Mərahim Nəsib - Rəhmətdən yağışa  gedən sevgi 
30.04.19

İnsan yaşadığı dünyanın sirli-sehirli tərəflərini izah etməkdə çətinlik çəkdindiyində "izah olunmaz, yaşamaq lazımdır" ifadəsindən tez-tez istifadə edir. Bu fikir insandakı söz bazasının kifayət etmədiyindən uydurulmuş bir bəhanə deyil, insanın o sirli-sehirli aləmin qarşısındakı acizliyindən meydana gələn amildir. Bu amillərə  filmlərdə də rast gəlmək kifayət qədər adət halını almış bir durumdur. Bu səbəbdəndir ki, ən sevdiyimiz, təsirləndiyimiz filmlərdən danışmaq əvəzinə "izah olunmaz, izləmək lazımdır" ifadəsini işlədirik. Belə filmlərdən biri də haqqında söz açacağım "Baran" filmidir.

"Rəhmətdən yağışa gedən yollar çoxdur. Bu yollaran biri də Məcid Məcidinin 2001-ci ildə quruluş verdiyi "Baran" (Yağış) filmidir"

Film, o qədər sadə, o qədər də bəzək-düzəkdən uzaq olsa da, amma gəl gör ki, milyon dollarlıq filmlər onun yanından keçməyə belə layiq deyil.

Yaxşı, nə üçün? Bir filmi bu qədər təsirli edən nədir?

Əslində insan ömür boyu sadəliyi axtarıb tapmağa çalışır. Saraylarda, imarətlərdə keçən ömürdən, içində hər cür əxlaqsızlıq olan sevgilərdən və o sevgiləri bizlərə yaxın etmək istəyənlərdən insan elə bezir ki, sadəlik insana ana qucağını xatırladır, sığınacağa bərabər olur.
Bəli, insanın sığınacağı, bezdiyi və gizlənmək istədiyi dünyada qaçıb getdiyi, pənah apardığı yer-sadəlik, dinclik...

Bu filmdə bir insanın necə qarşılıqsız sevə bildiyi, sevgidə təmənna olmadığı o qədər sadə və gözəl izah olunub ki... Əsas da son səhnədə sevgilinin ayaq izinə baxıb təbəssüm edən sima...

Filmin baş qəhrəmanı on yeddi yaşında olan gənc Lətifdir. Dolanışığını çalışdığı bir inşaatda işçilərə çay, yemək hazırlamaqla təmin etməkdədir. Ərgənliyindən yaranan şit zarafatları və tünd xasiyyət rəftarı ətrafında olan hər kəsi narahat etməsinə baxmayaraq, bu xarakterindən əsla imtina etmir. Bir gün inşaatda mühacir həyatı yaşayan və qaçaq işlədilən əfqan işçilərdən biri inşaatın dördüncü mərtəbəsindən yıxılaraq ayağı qırılır. İnşaatın baş ustası isə ona kömək etmək üçün onun kiçik övladı Rəhməti işə götürür. Rəhmət isə o qədər cılız və aciz olur ki, ağır inşaat işlərinin öhdəsindən heç cürə gələ bilmir.

Lakin usta onun işə çox ehtiyacı olduğunu bildiyi üçün onu işdən uzaqlaşdırmağa ürəyi gəlmir. Belə olan təqdirdə Lətifi mətbəx işlərindən uzaqlaşdırıb inşaatdakı ağır işlərdən biri ilə vəzifələndirir, Rəhmətə isə Lətifin yerinə mətbəx işlərini tapşırır. Təbii ki, gənc olan və ömrünün çılğın günlərini yaşayan Lətif buna görə çox əsəbləşir və Rəhmətə düşmən münasibəti sərgiləməyə başlayır. Lətifin ona etdiyi müxtəlif əzab-əziyyətlərə baxmayaraq, Rəhmət işinə daha çox can yandırır. Ta ki, Lətifin Rəhmətin gizlətdiyi sirrindən xəbər tutana qədər...  Hətta bu sirr Lətifin həyatını izah olunmaz dərəcədə dəyişməyə belə kifayət eləyir.

Bir gün Lətif Rəhməti cəzalandırmaq məqsədi ilə mətbəxdə olan hər şeyi qırıb dağıtmağa başlayır. Lakin Rəhmət  səssiz-səmirsiz mətbəxi yenidən və əvvəlkidən də gözəl şəkildə təmir eləyir. Elə bu məqamda Rəhməti gizli-gizli izləyən Lətif, Rəhmətin mətbəxtdəki güzgüdə uzun saçlarını darayan siluetini görür və əslində onun qız olduğunu başa düşür. Sonradan Rəhmətin əsil adının Baran (yağış) olduğunu öyrənir və o gündən ona aşiq olur.

