bu sahədə mövcud olan boşluğu doldurmağa xidmət edir.

Dördüncüsü, həm xalq şeiri formalarına, həm də klassik üslub janrlarına müraciət edilməsinə XIX əsrdə yaşayıb-yaratmış az-az sənətkarların yaradıcılığında təsadüf olunur. Deməli, Baki ədəbi irsinin bu yöndə araşdırılması yaradıcılıq üsullarını həm folklor, həm də klassik üslub ənənələri üzərində kökləyən şairlər cərgəsini bir qədər də təkmilləşdirir”.

Bu kitabın mərhum alimimizin xatirəsini əbədiləşdirəcəyinə, ədəbiyyatşünaslıq elmimizə faydalı olacağına inanırıq.

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.