Məcid Məcidi, Lətifin Rəhmətin, yəni Baranın sirrini öyrəndikdən sonra baş verən çevrilişini lentə aldığı filmin ikinci hissəsini əsl şərq əfsanələrinə bənzətməyə çalışmışdır. Filmdə Baranı axtarmağa gedən Lətifin ayaqqabısı yolda cırırlır. Qarşısına çıxan ilk pinəçiyə ayaqqabısını təmir etməyi tapşırır. Ayaqqabısını təmir edən yaşlı əfqan pinəçinin qəfildən ona baxaraq "halbuki eşq elə bir alovdur ki, ürəyi yandırıb yaxar" deməsi də Məcidinin film dəsti-xəttindən xəbər verən bir məqamdır. Artıq filmin ikinci hissəsində rejissor əvvəlki çılğın, dəliqanlı Lətifi "öldürüb", onun əvəzinə duyğusal, yetkin bir obraz təqdim edir tamaşaçıya. Nəzərə alsaq ki, Məcidi öz filmlərində əsasən uşaqlardan və xüsusi simvollardan istifadə edir, bu filmində də onun uşaqlardan və simvolik hadisələrdən istifadə etməsi filmə öz damğasını vuran amillərdən biridir. Hətta qəhrəmanları üçün seçdiyi adlar belə bu baxımdan çox səciyyəvidir. Bu adlar filmi diqqətlə izləyən tamaşaçılar üçün filmin nə demək istədiyindən xəbər verməyə verməyə bilməz.

Bütün filmlərində olduğu kimi, bu filmində də Məcidi insanın öz daxili dünyasına baxmasını təmin etməklə bərabər, dövrünün  amasnız sistemini və insan ləyqaətinin tapdalanmağını bir çox səhnələrdə ön plana çəkir. Beləliklə, Məcid Məcidi öz filmini bu dəfə də beynəlimləşdirə bilir. Tamaşaçılar bir tərəfdən qəhrəmanın mənəvi çevrilişinə şahid olarkən, digər tərəfdən də mühacirlərin və uşaqların fiziki istismarına şahid ola bilirlər. Məcid Məcidi bir daha amansız sistemin ən böyük qurbanları olan bu insanlar üçün tamaşaçıların düşünməsinə şərait yaradır və insanların öz insanlıq borcalarını onlara ustalıqla xatırlatmağa çalışır.

Filmin ən möhtəşəm səhnəsi isə, filmin son səhnəsidir. Bu səhnədə Baran öz ailəsi ilə yenidən Əfqanıstana qayıdır. Lətif isə onların yüklərini daşıyaraq onlara kömək edir. Qaldıqları evdən birdəfəlik ayrılan Baran, evdən çıxarkən ayağı burxularaq yerə yıxılır və əlindəki səbət yerə düşərək içindəkilər dağılır. Lətif qaçaraq ona yaxınlaşır və kömək etməyə çalışır.

İzlədiyimiz əksər sevgi filmlərində baş qəhrəmanların təsadüfən əllərinin bir-birinə toxunması ilə göz-gözə gəlməsi və bir-birlərinə aşiq olması ənənəsindən Məcid Məcidi bu səhnədə ustalıqla yayınır və qəhrəmanların əlləri qətiyyən bir-birinə toxunmadan yerə dağılan ərzaqları səbətə yığmağa başlayırlar. Rejissor bu səhnədə əsl sevginin danışmadan da, toxunmadan yarana biləcyini tamaşaçıya çatdırmağa çalışır. Necə ki, film ərzində baş qəhrəmanlardan biri olan Baran bir kəlmə də olsun danışmır. Sonda Baranla Lətif göz-gözə gəlirlər. Baran ilk dəfə Lətifin üzünə baxaraq ona gülümsəməyə başlayır. Bu durumdan həyəcanlanan Lətif, təbəssümlə Barana baxır və nəhayət onun danışacağını, ona bir söz deyəcəyini həsrətlə gözləyir. Lakin rejissor qəhrəmanın bir hərəkəti ilə gözlənilməz bir durum yaradır. Baran gülümsədiyi məqamda qəfildən başındakı niqabı üzünə ataraq görünməz olur  və maşına minərək ömürlük Lətifdən uzaqlaşır. Lətif isə üzərinə yağışın yağdığı Baranın ayaq izinə baxaraq gülümsəyir. Rejissor bu səhnə ilə onların bir daha görüşməyəcəyini və gizli qalan eşqlərin nə qədər müqəddəs, nə qədər pak olduğunu həssalıqla tamaşaçıya çatdırır.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.